Mikayılov sözü azərbaycan dilində

Mikayılov

Yazılış

  • Mikayılov • 99.0484%
  • MİKAYILOV • 0.9516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mikayılov
=== A === Ağababa Mikayılov (1918—1992) — Naxçıvan Ali Məhkəməsinin sədr müavini. Ağalar Mikayılov (1913—1988) — Azərbaycan aşığı. === K === Kərrar Mikayılov (1910—1980) — maarif xadimi, müəllim. === M === Mikayıl MikayılovMikayıl Şamil oğlu Mikayılov (d. 1981) — azərbaycanlı aktyor. Mikayıl Yusif oğlu Mikayılov (1903—1986) — Azərbaycan kinorejissoru. === N === Nadir Mikayılov (1939—2011) — coğrafiya elmləri doktoru, professor. Nurqələm Mikayılov (1930—2014) — fəlsəfə elmləri doktoru. === P === Pənah Mikayılov (1935—1998) — şair , yazıçı, müəllim, Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim. === S === Süleyman Mikayılov (d.
Azər Mikayılov
Azər Əmrah oğlu Mikayılov (1 avqust 1980, Kəlbəcər rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. == Hərbi xidməti == Azər Mikayılov 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağababa Mikayılov
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan – 5 aprel 1992, Bakı) — Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980). == Həyatı == Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Səlyan rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942-1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir. Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ağababa Mikayılov 1950 – 1951 – ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951-1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır. A.Mikayılov 1952 – ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Cəbrayıl Mikayılov
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəb zamanı onun əm yaxın dostları Fərid Kaşıyev, Üzeyir Mehdizadə ve Elçin Rəhimov idi. == Hərbi xidməti == Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elvin Mikayılov
Elvin Mikayılov (tam adı: Elvin Nizami oğlu Mikayılov; 1 avqust 1986; Göyçay, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Evli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərrar Mikayılov
Kərrar Qədir oğlu Mikayılov (1910, Ağdam, Şuşa qəzası – 8 mart 1980, Ağdam) — maarif xadimi, müəllim. == Həyatı == Kərrar Mikayılov 1910-cü ildə Şuşa qəzasının Muradbəyli (indiki Ağdam rayonunun Muradbəyli kəndi) kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirdikdən sonra (1928) Quzanlı kəndində ibtidai məktəbdə müəllim, Ağcabədi və Ağdam məktəblərində müəllim, məktəb direktoru (1930-37), müəllim kadrları hazırlayan texnikumda müəllim, direktor (1937-1939), Ağdam Pedaqoji Texnikumunda müəllim (1939-56), Ağdam 1 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi (1956-1971), Göytəpə kənd orta məktəbində müəllim (1971-1980) vəzifələrində işləmişdir. 52 ildən çox pedaqoji fəaliyyət göstərmişdir. Kərrar Mikayılov Lenin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. O, dəfələrlə Ağdam şəhər Sovetinə deputat, Azərbaycan və SSRİ müəllimlər qurultaylarının nümayəndəsi seçilmişdir. Kərrar Mikayılov 8 mart 1980 ildə Ağdamda vəfat etmişdir. biologiya elmləri doktoru, professor Tofiq Mikayılov, coğrafiya elmləri doktoru, professor Nadir Mikayılov Kərrar Mikayılovun oğlanlarıdırlar. == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Mikayıl Mikayılov
Mikayıl Mikayılov (aktyor) — azərbaycanlı aktyor. Mikayıl Mikayılov (rejissor) — azərbaycanlı kinorejissor.
