metodologiya sözü azərbaycan dilində

metodologiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • metodologiya • 85.4130%
  • Metodologiya • 14.5870%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Metodologiya
Metodologiya araşdırma sahəsinə tətbiq olunan metodların sistemli, nəzəri təhlilidir. Bu, metod əsaslarının nəzəri təhlilini və araşdırılan elm sahəsiylə bağlı prinsipləri əhatə edir. Səciyyəvi olaraq, metodologiya paradiqma, nəzəri model, faza və kəmiyyət və ya keyfiyyət texnikası kimi terminləri özündə birləşdirir. Metodologiya metod olmadığı üçün məsələnin həllini konkretləşdirmir. Əvəzində, metodologiya xüsusi bir duruma, misal üçün xüsusi nəticəni hesablamaq, tətbiq oluna biləcək tək bir metod və ya bir sıra metodlar və ya ən yaxşı təlimləri başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoyur. Bu sahə həmçinin aşağıdakılarla izah oluna bilər: "elm sahəsi tərəfindən istifadə edilən metod prinsipləri, qaydaları və şərtlərinin təhlili"; "elm sahəsi içərisində tətbiq olunan, oluna bilən və ya olunmuş olan metodların sistemli öyrənilməsi"; "metodların izahı və ya öyrənilməsi".
İqtisadi metodologiya
İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir. Metodologiya – metodlar haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur ? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar: 1) Subyektivçi (subyektiv idealizm mövqeyindən); 2) Neopozitivist-empirik (neopozitiv emöirizm və skeptisizm mövqeyindən); 3) Rasionalist; 4) Dialektik materislist; Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren "mən" mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur. Neopozotivist-empirik yanaşmada hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən mikroiqtisadiyyata bölməyi nəzərdə tutur.

metodologiya sözünün leksik mənası və izahı

  • 1 [yun. methodos və logos] Ümumiyyətlə, elmi metod və ayrıayrı elmlərin metodları haqqında təlim.

    Azərbaycan dilinin izahlı lüğəti / metodologiya
  • 2 \ xüsusilə fəlsəfə və elm sahəsində metod araşdırmaq və yeni üsullar əmələ gətirmək şərtillə ideyaları inkişaf etdirən elm. Hər hansı elmdə istifadə olunan idrak vasitələrinin, metodlarının, üsullarının məcmusu.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / metodologiya
  • 3 yun. methodos, logos – təlim, elm 1) ümumiyyətlə, elmi metod və ayrı-ayrı elmlərin metodları haqqında təlim; 2) metodların qurulma prinsipləri, onların elmi ümumiləşdirilməsi; 3) fəaliyyət strukturunun məntiqi təşkili, metod və vasitələri haqqında təlim. Müasir elmdə metodologiya hər şeydən əvvəl elmi və əməli fəaliyyət metodları və üsullarının yaranması, inkişafı və bir-birini əvəz etməsi qanunauyğunluqları haqqında elm kimi başa düşülür. Elmi idrak metodlarının nəzəri əsaslandırılması inkişaf etməkdə olan elmlərin tələbatından doğmuşdur.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / metodologiya

metodologiya sözünün rus dilinə tərcüməsi

  • 1 методология

    Azərbaycanca-rusca lüğət / metodologiya
  • 2 сущ. методология: 1. учение о методе научного исследования 2. совокупность приёмов исследования в какой-л. науке, области знаний. Tarix metodologiyası методология истории

    Azərbaycanca-rusca lüğət / metodologiya

metodologiya sözünün inglis dilinə tərcüməsi

metodologiya sözünün fransız dilinə tərcüməsi

metodologiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. methodos və logos] методология (илимдин методдин ва я ччара-ччара илимрин методрин гьакъиндай илим); // методологиядин.

    Azərbaycanca-ləzgicə lüğəti / metodologiya

"metodologiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#metodologiya nədir? #metodologiya sözünün mənası #metodologiya nə deməkdir? #metodologiya sözünün izahı #metodologiya sözünün yazılışı #metodologiya necə yazılır? #metodologiya sözünün düzgün yazılışı #metodologiya leksik mənası #metodologiya sözünün sinonimi #metodologiya sözünün yaxın mənalı sözlər #metodologiya sözünün əks mənası #metodologiya sözünün etimologiyası #metodologiya sözünün orfoqrafiyası #metodologiya rusca #metodologiya inglisça #metodologiya fransızca #metodologiya sözünün istifadəsi #sözlük