metonimiya sözü azərbaycan dilində

metonimiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • metonimiya • 80.0000%
  • Metonimiya • 10.0000%
  • METONİMİYA • 10.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Metonimiya
Metonomiya (yun. μετονυμία addəyişmə)- məcaz növlərindən biridir. Bir əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir. Metonimiya və yaxud istiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir.Metonomiyada bir anlayış verilsə də, onunla əlaqədar başqa anlayış nəzərdə tutulur. Nəzərdə tutulan anlayışı təsəvvür etmək isə çətin olmur. Çox vaxt neft əvəzinə "qara qızıl", "Azərbaycan" əvəzinə "Odlar yurdu" deyildiyini və yazıldığını bilirik. Eləcə də fikrin "Mən Türkiyəyə baxıram" (Türkiyənin televiziya verilişləri nəzərdə tutulur), "Nizamini başdan-ayağa oxudum" (Nizaminin əsərlərinə işarə edilir) şəklində ifadə olunduğunu eşitmisiniz. Rəsul Rzanın "Salon susub durardı..." misrasında salondakılar, salonda əyləşənlər nəzərdə tutulmuşdur.

metonimiya sözünün leksik mənası və izahı

  • 1 [yun. metonymia – adını dəyişmə] ədəb. Bir sözün, iki məfhumun birbirinə yaxınlığına əsasən başqa sözlə əvəz edilməsindən ibarət ifadə üsulu; məcaz (məs.: “ağıl” əvəzinə “baş”, “Sabirin əsərlərini oxumaq” əvəzinə “Sabiri oxumaq”), habelə bu cür işlədilmiş söz və ya ifadə.

    Azərbaycan dilinin izahlı lüğəti / metonimiya

metonimiya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. лит. метонимия (замена названия какого-л. предмета, явления названием другого предмета на основании их смежности, например, читать “Сабира” вместо читать “произведения Сабира”)

    Azərbaycanca-rusca lüğət / metonimiya

metonimiya sözünün inglis dilinə tərcüməsi

metonimiya sözünün fransız dilinə tərcüməsi

metonimiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. metonymia-adını dəyişmə] лит. метонимия (са затӀунин тӀварцӀин чкадал адахъ галаз алакъалу яз кӀвалахарнавай маса затӀунин тӀвар; мес. “акьул” лугьудай чкадал “кьил” лугьун).

    Azərbaycanca-ləzgicə lüğəti / metonimiya

metonimiya sözü azərbaycan dilinin lüğətlərində

İzahlı tərcüməşunaslıq terminləri lügəti

bir əşyanın adının digər əşyanın (predmetin) yerinə onların arasındakı zahiri və yaxud daxili əlaqəyə görə işlənməsi.

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Oxşar sözlər

#metonimiya nədir? #metonimiya sözünün mənası #metonimiya nə deməkdir? #metonimiya sözünün izahı #metonimiya sözünün yazılışı #metonimiya necə yazılır? #metonimiya sözünün düzgün yazılışı #metonimiya leksik mənası #metonimiya sözünün sinonimi #metonimiya sözünün yaxın mənalı sözlər #metonimiya sözünün əks mənası #metonimiya sözünün etimologiyası #metonimiya sözünün orfoqrafiyası #metonimiya rusca #metonimiya inglisça #metonimiya fransızca #metonimiya sözünün istifadəsi #sözlük