metrosu sözü azərbaycan dilində

metrosu

Yazılış

  • metrosu • 96.9697%
  • Metrosu • 3.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bakı metrosu
Bakı metrosu — Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi, Türk ölkələri arasında qurulan ilk metropoliten.Metropoliten ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4,000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17.1 kilometrdən artıqdır. Bakı metrosunun nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çox saylı əyrilər mövcuddur. "Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud — Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt — Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir. == Tarixi == XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.
Glasgow Metrosu
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
London metrosu
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
Moskva metrosu
Moskva Metropoliteni — Rusiyanın Moskva şəhəri və Moskva vilayətində nəqliyyat vasitəsi == Tarixi == 15 may 1935-ci ildən fəaliyyətdədir. Moskva metropolitenində 185 stansiya vardır. == Baş vermiş terror aktları və qəzalar == === Terror aktları === Moskva metrosunda ilk silahlı terror aksiyalarını ermənilər həyata keçirib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub. DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, "Paros" adlı qəzet nəşr etdirdikləri bəlli olub. === Qəzalar === 2014-cü il iyulun 15-də Moskva metrosunda qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində qəza baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 160 nəfər xəsarət alıb.
Məşhəd metrosu
Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir. == Tarixi == Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir.
Paris metrosu
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir. == Paris metrosunun biletləri == Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur.
Qlazqo metrosu
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Riqa metrosu
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). == Tarixi == 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı.1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.1970-ci illərin sonlarından etibarən metro sisteminin planlaşdırılması və dizaynı başlamışdır. Riqa metrosu texniki-iqtisadi əsaslandırmanın planını əvvəlcədən Moskva Metrogiprotrans İnstitutu tərəfindən hazırlanmışdı.
Nijni Novqorod metrosu
Nijni Novqorod Metropoliteni — Rusiyanın Nijni Novqorod nəqliyyat vasitəsi. 20 noyabr 1985-ci ildə açıldı. Moskva və Sankt-Peterburq metrosundan sonra 3-cü yeri tutur. Metro iki xətdən ibarətdir: Avtozavodskaya və Sormovskaya. 15 stansiyası var. "Moskovskaya" stansiyası köçürmə stansiyasıdır. Bir anda 2 cərgə və 4 cığır var. Keçmiş Sovet İttifaqının ən böyük stansiyasıdır. Bu stansiyadan dəmir yolu stansiyasına və ya şəhər qatarına keçə bilərsiniz. Son açıq metro stansiyası "Strelka".
Nyu-York metrosu
