meydanı sözü azərbaycan dilində

meydanı

Yazılış

  • meydanı • 68.2267%
  • Meydanı • 31.7135%
  • MEYDANI • 0.0598%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azneft meydanı
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Babək meydanı
Babək meydanı — Naxçıvan şəhərində dəmiryolu vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişdiyi ərazidə yerləşir == Haqqında == 1989-cu ildən Babək meydanı adlandırılmışdır. Meydanda Babəkin at üstündə abidəsi ucaldılmışdır (heykəltaraş Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi E.Cəfərovdur). Babək meydanında dəmiryol işçiləri parkı, məişət, iaşə, ticarət və s.xidmət obyektləri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 54-55. ISBN 5-8066-1468-9.
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Corc meydanı
Corc meydanı (ing. George Square) — Qlazqonun mərkəzində yerləşən meydan.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Oktoqon meydanı
Oktoqon meydanı (mac. Oktogon tér) — Budapeştdə Böyük Bulvar dairəsi ilə Andraşi prospektinin kəsişməsində yerləşir. Meydanın adı onun forması ilə verilmişdir (Oktogon - "səkkizbucaq"). 1870-ci illərdə meydanda inşa edilən binalar, Antal Skalnitskinın dizaynına görə, sekkizbucaqdır. Budapeşt metrosunun 1-ci "kiçik" xəttinin Oktoqon stansiyası meydanın altında yerləşir. 1936-1945-ci illərdə meydan Mussolini adını daşıyırdı və müharibədən sonrakı dövrdə 7 noyabr meydanı adlandırıldı. 1990-cı ildə meydan orijinal adını geri qaytardı. == Ədəbiyyat == Венгрия. Издательство «Вокруг света», 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл. Будапешт.
Pikadilli meydanı
Pikadilli meydanı (ing. Piccadilly Circus) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Qalxınış meydanı
Qalxınış meydanı (türkm. Galkynysh meýdany) — Türkmənistanın Aşqabad şəhərində yerləşən meydandır. Türkmənbaşı və Qalxınış prospektlərinin birləşməsində yerləşir.
Qarabağ meydanı
Qarabağ meydanı — Naxçıvan şəhərində 1980-81-ci illərdə inşa edilmiş mövcud meydanın yerində salınmışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən Azərbaycanın əzəli torpağı olan Qarabağa qarşı ərazi iddialarını açıq şəkildə irəli sürən erməni millətçilərinin separatçılıq əməlləri ilə əlaqədar olaraq 1989-cu ildə yenidən qurulmuş,ətrafında xidmət obyektləri, mərkəzində fəvvarəli hovuz yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 257. ISBN 5-8066-1468-9.
Qudiaşvili meydanı
Qudiaşvili meydanı (gürc. ლადო გუდიაშვილის მოედანი) — Tbilisi şəhərinin tarixi rayonu Sololakidə yerləşən meydan. Meydan Lermontov, Beqlar Axospireli və Cibladze küçələri ilə kəsişir. == Tarixi == Şahzadə Vaksuşti (1735) tərəfindən Tiflisin ön hissəsində göstərilmişdir, burada "Bezhan bağı" yerləşirdi. Müqəddəs Corc olan Muqninskaya Kilsəsinin yaxınlığında yerləşirdi. 1827-ci ildə Abbas-Abad fars qülləsinin başçısı İ.F. Paşkeviçin ələ keçirilməsi şərəfinə, meydan Abbas-Abad adlandırıldı. Sovet dövründə (1923-cü ildən) Rusiyanın inqilabi Stepan Alaverdov şərəfinə Alaverdskaya meydanı adlandırmışdır. Müasir ad 1988-ci ildə qəbul edilmiş, Lado Qudiaşvili (1886-1980) — məşhur gürcü rəssamı — adlandırılmışdır. 2015-ci ilin mart ayında Qudiaşvili Meydanının tarixi binalarının qorunması planının işlənməsinə başlanmışdır. == Maraqlı faktlar == Qudiaşvili meydanı, eyni zamanda, sənətkar Niko Pirosmani sevdiyi Fransız aktrisa Marqarita de Sevrinin şərəfinə çiçəklərlə doldurduğu meydan olmuşdur.
Qızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Sultanəhməd meydanı
Sultanəhməd meydanı — İstanbulun ən mühüm meydanlarından biridir. Bizans dövründə Cıdır meydanı kimi tanınırdı. "Cıdır meydanı" at minən, atların meydanı mənasına gəlir. Osmanlı dövründə buraya At meydanı denyilirdi. == Tarixi == Günümüzə çox az qalıqları qalan Bizans dövrü əhəmiyyətli tikililəri və abidələri Cıdır meydanı ətrafında inşa edilmişdir. "Böyük saray" — deyə məşhur olan İmperiya sarayı Cıdır meydanının yanından başlayır, aşağılara, dəniz kənarına qədər uzanardı. Bu saraydan dövrümüzə bir böyük zalın yer mozaika lövhəsi gəlib. Şəhərin ən əhəmiyyətli meydanı Agusteion və bura ilə küçə arasında Milerium qələbə sırğa olardı. Prospekt, Romaya qədər uzanan yolun başlanğıcı idi və ilk kilometr daşı da burada. Hamamlar, məbədlər, dini, mədəni, idarə və ictimai mərkəzlər bu yaxınlığa yerləşmişdir.
Taksim Meydanı
Taksim meydanı — İstanbulun Bəyoğlu səmtində yerləşən Taksim Meydanı İstanbul şəhərinin ən məşhur məkanlarından biridir. Restoranları, mağazaları, otelləri, əyləncə və mədəniyyət məkanları ilə İstanbulun ən böyük turizm mərkəzlərindən biridir. Cümhuriyyət dövründə meydana çevrilən Taksim meydanı bir çox siyasi və ictimai tədbirlərə də ev sahibliyi etdi. Meydandakı trafiki qismən yerə endirən Taksim Piyadalaşma Layihəsi 2013-cü ildə qismən tamamlandı. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən 2020-ci ilin fevral ayında başlayan beynəlxalq dizayn yarışmasında İstanbulluların səsverməsi ilə birinci olacaq layihəyə görə Taksim Meydanının yenidən təşkil edilməsinə qərar verilmişdir. == Meydanın xüsusiyyətləri == Taksimi bir istiqamət olaraq təyin etmək mümkün deyil. Onu daha çox meydan və onu əhatə edən tikililər toplusu kimi görmək daha düzgündür. Meydana çevrilməmişdən əvvəl köhnə evlər düzülmüş dar bir ərazi olan ərazi genişləndirilərək meydana çevrildikdən sonra zamanla indiki simasını aldı. Meydanın ortasındakı Cümhuriyyət Abidəsi milli günlərdə təkcə tədbir məkanı kimi istifadə edilmir, həm də İstiqlal küçəsi və ətraflarında vaxt keçirməyə gələnlərin görüş yeri kimi də xidmət edir. Taksim meydanının başlanğıcından Tünel meydanına qədər Nostalji tramvay hərəkət edir.
Tayms meydanı
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır. == Xarici keçidlər == Times Square Photos Arxivləşdirilib 2008-01-20 at the Wayback Machine Live Streaming Cameras in Times Square 40°45′24″ şm. e. 73°59′11″ q.
Tertr meydanı
Tertr meydanı (fr. Place du Tertre), həmçinin Təpə meydanı — "Monmartrın ürəyi"; Parisin 18-ci bələdiyyəsinin ərazisində Sakre-Kör bazilikasından 200 m qərbdə yerləşir. Parisin ən çox ziyarət edilən yerlərindən biridir. Əsas tikinti sahəsi 18-ci əsrə aiddir. 20-ci əsrin əvvəllərində Pablo Pikasso və Moris Utrillo kimi çoxsaylı sənətkarlar yaşayırdı; Tertr meydanının ətrafı müasir sənət mərkəzidir. Bu gün Tertr meydanında sənətkar və karikaturaçılar əsərlərini satışa çıxarırlar (əsasən turistlərə). Əldə etmək çox çətin olan Rəssamlar İttifaqının imtiyazını tələb edir.
