MiG sözü azərbaycan dilində

MiG

Yazılış

  • MiG • 64.0625%
  • MİG • 21.8750%
  • Mig • 10.9375%
  • mig • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
MiG
MiG, rəsmi olaraq Mikoyan Gurevich (Rusca: Микоян-Гуревич, МиГ), Rusiyanın hərbi təyyarə istehsalı ilə məşğul olan şirkətdir. Arteem Mikoyan və Mikhail Gurevich tərəfindən "Mikoyan-Gurevich" olaraq yaradılmışdır. Mikoyanın 1970-ci ildə ölümündən sonra Gurevich adı qaldırılmışdır. Prefiksi MiG olaraq bilinir. Rusiya hökuməti Mikoyan, Ilyushin, Irkut, Sukhoi, Tupovlev və Yakovlevi "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirmək istəyir. Firma ayrıca olaraq Kamov helikopter layihəsi kimi çeşitli texnikaların istehsalı üzərində də işləyir.
MiG-35
Mikoyan MiQ-35 (rus. Микоян МиГ-35, NATO kod adı: Fulcrum-F) — Mikoyan tərəfindən dizayn edilmiş rus çoxməqsədlı qırıcı təyyarə. MiG-29 təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Bu təyyarələrin Qərbli rəqibləri Rafale və EF-2000 hesab olunur. Bu təyyarələrin radarlardan qaçmaq imkanı yoxdur. İlk dəfə olaraq 2007-ci ildə Aeo India 2007 sərgisində nümayiş etdirilmişdir. Yeni məlumat sistemi, radar sistemi, nişanalma sistemi və əlavə bir sıra müasir cihazlar ilə təchiz edilmiş olan hərbi təyyarədir. Vahidinin qiyməti təxminən 40 milyon ABŞ dollarıdır. Satış üçün iki versiyası təklif olunur: MiG-35 (təkoturacaqlı) və MiG-35D (cütoturacaqlı). Silahları isə aşağıdakılardır: 1.
Astragalus miguelensis
Astragalus miguelensis (lat. Astragalus miguelensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Falco migrans
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Fridrix Anton Vilhelm Migel
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. == Əsərləri == De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
Galium migrans
Galium migrans (lat. Galium migrans) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Merula migratoria
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Migel Alexandro Kaliksto Lopez
Migel Alexandro Kaliksto Lopez (9 may 1994) — Kolumbiyalı peşəkar kişi BMX velosipedçisi. Migel Alexandro Kaliksto Lopez Kolumbiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Migel Alexandro Kaliksto Lopez 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.977 saniyəlik nəticəsi ilə 54-cü yeri tutdu.
Migel Anhel Asturias
Migel Anhel Asturias Rozales (isp. Miguel Ángel Asturias Rosales; 19 oktyabr 1899[…], Qvatemala – 9 iyun 1974[…], Madrid) — qvatemalalı yazıçı, şair, jurnalist, ictimai xadim, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1967), "Xalqlar arasında sülhün möhkəmləndirilməsi" Beynəlxalq Lenin mükafatı laureatı (1966). == Həyatı == Migel Anhel Asturias Qvatemalanın paytaxtı Qvatemala-siti şəhərində zəngin və geniş əlaqələrə malik ailədə doğulmuşdu. Məhkəmə sistemində yüksək mövqe tutan atası 1898-ci ildə hakimiyyətə gələn diktator Kabrera Estrada ilə siyasi opponent olduğundan paytaxtı və vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı. Qvatemaladakı San Karlos universitetinin tələbəsi Migel Asturias ailə ənənəsini davam etdirərək diktatura rejiminə qarşı mübarizənin fəallarından biri kimi tanınmışdı. Estradanın hakimiyyətdən uzaqlaşdırılmasından (1920) sonra o, ölkədə xalq universitetinin yaradılmasının əsas təşəbbüskarlarından biri kimi çıxış etmişdi. "Hinduların sosial problemləri! adlı dissertasiyası ilə Asturias hüquq doktoru dərəcəsini qazanmışdı. Estrada rejimi devrilsə də, ölkədəki vəziyyət yaxşılığa doğru dəyişməmişdi. Migelin dostlarından biri siyasi baxışlarına görə vəhşicəsinə döyüləndən sonra Asturias ailəsi övladlarını təhlükədən uzaqlaşdırmaq üçün təhsilini davam etdirmək məqsədi ilə onu Avropaya göndərmək qərarına gəlmişdi.
