Meyityarma
Meyityarma — elmi biliklərini artırması və ya ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitlərin yarılması.
Meyitlərin yarılması hələ orta əsrlər dövründən qadağan edilmişdi. Tarixdə "yevistaxilərin yandırılması" hadisəsindən xəbərləri var. Belə ki, XVI əsrdə tələbələr müəllimlərin tapşırığı və köməkliyilə gecələr qəbiristanlıqdan yeni basdırılmış meyitləri çıxarıb aparırmış. Həmin meyitlər gizlicə yarılır, bununla da tələbələrə praktiki biliklər verilərmiş. Ancaq din xadimləri bundan xəbər tutur. Onlar qəbiristanlıqda meyit çıxaranları izləyib tutur, sonra isə hamısını meydanda, hər kəsin gözü önündə yandırıblar. Burada maraqlı bir məqamı da deyək. Yevistaxilərin yandırılması səhnəsinin fotoçəkiliş olmayan həmin dövrdə rəsmi çəkilib. Həmin rəsmin orijinalı indi məhz Azərbaycanda - Dövlət Tarix Muzeyində saxlanılır.