Trafalqar meydanı
Trafalqar meydanı (ing. Trafálgar Squáre) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir. == Adı == Meydan öz indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün şərəfinə almışdır. Əvvəlki adı "Kral IV Vilyam Meydanı" olsa da, memar Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılmışdır. == Xüsusiyyətləri == Meydanın mərkəzində aşağıdan dörd aslan heykəli ilə əhatələnmiş və yuxarısında admiral Horatsio Nelsonun heykəli olan 51 metr hündürlüyündəki Nelson sütunu yerləşir. Sütunun ətrafında iki böyük fəvvarə vardır. == Dördüncü postament == 1841-ci ildə meydanın künclərində 4 postament yerləşdirildi. Onlardan üçü Britaniya dövlət xadimlərinin heykəlləri ilə bəzədildi. Dördüncü postamentdə kral IV Vilyamın atlı heykəlini yerləşdirmək nəzərdə tutulsa da vəsait çatışmazlığı səbəbindən bu baş tutmadı.
15 İyul Kızılay Milli İradə meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Ala-Too meydanı
Ala-Too meydanı (qırğ. Ала-тоо аянты, Ala-Too ayanty) — Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi meydanıdır. Meydan 1984-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının 60 illiyini qeyd etmək münasibətilə tikilmiş və meydanın mərkəzində Leninin heykəli ucaldılmışdır. Meydanda yerləşdirilmiş bu heykəl 2003-cü ildə buradan götürülərək daha kiçik olan bir meydana qoyulmuş və onun yerinə Erkindik (Azadlıq) adlanan yeni heykəl qoyulmuşdur. Daha sonra 2011-ci ildə bu heykəli Qırğızıstanın müstəqilliyinin 20-ci ilinə xitabən hazırlanmış, Manas adlanan digər heykəl əvəz etdi.Meydanda həmçinin dövlət tədbirləri və bayramları keçirilir. 2008-ci ildə dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun xatirə mərasimi burada keçirilmişdir.2005-ci il martın 25-də meydanda Qırğızıstan tarixinin ən böyük, "Zanbaq inqilabı" adlanan hökumət əleyhinə üsyanları başladı. Bir neçə həftədən sonra üsyan bütün ölkə boyunca yayıldı və 15.000-dən çox insanın etirazı nəticəsində növbədənkənar parlament seçkiləri keçirildi. Üsyançıların hökumət qüvvələriylə toqquşması nəticəsində 2 insan qətlə yetirildi və yüzlərlə insan yaralandı. Lakin tezliklə üsyançılar mərkəzi meydanı nəzarət altına aldı və paytaxtda yerləşən Ağ evə hücum olundu. Nəticədə 1990-cı ildən bəri prezidentlik vəzifəsində çalışan Əsgər Akayev qaçdı və tezliklə vəzifəsini buraxdı.
Azadlıq meydanı (Astana)
Azadlıq meydanı (qaz. Тәуелсіздік алаңы) — Qazaxıstanın paytaxtı Astananın əsas meydanı. . == Yerləşməsi == Azadlıq meydanı Astananın Almatı rayonunda yerləşir. Tauelsizdik prospekti boyunca cənub-cənub-qərbdən şimal-şimal-şərqə uzanan şəklində müntəzəm bir düzbucaqlıdır. Eninə istiqamətdə meydan Baytursınov və Najimedenov küçələri ilə məhdudlaşır. == Memarlıq ansamblı == Meydanın mərkəzində Qazaxıstanın azadlığı və çiçəklənməsinin rəmzi olan "Qazax eli" abidəsi vardır. Paytaxtın mərkəzində Azadlıq meydanında yerləşən “Qazax Eli” (“Qazax xalqı”) abidəsi Astana şəhərinin və bütün Qazaxıstanın kifayət qədər yeni bir memarlıq əlamətidir. Ağ mərmərdən dördbucaqlı bir təməl üzərində quraşdırılmış bir işıq sütunu ilə təmsil olunur, burada hər tərəfdə müstəqil Qazaxıstan Respublikasının formalaşmasının əsas hadisələrini əks etdirən barelyeflər əks olunur. Bu quruluşun hündürlüyü 91 metrdir ki, bu da 1991-ci ildə ölkənin müstəqilliyi ilə əlaqələndirilir. Qazax Eli abidəsi yalnız suverenliyin simvolu deyil.