Migel Anxel Moya
Migel Anxel Moya - "Atletiko Madrid"in ehtiyat qapçısı. O, 2 aprel 1989-cu ildə İspaniyanın Bnissalem şəhərində dünyaya gəlib. Qapıçı kimi peşəkar karyerasında 6 klbda çıxış edib. Gənc ikən isə 1 klubda çıxış edib.
Migel Aziz
Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır. Aziz İngiltərə millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Migel Benqoleya
Migel Benqoleya (13 sentyabr 2000-ci ildə Boliviyada anadan olub) — Boliviya Futbol Liqası təmsilçilərindən olan Vilstermann klubunda hücumçu kimi çıxış edən peşəkar Boliviyalı futbolçudur. == Klub karyerası == === Vilstermann === Benqoleya Vilstermann akademiyası vasitəsilə inkişaf etmişdir. Benqoleya öz peşəkar karyerasında debütünü 15 dekabr 2016-cı ildə Petrolero Yakuiba klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Migel Suarezi əvəz etmişdir. Həmin görüşdə Vilstermann liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Boliviya Superkuboku görüşləri daxildir.
Migel Dias-Kanel
Migel Mario Dias-Kanel Bermudes (isp. Miguel Mario Díaz-Canel Bermúdez; 20 aprel 1960, Plasetas[d], Vilya-Klara əyaləti[d]) — 2019-cu ildən etibarən Kuba Prezidenti, 2021-ci ildən etibarən isə Kommunist Partiyasının birinci katibi vəzifəsini icra edən Kuba siyasətçisi. Daha öncə 2018–2019-cu illərdə Kuba Dövlət Şurasının Prezidenti, 2013-cü ildən 2018-ci ilədək isə birinci vitse-prezident olmuşdur. 2003-cü ildən Kommunist Partiyası Siyasi Bürosunun üzvüdür və 2009-cu ildən Ali Təhsil Naziri vəzifəsində çalışmışdır. 2012-ci ildə Nazirlər Şurasının sədr müavini vəzifəsinə yüksəldi. Bir il sonra, 24 fevral 2013-cü ildə Dövlət Şurasının birinci vitse-prezidenti seçildi. O, 18 aprel 2018-ci ildə Raul Kastrodan sonra Dövlət Şurası və Nazirlər Şurası Prezidentliyinə namizəd olaraq seçildi və Milli Məclisin onun namizədliyinə səs verməsinin ertəsi gün and içdi. Postundakı iki sələfi qan qardaşları olub. Dias-Kanel 1976-cı ildə Osvaldo Dortikosdan bəri Kastro ailəsi üzvü olmayan ilk prezidentdir və 1959-cu ildə Xose Miro Kardonadan bu yana Kastro olmayan ilk hökumətin lideridir. Fidel Kastronun qardaşı Raul Kastronun yerinə Kuba Kommunist Partiyasının birinci katibi postuna 19 aprel 2021-ci il tarixində təyin olundu və Kubada Kastro dövrünü sona çatdırdı.
