Azərbaycanda meşəsizləşdirmə
Azərbaycanda meşəsizləşdirmə — Azərbaycanda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi.
Azərbaycan Respublikası ərazisinin insan tərəfindən məskunlaşdığı dövrdən indiyə kimi 1 milyon ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində iqlim şəraitinin qlobal dəyişmələri nəticəsində təbii landşaftlar dəfələrlə kökündən dəyişmiş və yenidən yaranmışdır. Bir çox tədqiqatçılar göstərirlər ki, son 40–45 il ərzində apardıqları tədqiqatlara görə 10–12 milyon il ərzində, həmçinin sonuncu minilliklər də daxil edilməklə qolosendə Azərbaycan Respublikası ərazisinin təbii kompleksləri bərpa edilmişdir. Müəyyən edilmişdir ki, son 3 min il ərzində Azərbaycanda dağ meşələrinin sahəsi 5 dəfə,, düzənlik və tuqay meşələrinin sahəsi isə 13 dəfə azalmışdır. Bunun əsas səbəbi əkin sahələrinin genişləndirilməsi və yanacaq əldə etmək məqsədilə meşələrin qırılması olmuşdur. Həmçinin tarixi sənədlərdən məlumdur ki, qədim dövrlərdə və orta əsrlərdə uzun müddət Sassanilərin və Bizansın müharibə meydanına çevrilən Azərbaycanda sonralar ərəblərin, monqolların, İran şahlarının və digər yadellilərin basqınları zamanı ölkənin şəhər və kəndləri ilə yanaşı meşələri də qırılmış, yandırılmış və məhv edilmişdir.
== Meşələrin yayılma arealı ==
Sahəsi 8,66 mln. ha olan Azərbaycan respublikasının 1.25 mln. ha-ı meşələrdən ibarətdir.