Azadlıq meydanı (Aşqabad)
Azadlıq Meydanı (Türkmən dilində: Garaşsyzlyk meýdany) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən meydandır. Meydan 1974-cü ildə tikilib və şəhərin mərkəzində yerləşir. Sovetlər İttifaqı dövründə Karl Marks meydanı, yaxın vaxtlara qədər isə Türkmənbaşı meydanı kimi tanınırdı. Meydanda hər il Türkmənistanın Müstəqillik Günü paradı keçirilir. Aşqabadda səfərdə olan xarici ölkələrin nümayəndə heyətləri üçün meydanda xüsusi qarşılanma mərasimi keçirilir. Meydanın ətrafında Oğuzxan Köşkü, Ruhiyyət Köşkü, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Sarayı, Mərasim Meydanı və Protokol Binası ilə Türkmən Dövlət Kitabxanası yerləşir.
Azadlıq meydanı (Bakı)
Azadlıq meydanı — Bakının ən böyük meydanı, SSRİ dövründə Lenin meydanı adlanırdı. == Tarixi == 1952-ci ildə Bakının mərkəzində Hökumət Evinin tikintisindən sonra, meydanın salınmasına başlanıb. 1960-1970-ci illərdə salınmış meydanın qarşısında Leninin heykəli ucalırdı. == Meydan hərəkatı == İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılmağa başladı. 20 yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edildi. Daha sonra isə rəsmiləşdirildi. Meydanın qarşısında Hökumət evinin fasadında Leninin nəhəng heykəli aşırıldı. Bu gün onun yerində Azərbaycan bayrağı dalğalanır. 1988-ci il, noyabrın 17-də Bakının əsas meydanında Mərkəzi komitənin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə, hətta statistik məlumatlara görə milyonlarla insanın toplaşması ilə başladı.
Azadlıq meydanı (Budapeşt)
Azadlıq meydanı (mac. Szabadság tér) — Budapeştdə meydan, Dunay çayının sol sahilində yerləşir. Macarıstan Parlament Binasının cənub-şərqində, Budapeştin Lipotvaros V ərazisində yerləşir. == Təsviri == Budapeştdəki ən böyük kvadratlardan biri şimal-cənubda uzanmış və lüks mahallalarla əhatə olunmuşdur. Memarlıq, Macarıstan Radio və Televiziya Kompaniyasının binaları, ABŞ səfirliyi və Milli Bankı önə çıxır. Radio və televiziya şirkətinin (keçmiş Köhnə Birja) və Milli Bankın binaları meydanın əks tərəfində yerləşir. 1905-ci ildə meydanda rekonstruksiya əsnasında məşhur Macar memarı və heykəltaraş İgnaz Alpar tərəfindən hazırlanmışdır. ABŞ səfirliyinin binası 1901-ci ildə tikilmiş, onun fasadı Setsession stilində bəzədilmişdir. Meydanın mərkəzi hissəsi fəvvarələrlə dolu bir kvadratdır, burada faşizmdən Budapeşt azadlığında düşən sovet ordusunun əsgərləri üçün abidə ucadılmışdır. == Tarixi == Meydan 1886-cı ildə Lipupvarosun böyük hissəsini işğal edən Neugebod barakalarının nəhəng kompleksinin sökülməsindən sonra formalaşdı.
Azadlıq meydanı (Tbilisi)
Azadlıq meydanı — Tbilisi şəhərində meydan. Rusiya çarlığı dövründə adı İrəvan meydanı olan meydan SSRİ dövründə Lenin meydanı adlandırılmışdır.
Azadlıq meydanı (İrəvan)
Azadlıq meydanı və ya Opera meydanı (erm. Ազատության հրապարակ; Azatut'yan hraparak), 1991-ci ilə kimi isə Teatr meydanı (erm. Թատերական հրապարակ; T'aterakan hraparak) – Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən meydan. Meydan İrəvan Opera Teatrı kompleksinin bir hissəsidir, əsas opera binasının cənubunda, opera parkı ilə Qu gölü arasının yerləşir. Respublika meydanı ilə birlikdə Azadlıq meydanı İrəvanın mərkəzindəki iki əsas meydandan biridir. Dörd küçə ilə əhatə olunub: Tumanyan küçəsi, Teryan küçəsi, Sayat Nova prospekti və Maştots prospekti. Yazıçılar Hovannes Tumanyan və Aleksandr Spendiaryanın heykəlləri bu meydanda yerləşir. == Siyasətdə == Meydanda tez-tez baş tutmuş nümayişlərə görə Azadlıq meydanı Ermənistanda demokratiyanın simvolu hesab olunur. Meydanın tutumu 40.000, 42.000-45.000, 50.000 nəfərdir. === 1988: Qarabağ münaqişəsi === Meydan müasir Ermənistan tarixində vacib rola malikdir.