Nadir Mikayılov
Nadir Mikayılov (14 iyun 1939, Ağdam – 16 noyabr 2011, Bakı) – coğrafiya elmləri doktoru, professor. Kərrar Mikayılovun oğlu. Tofiq Mikayılovun qardaşı == Həyatı == Nadir Kərrar oğlu Mikayılov 14 iyun 1939 ildə Ağdamda dünyaya gəlmişdir. Ağdam Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş (1958), hərbi xidmətdən sonra (1958-61) Perm Dövlət Universitetinin (Rusiya Federasiyası) Coğrafiya fakültəsində (1961-1966) ali təhsil almışdır. Nadir Mikayılov tələbəlik illərində Şimali Ural geoloji-axtarış ekspedisiyasının tərkibində texnik-geoloq və geomorfoloq kimi, təcrübəli mütəxəssislərin rəhbərliyi altında Rusiyanın şimali Tayqa və Tundra zonalarında çöl tədqiqat işlərində təcrübə qazanmışdır. Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına qəbul olunmuş (1968), "Qarabağ düzündə yayılmış ağırgilli şoranların yaxşılaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək (1972), kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1979 ildə baş elmi işçi diplomu almışdır. Nadir Mikayılov "Kür-Araz ovalığında yayılmış şoran-şorakət torpaqların əmələgəlmə şəraitinin və meliorasiyanın ekoloci əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək (2003), coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Nadir Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Coğrafiya İnstitutunun Geomorfologiya şö’bəsində kiçik elmi işçi (1966), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi (1974-78), Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri (1978-82),Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasında dosent, professor vəzifələrində çalışmışdır. Nadir Mikayılov 16 noyabr 2011 ildə Bakıda vəfat etmişdir.
Nahid Mikayılov
Nahid Soqat oğlu Mikayılov (25 aprel 1982; Şilyan, Kürdəmir, Azərbaycan SSR — 1 noyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Nahid Mikayılov noyabrın 1-də Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. == İrsi və xatirəsi == 2021-ci ildə Kürdəmirdə Nahid Mikayılovun xatirəsinə tikilən bulağın açılışı olub.
Nurqələm Mikayılov
Mikayılov Nurqələm Mikayıl oğlu (1930, Şamaxı – 2014, Bakı) — fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi == Həyatı == Nurqələm Mikayılov 5 yanvar 1930-cu ildə Şamaxı rayonunun Göylər kəndində tanınmış ziyali Mikayıl Molla Əhməd oğlunun və Firuzə Mehralı qızının ailəsində anadan olmuşdur anadan olmuşdur. 1946-cı ildə Göylər kəndində tam orta məktəbi bitirmiş, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. O, 1952-ci ildə həmin universiteti bitirib fəlsəfə-tarix müəllimi ixtisası almışdır. 1952-1960-cı illərdə Göylər kəndində və Şamaxı şəhərində müəllimlik etmişdir. 1960-cı ilin əvvəllərində Bakı şəhərinə gələrək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Nurqələm müəllim elmi işlə yanaşı işlədiyi Elmlər Akademiyasının, ümumiyyətlə, respublikanın ictimai həyatında da fəal iştirak etmişdir. 1961-ci ildə Fəlsəfə sektorunun partiya bürosunun katibi, eyni zamanda, Elmlər Akademiyasının Partiya Komitəsinin üzvü, Azərbaycan KP MK-nın ştatdankənar mühazirəçisi olmuşdur. Elm və ictimai iş kimi iki böyük intellektual cəbhədə nümunəvi iş aparmaq Nurqələm müəllimin dünyagörüşünün formalaşmasında çox böyük rol oynamışdır. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində) baş müəllim, sonra dosent vəzifəsini tutmuşdur.
Pənah Mikayılov
Pənah Abduləli oğlu Mikayılov (10 may 1935, Qoşasu, Laçın rayonu – 1998, Sumqayıt) — şair, yazıçı, müəllim, Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim (1994). == Həyatı == 10 may 1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə Laçın Pedaqoji Texnikumuna daxil olmuş və oranı 1955-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunun Kilsə kənd ibtidai məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Sonra müəllimlik fəaliyyətini Laçın rayonunun Daşlı, Vəlibəyli, Narışlar və Qoşasu kənd məktəblərində davam etdirmişdir. Pənah Mikayılov 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1972-ci ildə həmin universitetin filologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Aşıq Şəmşirin həyat və yaradıcılığı” mövzusu üzərində işləmiş, lakin müxtəlif problemlər üzündən dissertasiya işini müdafiə edə bilməmişdir. Pənah Mikayılovun şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. Laçının işğalından sonra Sumqayıtda məskunlaşmış, pedaqoji fəaliyyətini Laçın rayon 5 saylı orta məktəbində davam etdirmişdir. 45 illik səmərəli pedaqoji əmək fəaliyyəti olan Pənah Mikayılov müxtəlif “Fəxri Fərman”larla, Respubilkanın “Qabaqcıl maarif xadimi” fəxri adı ilə təltif edilmişdir.