Migel Ernandes
Migel Ernandez Gilabert (isp. Miguel Hernández Gilabert (Orihuela, 30 oktyabr 2010 – Alikante, 28 mart 1942)- XX əsr ispan ədəbiyyatının xüsusi önəmə sahib şair və dramaturqudur. Baxmayaraq ki, onun adı 1936-cı nəsil ədəbiyatında çəkilir, əslində Damoso Alonso hesab edir ki , o 1927-ci nəsil ədəbiyyatına aiddir == Bioqrafiya == === Uşaqlıq və gənclik dövrü === Migel Ernandez 1910-cu ildə Orihuelada doğulmuşdur. Migel Hernandez Sançezin 7 uşağından üçüncüsü, oğlan uşaqlarından isə ikincisi idi. Onun ailəsi keçi saxlamaqla məşğul idi , buna görə də onlar tezliklə Migelin doğulduğu evdən (San Xuan küçəsi N 82 ) şəhər ətrafında yerləşən, lakin daha böyük birr evə (Arriba küçəsi N 37) köçürlər. Atası bələdiyyə başçısı seçildi və vəzifəsi yüksəldi, anası isə yataq xəstəsi olduğundan vaxtının çoxunu yataqda keçirməli olurdu. O zamandan sonra, daha önce de getdiyi xalq kitabxanalarına ziyaretlerini daha da sıxlaşdırdı. Bundan sonra aralarında dostu Karlos Fenollun da olduğu bir qrup gənclə ədəbiyyat qrupu yaratdı. İlk toplantılarda Miguel ve Karlos Fenolla yanaşı gələcək vəkil ve həvəskar yazıçı Ramon Sixe qrupa qoşuldu. Qızıl dövrün ən böyük yazıçılarından olan Migel de Servantes, Lope de Veqa, Pedro Calderon de la Barka, Qarsilaso de la Vega ve ən önəmli Luis de Qongora onun əsas tələbələri olacaq.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Migel Munyoz Mükafatı
Migel Munyoz Mükafatı (ispanca: Trofeo Miguel Muñoz) 2005/06 mövsümündə İspan qəzeti olan "Marca" tərəfindən yaradılmış, əfsanəvi "Real Madrid" məşqçisi Migel Munyozun adına həsr edilmiş futbol mükafatıdır. Mükafat "MARKA" dərgisinin özünəməxsus qiymətləndirmə sisteminə söykənməkdədir. Məşqçilər keçirdikləri hər oyuna görə xal qazanırlar. Həm La Liqada həm də ikinci divizyonda ən yüksək xalı toplayan baş məşqçi mövsümün sonunda qalib sayılır.
Migel Murilyo
Migel Murilyo (29 sentyabr 1993) — Kosta-Rikalı cüdoçu. Migel Murilyo Kosta-Rikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Murilyo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Yaponiyanın nümayəndəsi Şohey Ono ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Migel Nassimento
Migel Nassimento (d. 19 yanvar 1995) — Portuqaliyalı üzgüçü. Migel Nassimento Portuqaliyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Migel Nassimento birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.56 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 33-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.3 avqust 2018-ci ildə Nassimento 400 m məsafəyə sərbəst stildə 3:51.89 saniyəlik nəticə göstərərək, Portuqaliya rekordunu yeniləmişdir.
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. == Həyatı == Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Migel de Servantes
Migel de Servantes Saavedra (ispan: [miˈɣel de θeɾˈβantes saaˈβeðɾa]; təq. 29 sentyabr 1547[…], Alkala-de-Enares[d], Kastiliya krallığı – 22 aprel 1616[…], Madrid, Kastiliya krallığı) — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır. == Həyatı == 29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Miqel de Servantes həkim ailəsində doğulmuş, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş, 38 yaşında ədəbiyyata gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər, lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir. 1569-cu ildə Servantes İtaliyaya köçmüşdür.
