meqrel sözü azərbaycan dilində

meqrel

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • meqrel • 71.4286%
  • Meqrel • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meqrel dili
Meqrel dili - Kartvel dillərindən biridir. Gürcüstanın qərbində yayılmışdır. 400 minə qədər daşıyıcısı vardır. İki dialektə bölünür: senak və samurzakan-zuqdid. Hallanma paradiqmində 9 hal mövcuddur. Nominativ quruluşlu dildir. Yazısız dildir.
Bejan (Meqreliya knyazı)
Bejan (gürc. ბეჟან დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1715-1728-ci illərdə hakimiyyətdə olmuşdur. 1728-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Bejan Meqreliya knyazı IV Georginin və Sevdia Mikeladze adlı qadının oğludur. IV Georgi 1704-cü ildə böyük oğlu Katsianı Meqreliya knyazı elan etdi. Bejanı isə kiçik qardaşı Yesenin yerinə Leçumi valisi təyin etdi. 1709-cu ildə Bejan qardaşı Katsia ilə birləşərək atası IV Georgini Abxaziyaya sürgün etdi. 1710-cu ildə IV Georgi öz səyləri ilə Meqreliyaya geri döndü və həmin ildə vəfat edən Katsianın yerinə yenidən Meqreliya taxtına oturdu.Bejan 1715-ci ildə ailədaxili münaqişələri həll etmək bəhanəsi ilə atasını öz yanına dəvət etdi. Atasının təklifi qəbul etməsindən istifadə edən Bejan onu tərksilah etdi və hakimiyyətdən uzaqlaşdırdı.
III Vamek (Meqreliya knyazı)
III Vamek (gürc. ვამეყ III დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. 1658-1661-ci illərdə Meqreliya knyazı, 1661-ci ildə isə qısa müddətlik İmereti çarı kimi hakimiyyətdə olmuşdur. == Həyatı == III Vamek Dadianilər sülaləsinin Lipartiani qoluna mənsub idi. Lipartianilər irsi olaraq Meqreliya knyazlığının Salipartiano bölgəsində hakimiyyətdə olublar. III Vamek çox güman ki, Meqreliya knyazı III Georginin qızı Annanın və Lipartianilər sülaləsindən Georgi Lipartianinin oğlu olmuşdur. Onun Salipartiano bölgəsindəki hakimiyəti 1618-ci ildən başlamışdır. O, Meqreliya knyazı II Levan Dadianinin 1657-ci ildə ölümündən sonra III Liparit Dadianinin Meqreliya hakimiyyətinə gəlməsinə qarşı çıxmışdır. III Vamek İmereti çarı III Aleksandrın dəstəyini alaraq 1658-ci ildə Meqreliya taxtını ələ keçirmişdir. Bu dəstəyin qarşılığı olaraq II Levan Dadianinin xəzinəsinin çox hissəsini və İmereti çarlığı ilə sərhəddəki bölgəni III Aleksandra vermişdir.1660-cı ildə çar III Aleksandrın ölümündən sonra İmeretidə taxta III Aleksandrın həyat yoldaşı çariça Darecan çıxdı.
IV Mamiya (Meqreliya knyazı)
IV Mamiya (gürc. მამია IV დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1573-1578-ci illərdə və 1582-1590-cı illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == IV Mamiya Meqreliya knyazı I Levanın oğludur. Quriya knyazı Rüstəm Quriyelinin qızı ilə evlənmişdir. Atasının ölümündən sonra taxta böyük qardaşı III Georgi çıxsa da, IV Mamiya qardaşının hakimiyətini qəbul etməmişdir. Qardaşının düşməni olan Quriya knyazı II Georginin yardımı ilə 1573-1574-cü illərdə qardaşını hakimiyyətdən salmış və Meqreliya taxtına çıxmışdır. Qardaşı III Georgi isə Abxaziyaya qaçmışdır. III Georgi abxaz-çərkəz qüvvələrinin dəstəyi ilə taxtını geri almağa çalışsa da, buna müvəffəq ola bilmədi. Əlaçsız qalan III Georgi İmereti çarı II Georgidən vasitəçilik etməsini xahiş etmişdir.
I Manuçar (Meqreliya knyazı)
I Manuçar (gürc. მანუჩარ I დადიანი ; XVI əsr – 1611) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır. Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir. == Həyatı == I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı.
Meqrelalay
Meqrelalay (əvvəlki adı: Minqrelsk) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Minqrelsk kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Minqrelks kəndi Meqrelalay kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Meqrelalay kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Meqrelalay kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
Meqreliya
Sameqrelo — Qərbi Gürcüstanda vilayət.
Meqreliya knyazlığı
Meqreliya knyazlığı və ya Sameqrelo knyazlığı (gürcücə:სამეგრელოს სამთავრო) – Dadiani sülaləsi tərəfindən Gürcüstanın Meqreliya bölgəsində qurulmuş olan tarixi dövlətdir. Bəzi tarixi qaynaqlarda adı Odişi knyazlığı olaraq da keçir.XVI əsrdə yaranan knyazlıq 1867-ci ildə Rusiya imperiyası hakim dairələri tərəfindən ilhaq edilmiş və adi ərazi vahidinə çevrilmişdir. == Arxa plan == Knyazlıq XVI əsrdə Gürcüstanda gedən feodal ara çəkişmələri və çarlığın parçalanması fonunda meydana çıxmışdır. Belə ki, XV əsrin ikinci yarısında vahid Gürcüstan çarlığı parçalanmış və onun yerində müxtəlif müstəqil və yarım müstəqil knyazlıqlar, krallıqlar yaranmışdı. Belə knyazlıqlara misal olaraq, Svaneti knyazlığını, Abxaziya knyazlığını, Meqreliya knyazlığını göstərmək olar. Gürcü çarı VIII Georgiyə qarşı üsyan qaldıran Baqrat sonda qalib gəldikdən sonra onu dəstəkləyən gürcü zadəganlara, əsilzadə ailələrinə knyaz rütbələri vermiş və onların yerlərdəki qismən də olsa məhdud olan hakimiyyətlərini tanımışdı. Knyazlığn yaranması bu hadisədən sonra başlasa da, onnu tam formalaşması 1557-ci ilə təsadüf edir. İlk müstəqil knyazı isə I Levon Dadianidir.Knyazlıq hücum etməmə paktı və sonrasında Kartli kralı olan II Konstantin, Kaxetiya kralı olan Aleksandr, Samtshe knyazı II Kvarkvare tərəfindən imzalanan və Gürcüstanı 3 krallıq və 5 knyazlığa bölən razılaşma nəticəsində ortaya çıxmışdır. == Tarixi == Meqreliya şahzadə I Levon Dadiani dövründə 1557-ci ildə müstəqil knyazlıq olaraq qurulmuşdur. Knyazlıq qurulduğu tarixdən 1803-cü ildə Rusiya imperiyasının vassalı olanaqədər müstəqil olmuşdur.
Meqrellər
Meqrellər; minqrellər (meqrel მარგალეფი–>latın. marqalepi, gürc. მეგრელები–>latın. meqrelebi) — ana dili meqrel dili olan, Kartvel dil ailəsinə daxil olan xalq. SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən şimali-qərbi Gürcüstanda (Gürcüstan SSR-də) yayılmış meqrel dilində təxminən 400 min nəfər danışırdı. == Mənbə == Георгий Андреевич Климов. Мегрельский язык // Языки мира: кавказские языки. М., 2001 Коряков Юрий Борисович. Атлас кавказских языков. М.: Институт языкознания РАН, 2006.
Tsotne (Meqreliya knyazı)
Tsotne (gürc. ცოტნე დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. Gürcüstanın tanınmış siyasi xadimlərindən biri. == Həyatı == Tsotne Xarəzmşahların və Monqol imperiyasının Gürcüstana hərbi yürüşlər təşkil etdikləri dövrlərdə fəaliyyət göstərən siyasi xadimlərdən biri idi. O, 1228-ci ildə Gürcüstan çariçası Rusudanın Xarəzmşahlara qarşı təşkil etdiyi ordunun komandanlarından biri olmuşdur. Tərəflər arasında baş tutmuş Gərni döyüşündə Gürcüstan ordusu məğlub oldu və Tiflis yenidən Xarəzmşahların əlinə keçdi. Sonraki dövrdə bölgəyə yürüşlər təşkil edən monqollar Xarəzmşahların hakimiyyətinə son qoydular və bölgə monqol hakimiyyəti altına keçdi. Çariça Rusudanın ölümündən sonra monqol hökmdarı Rusudanın oğlu VI Davidi və Rusudanın qardaşı oğlu VII Davidi Gürcüstan çarı təyin etdi. Həmçinin Gürcüstan monqol hökmdarı tərəfindən 8 tümənə (inzibati-ərazi bölgüsü) bölündü. Yeni inzibati bölgü sistemində Tsotne və Raça eristavisi Qərbi Gürcüstanın hakimi olaraq təsdiq edildilər.1246-cı ildə gürcü zadəganları Cavaxeti bölgəsindəki Korxstavi qalasında cəmləşərək gizli görüş keçirdilər və monqolları bölgədən necə çıxarmaq barədə müzakirələr apardılar.

meqrel sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. мегрел, мегрелка. Meqrellər мегрелы (этнографическая группа, живущая в западных районах Грузии) II прил. мегрельский. Meqrel dili мегрельский язык

    Azərbaycanca-rusca lüğət / meqrel

"meqrel" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#meqrel nədir? #meqrel sözünün mənası #meqrel nə deməkdir? #meqrel sözünün izahı #meqrel sözünün yazılışı #meqrel necə yazılır? #meqrel sözünün düzgün yazılışı #meqrel leksik mənası #meqrel sözünün sinonimi #meqrel sözünün yaxın mənalı sözlər #meqrel sözünün əks mənası #meqrel sözünün etimologiyası #meqrel sözünün orfoqrafiyası #meqrel rusca #meqrel inglisça #meqrel fransızca #meqrel sözünün istifadəsi #sözlük