Rahim Mikayılov
Rahim Qalib oğlu Mikayılov (3 sentyabr 1990, İkinci Nügədi, Quba rayonu – 27 sentyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rahim Mikayılov 1990-cı il 3 sentyabr tarixində Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 2007-ci ildə İkinci Nügədi kənd 3 saylı tam orta məktəbin məzunu olub. Daha sonra Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) ali təhsil alıb. == Hərbi xidməti == Ali təhsilini başa vurduqdan sonra həyatını hərbi sahəyə həsr edib. Qüsursuz xidməti ilə baş leytenant ali hərbi rütbəsinə yüksəlmişdir. İkinci Qarabağ Müharibəsinin ilk günlərində Murov - Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərmiş və Murov zirvəsinin azad olunmasında iştirak etmişdir. Elə 27 sentyabr tarixində Kəlbəcərin Camışdağ zirvəsində şəhid olan hərbçimizin nəşi 117 gündən sonra tapılaraq Quba rayonuna gətirildi və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırıldı. Rahim şəhid olandan sonra oğlu Əhməd doğuldu. Oğlunun üzünü görməyən şəhid Rahim Mikayılov İkinci Nügədi kəndinin İkinci Qarabağ Müharibəsində sayca dördüncü şəhididir.
Ramiq Mikayılov
Ramiq Mikayılov (Ramiq Namiq oğlu Mikayılov; 25 yanvar 1993; Ovçulu, Şamaxı rayonu – 30 sentyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Mikayılov 1993-cü il yanvarın 25-də Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almışdı. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Ramiq Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiq Mikayılov sentyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.
Süleyman Mikayılov
Süleyman Mikayılov (tam adı: Süleyman Surxay oğlu Mikayılov; 27 aprel 1962) — Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı (2010). == Həyatı == Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib. 1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tofiq Mikayılov
Tofiq Kərrar oğlu Mikayılov (15 yanvar 1931, Ağdam – 2014, Bakı) – Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Tofiq Mikayılov 15 yanvar 1931 ildə Ağdamda dünyaya gəlmişdir. O, 1947 ildə Ağdam 1 saylı orta məktəbi, 1952 ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tofiq Mikayılov 1952 ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) aspiranturasına daxil olmuşdur. Təhsil aldığı dövrdə Leninqrada SSRİ EA Zoologiya İinstitutuna ezam edilmiş, "Kür çayının vətəgə balıqlarının parazit faunası" mövzusunda namizədlik (1958), "Azərbaycan su hövzələri balıqlarının parazitləri (növ tərkibi, dinamikası, mənşəyi)" mövzusunda doktorluq (1969) dissertasiyaları müdafiə etmişdir. 1972 ildən professordur. Tofiq Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Zoologiya İnstitutunda aspirant, kiçik elmi işçi, böyük elmi işçi, direktorun elmi işlər üzrə müavini, parazitologiya şöbəsinin və Su heyvanları parazitləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Tofiq Mikayılov 2014 ilin dekabr ayında Bakıda vəfat etmişdir. Kərrar Mikayılovun oğlu, Nadir Mikayılovun qardaşıdır. == Elmi fəaliyyəti == Tofiq Mikayılov 1971 ildə Sovet İttifaqı ərazisində ilk dəfə Su heyvanları parazitləri laboratoriyasını təşkil etmişdir.