Migel de Unamuno
Miqel de Unamuno (isp. Miguel de Unamuno y Jugo, 29 sentyabr 1864[…], Bilbao, İspaniya – 31 dekabr 1936[…], Salamanka, İkinci İspan Respublikası[d]) — İspan yazıçı, publisist, filosof. == Bioqrafiyası == Yazıçı, filosof, ictimai xadim Miqel de Unamuno i Xuqo 1864-cü ildə İspaniyanın Bilbao şəhərində dünyaya gəlmişdir. Madrid Komplutense Universitetininin Fəlsəfə və Ədəbiyyat bölümündən məzun olduqdan sonra Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan (1891–1901), daha sonra Universitetin rektoru vəzifəsinə təyin edilmişdir (1901–1914). Monarxiya əleyhinə fikirlərinə görə bu vəzifəsindən istefa etdirilən Unamuno, universitet idarəsi tərəfindən dekanlıq, rektorluq vəzifəsinin icraçısı statuslarına gətirilsə də, 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra siyasi təzyiqlərlə bütün vəzifələrindən yenidən istifa etməli olur, ardınca isə sürgünə göndərilir (1924). Bir müddət Kanarya adalarında, daha sonra Parisdə, sürgün həyatı yaşayan don Miqel, Fransa-İspaniya sərhəddində yerləşən Endaya şəhərinə köçür və 1930-cu ilə qədər orada yaşayır. 1931-ci ildə İspaniyada II Respublikanın qurulmasından sonra, Miqel de Unamuno yenidən Salamanka Universitetinin rəhbəri təyin olunur. Yeni qurulan hökumətdə ona təklif edilən Mədəniyyət nazirliyi vəzifəsini bir müddət icra etsə də, sonradan ideoloji səbəblərdən bundan imtina edir. Ölkədəki sosial-ideoloji vəziyətdən ciddi narahatlıq keçirən Unamuno, hökumətin anti-demokratik siyasətini də tənqid etməkdən qalmır. 1936-cı ildə General Frankonun başçılığındakı üsyanın ilkin mərhələsində üsyana dəstək versə də, daha sonra bu fikrindən daşınır.
Migel İqnasio Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Migri kəklikotu
Migyasdəyişmə
Migyasdəyişmə -CAD sistemlərində hissənin ölçüsünün başqasına uyğunlaşdırmaq məqsədilə aparılan əməliyyatdır. Əməliyyatın icrası zamanı hissənin ölçüləri xətti olaraq dəyişdirilir, yəni onun hər elementinin ölçüləri müəyyən miqyasdəyişmə faktoruna vurulur, yeni ölçülər hesablanır və səthlər yenidən təsvir olunur. Miqyasdəyişmə faktoru verilən tapşırıqdan asılı olaraq seçilir və böyük həddə dəyişilə bilir. Müasir CAD sistemləri hissənin miqyasının hər üç koordinat oxu boyunca eyni zamanda dəyişməsinə, yəni onların koordinatlarının transformasiyasına imkan verir. Əgər hər üç istiqamətdə miqyasdəyişmə faktorunun qiyməti eyni olarsa, onda buna homogen miqyasdəyişmə, müxtəlif olarsa anizotropik miqyasdəyişmə deyilir. Anizotropik miqyasdəyişmə zamanı hissənin həndəsi forması dəyişdirilir (məsələn: çevrə oval formasını alır). Miqyasdəyişmə koordinat oxlarından yalnız biri boyunca da aparıla bilər, bu hala dartma deyillir. Dartma zamanı hissənin ölçüləri müəyyən nisbətdə dəyişir. CAD sistemlərində hissənin səthləri adətən müxtəlif təsviretmə üsulları vasitəsilə verilir: poliqon, nöqtələr çoxluğu və s. Miqyasdəyişmədə hissənin bütün elementlərini təyin edən parametrlərin qiymətləri faktora vurularaq yenidən hesablanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2012 ••••••••••••••• 0.69
2013 •••••••••• 0.44
2016 •••• 0.17
2018 •••• 0.15
2019 ••••••••••••••• 0.70
2020 •••••••••••••••••••• 0.93

"mig" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mig nədir? #mig sözünün mənası #mig nə deməkdir? #mig sözünün izahı #mig sözünün yazılışı #mig necə yazılır? #mig sözünün düzgün yazılışı #mig leksik mənası #mig sözünün sinonimi #mig sözünün yaxın mənalı sözlər #mig sözünün əks mənası #mig sözünün etimologiyası #mig sözünün orfoqrafiyası #mig rusca #mig inglisça #mig fransızca #mig sözünün istifadəsi #sözlük