Metyu sözü azərbaycan dilində

Metyu

Yazılış

  • Metyu • 99.6734%
  • METYU • 0.2177%
  • metyu • 0.1089%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Metyu Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Metyu Brayza
Metyu Brayza (ing. Matthew Bryza; 16 fevral 1964) — Amerikalı diplomat. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-nin Azərbaycandakı səfiri olmuşdur. Metyu Brayza Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. Metyu Brayza ABŞ Xarici Xidmətinə 1988-ci ilin avqustunda qoşulub. ABŞ-nin Poznandakı (Polşa) konsulluğunda, Varşavadakı səfirliyində çalışıb (1989–1991). 1991–1995-ci illərdə ABŞ Dövlət Departamentində, 1995–1997-ci illərdə ABŞ-nin Rusiyadakı səfirliyində diplomatik xidmət keçib. 1997–1998-ci illərdə ABŞ-nin Qafqaz və Mərкəzi Asiya ölkələrinə iqtisadi yardımı məsələlərinə kuratorluq edib. 1998–2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub.
Metyu Bredi
Metyu Bredi (18 may 1822, Uorren[d], Nyu-York ştatı və ya Nyu-York ştatı – 15 yanvar 1896[…], Manhetten, Nyu-York ştatı) — Amerika vətəndaş müharibəsi zamanı ən vacib şəxslərin fotolarını çəkərək XIX əsrin ən məşhur fotoqrafı olmuşdur. Metyu Bredi fotoqrafiyanın qurucusu hesab olunur. == Həyatı == Bredi Nyu-Yorkun Uorren qraflığında irlandiyalı mühacir Endryu və Culiya Bredinin ailəsində anadan olub. Gələcək fotoqraf 16 yaşında Nyu-Yorkun Saratoqa qraflığına köçdü. 1841-ci ildə Bredinin bədii qabiliyyəti ona ixtisaslı mütəxəssis Samuel Morse ilə təhsil almağa icazə verdi. 1844-cü ildə Nyu Yorkda öz fotoqrafiya studiyası var. Bredi məşhur amerikalıların portretlərini sərgiləməyə başladı. 1849-cu ildə Bredi Vaşinqtonda studiya açdı və burada 1850-ci ildə evləndiyi Culiya Handi ilə tanış oldu. Bredi nin ilk işi dagerreotip texnikasında edildi, və işinə görə bir çox mükafatlar aldı. 1850-ci illərdə dagerreotip məşhurlaşan ambrotiplə əvəz olundu.
Metyu Buçinger
Metyu Buçinger (Matthew Buchinger; 2 iyun 1674 - 17 yanvar 1740), və yaxud da Matthias Buchinger, alman sənətçisi, sehrbaz, xəttat idi. O, dünyaya əlləri və ayaqları olmadan, 74 sm boy ilə gəlmişdir. Onun illüstrasiyaları çox kiçik mətnlərdən ibarət olurdu. == Həyatı == Buçinger 2 iyun 1674-cü ildə Almaniyanın Ansbach şəhərində, əlləri və ayaqları olmadan doğuldu. Onun valideynləri yaxşı rütbələrə sahib idilər. Onlar uşaqlıq dövründə Buçingeri digərlərindən gizlətməyə çalışırdılar. Byüdükdən sonra onlar Buçingeri işlə təmin etmək istədilər, lakin bunda da əziyyət çəkdilər. Sonda isə bu fikirdən əl çəkməli oldular. Buçinger öz fiziki cəhətdən gözəl qəhrəmanları ilə birliktə, bütün Şimali Amerikanın kral və aristokratlarını əyləndirmək üçün səyahətlərə çıxırdı. Ona "Nürnberqdən kiçik adam" deyə də səslənirdilər.
Metyu Daddario
Metyu Daddario (tam adı: Metyu Kuinzi Daddario, ing. Matthew Quincy Daddario; 1 oktyabr 1987, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Freeformun fantastik serialı olan Kölgə Ovuçuları-dakı Alek Laytvud rolu ilə tanınır. == Həyatı == Daddario Nyu York şəhərində doğulub. Onun anası Kristina hüquqşunas, atası Riçard isə ittihamçı və NYPD-nin keçmiş əməkdaşıdır. Aleksandra Daddario adlı böyük bacısı aktrisadır. Onun həmçinin Katerina Daddario adlı kiçik bacısıda var. Onun babası Emilio Q. Daddario 1959-71-ci illər ərzində ABŞ Nümayəndələr Palatasında demokratik nümayəndə kimi fəaliyyət göstərib. Daddario italyan, irland, slovak və ingilis kökənlidir. 2010-cu ildə Indiana University Bloomingtonda biznes fakultəsindən məzun olmamışdan əvvəl o, Collegiate Məktəbində təhsil aldı.