Toğrul Mikayılov
== Həyatı == Toğrul Mikayılov 24 oktyabr 1996-ci il Bakı şəhər Binəqədi rayonunda anadan olmuşdur. Azərbaycan döyüş sənətləri idmançısı "Renzo Gracie Academy" aid idmançıdır . 10 yaşından Kikboksinq ilə məşğul olmağa başlamışdır. Kungfu Sanda üzrə dünya çempiyonu, beynəlxalq turnirlərin qalibi Şaolin-Sanda üzrə 2-qat dünya çempiyonu olmuşdur. 8 dəfə Azərbaycan çempionu olan Toğrul dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuşdur. == Təhsili == 2003-2014-cü illərdə 205 saylı tam orta məktəbində təhsil alıb. == Hərbi xidmət == 2014-2016-cı illərdə hərbi xidmətə yollanıb. Kiçik çavuş rütbəli kəşfiyyatçı kimi, hərbi xidmətdən ehtiyata buraxılıb. == Müharibədə iştirakı == 2016-cı ildə aprel döyüşlərində Talış kənd yüksəklikləri mövqesində kəşfiyyatçı manqa komandiri kimi iştirak edib. == İş yeri == Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Binəqədi rayon dövlət yanğından mühafizə hissəsinin yanğın söndürəni çavuş Mikayılov Togrul Bahadır oğlu 2017-ci ildən burada işləyir.
Tripanasoma Mikayılov
Tripanasoma Mikayılov (lat. Trypanosoma mikailovi) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Tripanasoma Mikayılov Bədəni uzun, ilanvari, uclardan itidir. Titrək membran çox enlidir, bədənin demək olar ki, ortasından başlayır və bir neşə qat əmələ gətirir. Bəzən kinetoplast seçilmir. Nüvə ellipsvaridir. Nüvənin kənarında ləkənin olması onun xarakterik əlamətidir. Ləkə rənglənmir. Bədənin uzunluğu 81.0-106.5, eni – 8.0-14.5, Kinetoplast orta ölçülüdür 0.8-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-47.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 4.5-16.5. Nüvəni uzunluğu 4.0- 5.1, nüvənin eni 3.0-4.0, nüvədən ön qutaracağadək 32.0-50.0, titrək membranın eni 2.0-4.6, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 7.0-9.0 mkm-dir.
Aşıq Ağalar Mikayılov
Aşıq Ağalar Mikayılov (24 may 1913, Kürdəmir, Göyçay qəzası – 1988, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Ağalar Bilal oğlu Mikayılov 1913-cü il may ayının 24-də Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşdur. A. Mikayılov İkinci Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibədən ikinci dərəcəli əlil kimi qayıtmışdır. Müharibədə iştirakına görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Aşıq Ağalar ilk sənət dərsini atası Aşıq Mirzə Bilaldan almışdır. O, 25 ilə yaxın aşıq sənəti ilə məşğul olmuşdur. Aşıq Ağalar təkcə ifaçı aşıq deyildir. Hələ gənc yaşlarından klassik şair və aşıqlarımızın yaradıcılıq təsirilə şeirlər yazmağa başlayan bu istedadlı aşıq, üç yüzdən artıq qoşma, gözəlləmə və iki dastanın müəllifi olmuşdur. O, "Canan və Hicran", "Sofi və Gülşən", "Bağı və Qəmər", "Qatillər" adlı dastanların müəllifidir. Aşıq Ağaların bir neçə dəyərli və oxunaqlı qəzəlləri də vardır. Onun şeirləri "Aşıqlar", "Xalqın səsi", "Aşığın sözü" kitablarında işıq üzü görmüşdür.1956-cı ildə Azərbaycan hökuməti tərəfindən Aşıq Ağalara "Azərbaycanın el aşığı" fəxri adı verilmişdir.
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov — "Hökumət" mətbəəsinin rəhbəri, Müsavat Partiyasının ilk üzvlərindən biri. == Haqqında == 1877-ci ildə Bakıda doğulub. Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, Hökumət mətbəəsinin müdiri (1918–1920) olmuşdur. Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib. Gizli Müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib. 1928-ci ildə yenidən tutulub və buraxılıb. Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda öldürüblər. == Əsərləri == Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunmuşdur.