Azneft meydanı (Bakı)
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Bayraq Meydanı (Şuşa)
Şuşa Bayraq Meydanı — Şuşa şəhərində Vaqif Cəfərov küçəsində yerləşir.
Bazar meydanı (İçərişəhər)
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Cəfər Cabbarlının heykəli (Bakı, Cəfər Cabbarlı meydanı)
Cəfər Cabbarlının heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərinin Cəfər Cabbarlı meydanında - 28 May metrostansiyasının girişinin yaxınlığında məşhur Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəli. Heykəl heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən qranitdən hazırlanıb. 1982-ci ildə qurulub. Abidənin memarı Yusif Qədimovdur. == Heykəlin tarixi == 1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunub. Eyni ildə gələcək heykəl ərazisində bir daş tikilib ki, burada Cəfər Cabbarlının heykəli tikiləcəkdir. Mirələsgər Mirqasımovun qazandığı ən yaxşı layihə üçün müsabiqə elan edildi. Mirələsgər Mirqasımov material almaq üçün, həyat yoldaşı Gültəkin xanım ilə birlikdə Novo- Danilovskiy - Ukraynaya gedib. Heykəltaraşın artıq işə başlamış olmasına baxmayaraq, Nikita Xruşşovun rəhbərliyi dövründə yayılmış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırdı. Son 70-ci illərdə onlar yenidən heykəli xatırladılar, lakin iş yenidən donduruldu.
Dofina meydanı (Paris)
Dofina meydanı ya Vəliəhd meydanı(fr. Place Dauphine) — Parisin mərkəzi meydanı, “5 kral meydanından” ikincisi. Meydan 1607 ci ildə kral IV Henri tərəfindən vəliəhd XIII Lüdovikin şərəfinə sifariş edilmişdir. O dövrdə (XVII əsrdə) bu meydan Voje meydanından sonra ikinci kral meydanı idi. Meydanüçgünc formaya malik olub, binalarla əhatələnmişdır. Meydana giriş de Harlay və Henri-Robert küçələrindəndir. Meydan üçbucağının zirvəsi “Pont Nyof” — “Yeni körpüsünün” mərkəzinə açılır.
Dövlət Bayrağı Meydanı
Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində 2010–2018-ci illərdə yerləşmiş memorial abidə-istirahət parkı. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. 2018-ci ildə sökülmüşdür. == Tarixi == Bakıda Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər" haqqında sərəncam imzaladı. Meydanda tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat əlavə vəsait ayrıldı.Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Eşşək-meydanı aşırımı
Eşşək-meydanı aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 23.27 dəfə / 1 mln.
2003 ••••••• 13.39
2004 •••••• 12.46
2005 •••••• 12.15
2006 ••••• 9.91
2007 ••••••• 14.38
2008 ••••••• 14.13
2009 ••••• 9.44
2010 ••••••••••••• 25.42
2011 •••••••••••••••••• 36.89
2012 •••••••••••••••••••• 39.67
2013 •••••••••••••••••••• 41.57
2014 •••••••••••••• 28.83
2015 •••••••••••••• 27.56
2016 •••••••••••••• 27.77
2017 ••••••••• 17.88
2018 ••••••••• 18.43
2019 •••••• 11.41
2020 •••• 6.63

"meydanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#meydanı nədir? #meydanı sözünün mənası #meydanı nə deməkdir? #meydanı sözünün izahı #meydanı sözünün yazılışı #meydanı necə yazılır? #meydanı sözünün düzgün yazılışı #meydanı leksik mənası #meydanı sözünün sinonimi #meydanı sözünün yaxın mənalı sözlər #meydanı sözünün əks mənası #meydanı sözünün etimologiyası #meydanı sözünün orfoqrafiyası #meydanı rusca #meydanı inglisça #meydanı fransızca #meydanı sözünün istifadəsi #sözlük