Nyu-York metropoliteni - Nyu-York şəhərinə məxsus metrodur və ştat idarəsində olan Metropolitan Transportation Authority (MTA) şirkətinin törəmə idarəsi olan New York City Transit Authority-ə icarəyə verilmişdir. 1904-cü ildə açılan Nyu-York metropoliteni dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən və ən çox istifadə olunan metro sistemlərindən biridir və ən çox stansiyaya malik olan metro sistemidir. İlin hər günü 24 saat xidmət göstərir.Nyu-York metropoliteni fəaliyyətdə olan 472 stansiyası ilə dünyanın ən geniş metrosudur (keçid stansiyaları bir stansiya kimi hesablanarsa 425 stansiya). Stansiyalar Manhetten, Kuins, Bruklin və Bronks borolarının ərazisində yerləşir. Staten-Aylend dəmiryolları rəsmən metronun bir hissəsi sayılmır, belə ki, bu, metro sistemi ilə dəmir yolu əlaqəsi yoxdur, ona görə də digər borolara gedən sərnişinlər Staten-Aylend Ferri və ya MTA Regional Bus Operations istifadə edirlər, bununla belə Nyu-York metrosundan və MTA avtobuslarından ödənişsiz istifadə edə bilirlər. Müvafiq olaraq Manhetten və Kuinsdə yerləşən PATH və AirTrain JFK metronun MetroCard-ını qəbul edir, lakin MTA tərəfindən idarə edilmir və ödənişsiz transferə icazə vermir. MTA tərəfindən idarə edilməyən digər kütləvi nəqliyyat xidməti olan Rusvelt adası kanat yolu MTA və avtobus xidmətinə ödənişsiz transferə icazə verir. Sistem həmçinin dünyanın ən uzun sistemlərindən biridir. Ümumiyyətlə, sistem 236 mil (380 km) marşruta, 665 mil (1,070 km) gəlirli relsə və qeyri-gəlirli rels ilə birlikdə ümumi 850 mil (1,370 km) relsə sahibdir.İllik sərnişin dövriyyəsinə görə Nyu-York metropoliteni qərb yarımkürəsinin ən işlək metrosudur və Pekin, Şanxay, Seul, Tokio, Quançjou və Moskva metropolitenindən sonra dünyanın ən işlək 7-ci metrosudur. 2015-ci ildə metro həftəiçi ortalama təxminən gündəlik 5.7 milyon, həftəsonu ümumilikdə 5.9 milyon (şənbə günləri 3.3 milyon, bazar günləri 2.7 milyon) olmaqla illik 1.76 milyarddan çox minik həyata keçirmişdir.
Sankt-Peterburq metrosu
Sankt-Peterburq metrosu — Rusiyanın Sankt-Peterburq şəhəri və Sankt-Peterburq vilayətində nəqliyyat vasitəsi. == Tarixi == 1955-cu illərdən istifadədədir.
Bakı metrosu (film, 1992)
Bakı metrosu qısametrajlı sənədli filmi rejissor Süleyman Əhmədov tərəfindən 1992-ci ildə çəkilmişdir. "Metropol" Studiyasında istehsal edilmişdir. Film Bakı metropoliteninin 25 illiyinə həsr olunmuşdur. == Məzmun == Film Bakı metropoliteninin 25 illiyinə həsr olunmuşdur. Kinolentdə Bakı metrosunun tarixindən, tədris-istehsalat fəaliyyətindən, bugünkü problemlərindən danışılır.
1-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 1-ci xətti 6 noyabr 1967-ci ildən fəaliyyətdədir. 1-ci xəttin ümumi uzunluğu 18,36 km və 13 stansiyadan ibarətdir.
2-ci xətt (Bakı metrosu)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
3-cü xətt (Bakı metrosu)
Bakı metrosunun 3-cü xətti 19 aprel 2016-cı ildən fəaliyyətdədir. 3-cü xəttin ümumi uzunluğu 6,1 km və hazırda 4 stansiyadan ibarətdir.
Azərbaycan metrosu 40 (film, 2007)
Azərbaycan metrosu 40 filmi 2007-ci ildə çəkilmişdir. Film Azərbaycanda metronun yaranmasının 40 illiyinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda metronun yaranmasının 40 illiyinə həsr olunmuşdur. Azərbaycan metrosunun yaranma tarixinə baxışdır.
Bakı metrosu-30 (film, 1997)
Bakı metrosu-30 qısametrajlı sənədli filmi rejissor Süleyman Əhmədov tərəfindən 1997-ci ildə çəkilmişdir. "Metropol" Kinoşirkətində istehsal edilmişdir. Kinolent Bakı metrosunun 30 illiyinə həsr olunmuşdur. == Məzmun == Kinolent Bakı metrosunun 30 illiyinə həsr olunmuşdur.Filmdə Bakı metrosunun tikintisindən ta bugünkü günədək keçddiyi yoldan söhbət açılır.
1-ci xətt (Sankt-Peterburq metrosu)
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.