Mikayıl Mikayılov (aktyor)
Mikayıl Şamil oğlu Mikayılov (21 iyul 1981, Bakı) — azərbaycanlı rejissor, aktyor == Həyatı == Mikayıl Mikayılov 21 iyul 1981-ci ildə anadan olub. ADMİU-nun kinorejissorluq fakültəsində (2000-2004, magistratura 2004-2006) təhsil alıb. Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor və aktyor kimi çalışıb. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Ailəsi == Aktrisa, əməkdar artist Sonaxanım Mikayılovanın oğludur. == Filmoqrafiya == Rejissor Biri vardı, biri yox... (film, 2003) Ölülər və dirilər (film, 2004) Pəri qala (film, 2007) Fenomen (film, 2015)Aktyor Salur Qazanın evi talandığı boy (film, 2001) Manqurt (film, 2003) Oyun (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Rus tərcüməsi (teleserial, 2006) (Rusiya istehsalı) Üç qız (film, 2007) (Azərbaycan, Almaniya və Rusiyanın birgə istehsalı) Nəsihətə görə nikah (teleserial, 2009) (Rusiya istehsalı) Qardaşımdan yaxşısı yox idi (film, 2010) (Azərbaycan və Rusiyanın birgə istehsalı) == Teatr == Rejissor Viy adlı monstr haqqında dəlinin qeydləri (N.Qoqol) (2005, Bakı) "Milyonçunun dilənçi oğlu" - musiqili komediya. Musiqi – S. Ələskərov, libretto – Şixəli Gurbanov (2007, Bakı) "Əfğan" Məhəmməd Füzuli (2009, Bakı) "Xanuma" A.Saqareli (2011, Bakı) "Müsyo Jordan və Dərviş Məstəli Şah" Mirzə Fətəli Axundzadə (2012, Karaqanda, Kazaxstan) "Şah & Şair, yaxud Hamı səni sevənlər burdadı..." Kamal Abdulla (2013, Bakı) "Müsyo Dərviş" Mirzə Fətəli Axundzadə (2013, Tümen, Rusiya) "İlahi oyun" "Kitab-i Dedem Korkud" eposu əsasında bir hissəli etno-müzikl (2014, Bakı) "Müfəttiş" Nikolay Qoqol (2016, Bakı) "Medeya.
Mikayıl Mikayılov (rejissor)
Mikayıl Yusif oğlu Mikayılov (31 dekabr 1903, Bakı – 24 iyun 1986, Bakı) — Azərbaycanlı kinorejissor və ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == Mikayıl Yusif oğlu Mikayılov 31 dekabr 1903-cü ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə yaşayıb. 1986-cı ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Azərbaycan kinosunun ilk rejissorlarındandır. Bir necə filmin ssenari müəllifidir. 1924-cü ildən fəaliyyətə başlamış çoxlu sayda sənədli - xronika filmləri çəkmişdir. İlk bədii filmini ("Lətif") 1930-cu ildə çəkmişdir. Sonralar "İsmət", "Altıncı hiss", "Mahnı belə yaranır" bədii filmlərinin quruluşçu rejissoru oimuşdur. 30 film çəkmiş, çəkdiyi 10-a yaxın filmin ssenarisini də yazmış, həmçinin, bir neçə filmdə aktyor kimi çəkilmişdir.
Zaur Mikayılov
Zaur Rauf oğlu Mikayılov (1974, Şamaxı rayonu) — Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri (2023). == Həyatı == Zaur Rauf oğlu Mikayılov 1974-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib. Ailəlidir, üç övladı var. == Karyerası == 1999-2009-cu illərdə Telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009-2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub. 2016-2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət "PAŞA Holding"in strukturuna daxildir. 2018-2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
İlqar Mikayılov
İlqar Bəhlul Oğlu Mikayılov - Azərbaycanlı şəhid. == Həyatı == İlqar Mikayılov 1972-ci il iyunun 1 də Gəncə şəhərində anadan olmuşdur. == Təhsili == İlqar Mikayılov 37 saylı orta məktəbdə 8-ci sinfə qədər oxuduqdan sonra 1989-cu ildə 9 saylı texniki-peşə məktəbində qaynaqçı sənətinə yiyələnmişdi == Hərbi xidməti == İlqar Mikayılov 1990-1992-ci illərdə Voroşilovqrad vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Gəncəyə qayıdan İlqar erməni nankorlarının zülmünə dözə bilməyib,könüllü olaraq cəbhəyə yollanmışdı. Qarabağda 123 saylı hərbi hissənin tərkibində Tərtər, Ağdərə bölgəsində vuruşmuşdu. Bir neçə kəndin müdafiəsində fəal iştirak etmişdi.İlqar Bəhlul oğlu Mikayılov 1992-ci il yanvarın 12-də Araqadzor uğrunda gedən qanlı döyüşdə uğrunda gedən qanlı döyüşdə şəhidlik zirvəsinə ucalmışdır. == İrsi == Gəncənin səsi» qəzetində belə bir yazı var idi:«Mühüm tapşırığı yerinə yetirən gənc döyüşçü İlqar Mikayılov komandirin təşkkürünə layiq görülmüşdü». Məzarı Gəncə Şəhidlər Xiyabanındadır. == İstinadlar == "Gəncə Şəhidləri".