Metyu Foks
Metyu Foks (ing. Mathew Fox; 14 iyul 1966) amerikalı kinoaktyordur. O, 14 iyul 1966-cı ildə ABŞ-nin Pensilvaniya ştatında anadan olmuşdur. Əsasən, Lost teleserialında ifa etdiyi baş roldan sonra populyarlıq qazanmışdır.
Metyu Holman
Metyu C. Holman (Tam adı: ing. Matthew J. Holman; 1967, ABŞ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofiziki və Harvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb.Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur.Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır. == Kəşfləri == 1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır.
Metyu Labortö
Metyu Labortö (ingiliscə: Matthew Laborteaux; 8 dekabr 1966, Los-Anceles, Kaliforniya) – ABŞ aktyorudur.
Metyu Makkonaxi
Metyu Makkonaxi — Amerikalı, Oskar mükafatlı aktyor = Ailəsi = Metyu Makkonaxi, Meyri Ketlinin üç oğlundan biri olaraq Texas ştatının Uvalde şəhərində anadan olub. Anası müəllim, atası Ceyms Donanld Makkonaxi, yanacaqdoldurma stansiyasının sahibi idi Atası işə başlamazdan əvvəl Green Bay Packers futbol komandasının üzvü idi. Makkonaxi, İrlandiya mənşəlidir və xristiandı. Makkonaxinin valideynləri boşandıqdan sonra bir neçə dəfə yenidən evləndilər. Makkonaxi bunu "Sevgi, amma qeyri-sabit bir əlaqə" olaraq şərh etdi. = Yaradıcılığı = Metyu Makkonaxi - Amerikalı aktyor, rejissor, ssenarist və prodüser. Əvvəlcə özünü komediya filmlərində sınamış, XXI əsrin ikinci onilliyində isə ,əsasən, dramatik rollara keçib. "Vəkil üçün Linkoln", "Mad", "Killer Joe", "Super Mayk", "Interstellar" kimi filmlərdə onadığı rollara görə bir sıra mükafat və müsbət rəylər alıb. "Dallas Alıcılar Klubu" (2013) dramındakı roluna görə “Qızıl Qlobus”, “ABŞ Film Aktyorları Gildiyası”, karyerasındakı ilk Oskar da daxil olmaqla bir çox mükafata layiq görülmüşdür. Makkonaxi aktyorluq karyerasına 1991-ci ildə başlayıb.
Metyu Perri
Metyu Lenqford Perri (ing. Matthew Langford Perry) — amerikalı-kanadalı aktyor, komik, icraçı prodüser, ssenarist və dramaturq. 1994–2004-cü illlərdə yayımlanan NBC televiziya sitkomu Dostlar serialında canlandırdığı Çendler Binq roluna görə bütün dünyada şöhrət qazanmışdır. == Həyatı == Perri 19 avqust 1969-cu ildə Massaçusets ştatının Uilyamstoun şəhərində anadan olub. Anası Suzen Morrison kanadalı jurnalistdir. Atası Con Bennet Perri amerikalı aktyor və keçmiş modeldir. Valideynləri onun bir yaşında ayrılıblar və anası onu Ottava şəhərində böyüdüb. Məktəb illərində tennisə maraq göstərdi və üst səviyyəli oyunçu oldu.Perrinin həm Kanada, həm də Amerika vətəndaşlığı var. Ulduz olmasına baxmayaraq, Metyu çoxlarının həsəd aparmayacağı bir həyat yaşayıb. Reaktiv xizək sürərkən keçirdiyi qəzadan sonra Perri həblərə aludə oldu.
Metyu Seliqman
Metyu Seliqman (14 iyul 1955 – 17 aprel 2020, London) — Böyük Britaniya gitaraçısı. == Həyatı == 14 iyul 1955-ci ildə doğulub. Metyu Seliqman Böyük Britaniyada Devid Boui və Şineyd Okonnor ilə birlikdə çıxış edibdir. Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib. 17 aprel 2020-ci ildə koronavirus xəstəliyindən Londonda vəfat edib.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur.O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir.Bol Londonun, Holborn səmtində yaşayır.
Metyu Fontey Mori
Metyu Fontey Mori — okeanoqrafiyanın “atası” kimi tanınır. İlk Atlantik-transın qoyulmasında kömək edib.
Metyu Stenford Robison (memorial)
Matthew Stanford Robison — Solt Leyk Siti qəbiristanlığında yerləşən xatirə heykəl. O, Metyu Stanford Robisonun atası Ernest tərəfindən hazırlanmışdır. == Tarixi == 2000-ci ildə Ernest Robison oğluna xatirə abidəsi tikmək qərarına gəldi. Qəbiristanlıqdakı heykəl Metyu əlil arabasından qalxaraq göyə qalxdığını təsvir edir. Xatirə uşağı yer üzündəki əzab-əziyyətlərdən azad olaraq axirətdə olduğunu təsvir etmək üçün nəzərdə tutulub. Qəbiristanlıq Yuta ştatının turistik məkanı olub, bir neçə səyahət veb-saytında ziyarət etmək üçün yer kimi görünür. == Xarici keçidlər == Our Inspiration (ing.) Matthew: un bimbo disabile che ha donato amore e gioia da vivo e continua a farlo dal Cielo!
Kortni Metyuson
Kortni Metyuson (d. 14 sentyabr 1986) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kortni Metyuson, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Daha sonra Kortni Metyuson, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Metyus Bitenkort
Metyus Bitenkort da Silva (28 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Metyus Bitenkort kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda yarımmmüdafiənin sağ cinahında oynayırdı. Bitenkort Şapekoenseyə Hoffenhaym 1899 FK klubundan icarəyə verilmişdir. O, komandanın ən gənc üzvlərindən biri idi. Bitenkort LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. == Şəxsi həyatı == Metyus Bitenkort Gillerme Bitenkortun cavan qardaşıdır. == Karyera statistikası == 27 dekabr 2014-cü il məlumatlarına əsasən. == Uğurları == === Milli komanda === Braziliya U-20Toulon Turniri: 2013 == İstinadlar == == Xarici keçidlər == Matheus Biteco profile Arxivləşdirilib 2016-11-18 at the Wayback Machine. Portal Oficial do Grêmio. Soccerway.com saytında profili (ing.) Matheus Biteco profile.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.46 dəfə / 1 mln.
2004 ••• 3.03
2005 •••• 3.37
2006 ••• 2.25
2007 •• 1.06
2008 0.24
2009 •••• 3.68
2010 ••••••••••••••••••• 19.43
2011 •••••••••••••••••••• 20.85
2012 •••• 4.13
2013 •••• 3.36
2014 •••• 3.60
2015 •••• 3.74
2016 ••••••••• 8.68
2017 ••• 3.09
2018 •• 1.65
2019 ••• 2.36
2020 •• 1.19

Oxşar sözlər

#metyu nədir? #metyu sözünün mənası #metyu nə deməkdir? #metyu sözünün izahı #metyu sözünün yazılışı #metyu necə yazılır? #metyu sözünün düzgün yazılışı #metyu leksik mənası #metyu sözünün sinonimi #metyu sözünün yaxın mənalı sözlər #metyu sözünün əks mənası #metyu sözünün etimologiyası #metyu sözünün orfoqrafiyası #metyu rusca #metyu inglisça #metyu fransızca #metyu sözünün istifadəsi #sözlük