1995-ci il Bakı metrosu yanğını
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Sinsinnati metrosu
Sinsinnati metrosu (ing. Cincinnati Subway) — Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində XX əsrin əvvələrində tikilməyə başlanılmış ancaq, Böyük böhran və nəzərdə tutulmamış yüksək xərclər səbəbindən tikintisi yarımçıq saxlanılmış yeraltı metro sistemi. Xəttlərin uzunluğunun cəmisi 2 mil olmasına baxmayaraq, Sinsinnati metrosu, Amerika Birləşmiş Ştatlarında tikintisi yarımçıq saxlanılmış ən böyük nəqliyyat layihəsi hesab olunur. 1928-ci ildə metro xəttinin tikintisi tamamilə ləğv edilmişdir və həmin tarixdən etibarən tikinti ilə bağlı heç bir yenilik yoxdur.
Tokio metrosu
Tokio metrosu (yap. 東京メトロ, Tōkyō Metoro) — Yaponiyanın Tokio şəhərində Tokyo Metro Co şirkəti tərəfindən idarə olunan əsas metro sistemidir. O, Tokioda fəaliyyət göstərən yeganə metro sistemi olmasa da, iki operator arasında daha çox sərnişinə malikdir: 2014-cü ildə Tokio Metrosunda orta gündəlik 6,84 milyon sərnişin, digər sistem olan Toei Metrosunda isə 2,85 milyon orta gündəlik gediş var idi. == Təşkilat == Tokio Metrosu Yaponiya Hökuməti və Tokio Böyükşəhər Hökumətinin birgə mülkiyyətində olan özəl səhmdar şirkəti olan Tokyo Metro Company, Ltd. (東京地下鉄株式会社, Tōkyō Chikatetsu Kabushiki-gaisha, Tokyo Metro Stock Company) tərəfindən idarə olunur.
Xocahəsən metrosu
Xocəsən metrostansiyası — Bakı metrosunun 23 dekabr 2022-ci ildə istifadəyə verilmiş yerüstü stansiyası. Metropolitenin sayca 27-ci stansiyası və 2-ci yerüstü stansiyası kimi istifadəyə verilmişdir. Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır. == Tarixi == "Xocəsən" stansiyasının tikintisi üçün hazırlıq işləri 2014-cü ildə başlamışdır. Stansiyada tikinti işləri 3 mərhələli şəkildə təşkil olunmuşdur. Stansiyaya aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılmışdır. Çünki tunellərin yerləşdiyi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Sağ tunelin qazıntı işləri 2018-ci ilin aprelində, sol tunelin qazıntı işləri isə 2022-ci ilin aprelində başa çatmışdır. 2022-ci ilin oktyabr ayında sınaq işləri aparılmışdır.Tikinti işlərinin birinci mərhələsi və stansiyasının tikintisi 2022-ci ilin sonunda başa çatdırılmışdır. Seyfulla Vəliyev stansiyanın birinci rəisi təyin olunmuşdur.
İstanbul Metrosu
İstanbul metropoliteni — Türkiyənin İstanbul şəhərində xidmət verən metro sistemidir. 3 sentyabr 1989-cu ildə xidmətə girdiyində Türkiyənin ilk metro sistemi idi. Metro İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur və hal-hazırda 11 metro xətti (M1A, M1B, M2, M3, M4, M5, M6, M7, M8,M9,M11) və 101 stansiyaya malikdir. Bu xüsusiyyəti ilə İstanbul metrosu, ölkənin ən böyük metro şəbəkəsidir. M1A, M1B, M2, M3, M6, M7 ve M9 xətləri Avropa tərəfində, M4,M5 və M8 xətləri Asiya tərəfində xidmət göstərir. M1B, M3, M4, M5, M7,M9və M11 metro xətlərinin genişləndirilməsi işləri davam etdirilir. M10, M12, M13, M14 metro xətlərinin tikintisi davam edir. Tikintisi davam edən M10, M12, M13, M14 xətləri Asiya tərəfində yer alacaqdır. == Tarixçə == İstanbul Metrosu çox köhnə bir ideya olsa da, yalnız XX əsrin sonlarında həyata keçirməyə başlandı. Ölkədə ilk metro xətti İstanbul Metrosu olmuşdur.
Yaşıl xətt (Bakı metrosu)
Bakı metrosunun 2-ci xətti 22 fevral 1968-ci ildən fəaliyyətdədir. 2-ci xəttin ümumi uzunluğu 16,3 km və 10 stansiyadan ibarətdir.
Bakı metrosunda partlayışlar
Bakı metrosunda partlayışlar — 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktları. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdır. == 20 Yanvar metrostansiyasında partlayış == === Hadisələrin xronikası === 1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi. === İstintaq === Prezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
Bakı metrosunda qəza (1995)
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Bakı metrosunda yanğın (1995)
1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır. Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var. Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. == Qəza == "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Minsk metrosunda terror aktı (11 aprel 2011)
Minsk metrosunda terror aktı — Minsk metrosunda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir. == Xarici keçidlər == Belarus: Müstəqillik dövrünün terror aktları. lent.az 12.04.11.
Moskva metrosunda qəza (2014)
2014 Moskva Metro Qəzası - 2014-cü il iyulun 15-də Moskva metrosunda baş vermiş qəzadır. Baş vermiş qəza nəticəsində ölənlərin sayı 22-yə çatıb. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi hadisədən sonra 160-dən artıq adamın tibbi yardım üçün müraciət etdiyini bildirib. Bunlardan 118 nəfər artıq xəstəxanaya yerləşdirilib. 42 adamın vəziyyətinin ağır olduğu qeyd olunur. Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib, 2 xarici vətəndaşı ölüb. Baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır. Rusiya paytaxtının meri Sergey Sobyanin 22 adamın ölümünə səbəb olmuş metro qəzası ilə bağlı 16 iyulu matəm günü elan edib. == Səbəbi == Qəza qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində baş verib. Rusiya İstintaq Komitəsinin nümayəndəsi terror ehtimalını istisna edib.
Sankt-Peterburq metrosunda terror (2017)
Sankt-Peterburq metrosunda terror (rus. Теракт в Петербургском метрополитене) — Rusiyanın Sankt-Peterburq şəhər metrosunun Texnoloqiçeskiy institut və Sennaya ploşşad stansiyaları arasında, qatarda təşkil edilmiş terror hücumu. İlk məlumatlarda doqquz nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilmişdir. Hadisədə ən azı 45 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Partlayıcının sənədlərin daşınması üçün istifadə olunan çantada aşkarlandığı bildirilir. Hadisədən dərhal sonra ikinci bir partlayıcı çantası aşkarlanaraq terror hücumunun törədilməsinin qarşısı alınmışdır. İnterfaks xəbər agentliyinin yaydığı məlumatda terror hücumunun terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Hadisənin törədilməsində əsas şübhələr Mərkəzi Asiyadan idarə olunan islam-radikalizmi göstərilməkdədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.70 dəfə / 1 mln.
2002 ••••••••• 3.43
2003 •••• 1.57
2004 •••• 1.68
2005 •••• 1.35
2006 •• 0.45
2007 •• 0.85
2008 •• 0.73
2009 ••• 0.96
2010 •••• 1.36
2011 ••••••• 2.92
2012 •••••••• 3.18
2013 •••••••••••••••••••• 8.46
2014 ••••••••••••••••• 7.04
2015 ••••••• 2.89
2016 •••••• 2.26
2017 ••••• 1.79
2018 •••• 1.50
2019 •••••••• 3.34
2020 •••••• 2.39

Oxşar sözlər

#metrosu nədir? #metrosu sözünün mənası #metrosu nə deməkdir? #metrosu sözünün izahı #metrosu sözünün yazılışı #metrosu necə yazılır? #metrosu sözünün düzgün yazılışı #metrosu leksik mənası #metrosu sözünün sinonimi #metrosu sözünün yaxın mənalı sözlər #metrosu sözünün əks mənası #metrosu sözünün etimologiyası #metrosu sözünün orfoqrafiyası #metrosu rusca #metrosu inglisça #metrosu fransızca #metrosu sözünün istifadəsi #sözlük