Asteriya (mifologiya)
Asteriya (yun. Ἀστερία – ulduzlu) yunan mifologiyasında titan ulduz ilahəsi, titan Koy və Febanın qızı, Persin arvadı və Heketanın anası. Bir dəfə tanrı Zevs Asteriyaya vurularaq onun könlünü qartal cildində almağa calışmışdır, canını qurtarmaq üçün Asteriya cəld bildirçin cildinə girərək özünü dənizə atır. Onun adına Asteriya (sonralar şəhər Delos adlandırılmışdır) şəhəri adlandırılmışdır. Higinə görə guya ondan imtina etdiyi üçün Zevs onu bildirçinə çevirərək dənizə atmışdır. Nəticədə bildirçin adası – Ortigiya meydana gəlmişdir.
Digər bir rəvazətə görə Zevs ona yiyələnmiş və Asteriya ondan Heketanı dönyaya gətirmiş, sonra Zevs onu Persə ərə vermişdir. Bir rəvayətdə isə onun Poseydon tərəfindən təqib edildiyi göstərilir. Başqa bir rəvazətə görə Asteriyanı göydən düşmüş bir ulduza bənzədirlər.
== İstinadlar ==
== Mənbə ==
Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.