Şixabudin Mikayılov
Şixabudin İlyasoviç Mikayılov (5 (17) dekabr 1899 – 2 noyabr 1964, Mahaçqala) — Avar filoloqu, dilçi, leksikoloq, avar dialektlərinin tədqiqatçısı, şair, filologiya elmləri doktoru, professor. Dağıstanda filologiya elminin banilərindən biridir.. == Həyatı == O, 1899-cu il dekabrın 5-də Dağıstan rayonunun Aşağı Karanay kəndində (indiki Dağıstanın Buynaksk rayonunda) anadan olub. Uşaqlıq və yeniyetməlik illəri Temir-xan-Şurada keçib, 1918-ci ildə burada real məktəbi bitirib.1918-ci ildən Dağıstan süvari alayında kursant kimi xidmət etmişdir; 1918-ci ilin sonunda bolşeviklərin tərəfinə keçdi. Partizan dəstəsinin adyutantı, sonra eskadron komandiri 1921-ci ilə qədər Dağıstanda Anton Denikinin və Nəcməddin Qotsinskinin dəstələrinə qarşı döyüşmüşdür. Sonrakı illərdə Dağıstan MSSR NKVD-nin inzibati şöbəsinin müdiri; 1924–1931-ci illərdə Dağıstanın müxtəlif bölgələrində xalq hakimi, müstəntiq, prokuror olaraq çalışmışdır.1931-ci ildən "Yeni Qunib" qəzeti redaksiyasının katibi, 1932-ci ildən Dağıstan Milli Mədəniyyət İnstitutunun elmi işçisi; eyni zamanda Dağıstan Dövlət Pedaqoji Universitetində təhsil alıb. 1937-ci ildən Mərkəzi Elmi-Tədqiqat Pedaqoji Millətlər İnstitutunda aspiranturanı bitirdikdən sonra Mərkəzi Elmi-Tədqiqat Dil və Yazı İnstitutunda işləmiş, eyni zamanda Şərq İşçilərinin Kommunist Universitetində avar dilindən dərs demişdir.1938-ci ildən ömrünün sonuna kimi Dağıstan Federal Araşdırmalar Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda (1950-ci illərdən — Dağıstan ədəbiyyatı sektorunun müdiri) işləmiş, eyni zamanda Avar Pedaqoji Məktəbində (Buynaksk) avar dili və ədəbiyyatından dərs demişdir. Şixabudin Mikayılov Avar Dövlət Dram Teatrının direktoru da işləmişdir (1942). 1951-ci ildə Rusiya Elmlər Akademiyasının Dilçilik Tədqiqatları İnstitutunun Federal Dövlət Elmləri İnstitutunda (Moskva) doktorantura təhsilinə yiyələnmişdir. == Ədəbi fəaliyyəti == O, 1930-cu illərin əvvəllərində ilk əsərlərini: "Rak" ("Yer", ilk avar milli pyeslərindən biri, 1931/32), "Кьаrly" ("Pas", roman, 1933) yazır..
Şöhrət Mikayılov
Şöhrət İkram oğlu Mikayılov (26 fevral 2002; Zərgərli, Qəbələ rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Mikayılov 26 fevral 2002-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində İkram Mikayılovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Şöhrət Mikayılov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Mikayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Mikayılov 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
Sevda Mikayılova
Sevil Mikayılova
Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist. == Həyatı == