Mesto sözü azərbaycan dilində

Mesto

Yazılış

  • Mesto • 84.0000%
  • mesto • 8.0000%
  • MESTO • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Stare Mesto ratuşası
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. == Tarix == 1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı.
Nove Mesto nad Vahom
Nove Mesto nad Vahom (slovak. Nové Mesto nad Váhom, alm. Neustadt an der Waag / Neustadt‎, mac. Vágújhely) — Slovakiyanın qərbində şəhər. Vah çayının sahilində yerləşir. Əhalisi 21 min nəfərə yaxındır. === Coğrafiyası və iqlimi === Nove Mesto nad Vahom Pieştyanıdan 20 km şimalda yerləşir.
Müqəddəs Nikolay kilsəsi (Stare Mesto)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən barokko üslubunda kilsə. Monumental görünüşü və nəfis bədii tərtibatına görə o Praqanın ən mühüm qusit kilsəsi sayılır. Hər il Milad və Pasxa bayramlarının şərəfinə kilsənin ətrafında xaç yürüyüşü təşkil olunur. == Tarix == Müqəddəs Nikolay (Mikulaş) kilsəsinin yerləşdiyi ərazidə ilk tikililər hələ XIII əsrdən məlumdur. 500 il sonra, Praqa şəhərinin ən tanınmış memarı, alman əsilli Kilian İqnats Dintsenhofer Binanın yenidən qurulmasına başlamışdır. 1735-ci ildə yenidənqurma işləri başa çatdıqdan sonra, Çexiya paytaxtı Barokko üslubunun ən görkəmli abidələrindən birini əldə etmişdir. Lakin 1787-ci ildə, İmperator II Iosifin fərmanı ilə, Çexiyanın bir çox kilsə və monastırları bağladılmışdır, onların içərisinə Müqəddəs Nikolay kilsəsi də daxil edilmişdir. 1792-ci ilin payızında Praqa magistratının (yerli hakimiyyət orqanının) ehtiyaclarını ödəmək məqsədilə kilsə binası alınmışdır. Napoleon müharibələri dövründə kilsədə taxıl anbarı yerləşdirilmişdir, daha sonra burada köhnə qeydiyyat kitabları və mebel saxlanılırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.35
2010 ••• 0.18
2012 •• 0.09
2015 ••• 0.17

Oxşar sözlər

#mesto nədir? #mesto sözünün mənası #mesto nə deməkdir? #mesto sözünün izahı #mesto sözünün yazılışı #mesto necə yazılır? #mesto sözünün düzgün yazılışı #mesto leksik mənası #mesto sözünün sinonimi #mesto sözünün yaxın mənalı sözlər #mesto sözünün əks mənası #mesto sözünün etimologiyası #mesto sözünün orfoqrafiyası #mesto rusca #mesto inglisça #mesto fransızca #mesto sözünün istifadəsi #sözlük