mexanizmlər sözü azərbaycan dilində

mexanizmlər

Yazılış

  • mexanizmlər • 98.5214%
  • Mexanizmlər • 1.4786%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maşın və mexanizmlər nəzəriyyəsi
Maşın və mexanizmlər nəzəriyyəsi — maşın və mexanizmlərin tədqiqi və layihələndirilməsinin ümumi üsulları haqqında elmdir. Bu sahə ilk dəfə olaraq alman alimi Rölo tərəfindən fənn kimi ali təhsil sisteminə daxil edilmişdir. Mexanizmlər nəzəriyyəsində →maşın, aparat və →cihazların konkret tətbiq sahəsindən asılı olmayaraq bütün hallar üçün eyni olan mexanizmlərin xassələri öyrənilir (məsələn: dişli çarxlar). Elmin digər sahəsini, müxtəlif sahə maşınları üçün ümumi olan tədqiqat və layihələndirmə üsullarını öyrənən maşınlar nəzəriyyəsi təşkil edir. Mexanizmlər istənilən maşının əsasını təşkil etdiyindən bu iki sahə bir -biri ilə sıx əlaqədədir. == Məqsədi == Maşın və mexanizmlər nəzəriyyəsinin məqsədləri müxtəlifdir. Bunları aşağıdakı əsas qruplarda birləşdirmək mümkündür: mexanizmlərin sintezi, maşın və mexanizmlərin dinamikası (dinamik analiz) və maşın-avtomatlar nəzəriyyəsi. Sintez methodu ilə mexanizmin verilmiş hərəkətin icrası üçün lazım olan parametrləri tapılır. Mexanizmlərin dinamikasının araşdırılması onun bəndlərinin xarici qüvvələrin təsiri altında hərəkətinin öyrənilməsinə xidmət edir. Maşın-avtomatlar nəzəriyyəsinin əsasında onların ayrı-ayrı mexanizmlərinin uyğunlaşdırılmış şəkildə qurulma sxemləri və optimal iş şəraitinin təminatı durur.
Elektromaqnit icra mexanizmləri
Elektromaqnit icra mexanizmləri elektrik mühərrikli icra mexanizmlərinə nisbətən kiçik güclüdürlər. Amma onlar konstruksiyalarının sadəliyi, idarəetmə sxemlərinin mürəkkəb olmaması, kiçik ölçülərə və kütləyə malik olması, ucuz olması və yüksək etibarlılığı ilə fərqlənirlər. Elektromaqnit solenoid icra mexanizmlərinin xarakterik (səciyyəvi) xüsusiyyəti ondan ibarətdir ki, onlar yalnız iki mövqeli idarəetmə sxemlərində, daha doğrusu tənzimləyici orqan ancaq iki son vəziyyət aldıqda ("açıqdır" yaxud "bağlıdır) tətbiq oluna bilər. Elektromaqnit intiqal həm sabit, həm də dəyişən cərəyanda işləmək xüsusiyyətinə malikdir. Sabit cərəyan elektyromaqnitləri yaxşı xarakteristikaları ilə fərqlənirlər. Eyni ölçülərdə sabit cərəyan elektromaqnitləri böyük dartı qüvvəsi yaradırlar, parametrlərin daha yüksək stabilliyinə malikdirlər, konstruksiyaları sadədir və ucuz başa gəlir. Qida mənbəyi kimi dəyişən cərəyan şəbəkəsindən, solenoid intiqal isə düzləndirici ilə qidalanır. Solenoid silindrik səthə sarınmış cərəyan axan naqildən ibarətdir. Solenoid – yunan sözü olub boruşəkilli, boruya oxşar deməkdir. Xarici maqnit sahəsinə görə solenoid düz sabit maqnitli sahəsinə oxşayır.
Elementar sirkulyasiya mexanizmləri
== Elementar sirkulyasiya mexanizmləri == Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır. == Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti == Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti 1-10 günə bərabərdir. ESM dəyişilməsi sıçrayışla baş verdiyi müəyyən olmuşdur. Təhlil zamanı Dzedzeyevski 1899-1948 ilə kimi ABŞ-də nəşr olunan sinoptik xəritələrin və 1949-cu ildən başlayaraq isə SSRİ hidrometeoroloji mərkəzinin Mərkəzi Proqnozlar İnstitutunun çap etdiyi xəritədəki məlumatlardan istifadə etmişdir. == Elementar sirkulyasiya mexanizmlərinin əsas tipləri == Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir: Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr) Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır: Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir Zonallığın olmadığı sirkulyasiya.
Elementar sirkulyasiya mexanizmlərinin tipləri

"mexanizmlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mexanizmlər nədir? #mexanizmlər sözünün mənası #mexanizmlər nə deməkdir? #mexanizmlər sözünün izahı #mexanizmlər sözünün yazılışı #mexanizmlər necə yazılır? #mexanizmlər sözünün düzgün yazılışı #mexanizmlər leksik mənası #mexanizmlər sözünün sinonimi #mexanizmlər sözünün yaxın mənalı sözlər #mexanizmlər sözünün əks mənası #mexanizmlər sözünün etimologiyası #mexanizmlər sözünün orfoqrafiyası #mexanizmlər rusca #mexanizmlər inglisça #mexanizmlər fransızca #mexanizmlər sözünün istifadəsi #sözlük