Metalkəsən dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir.
Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur.
Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır.
Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.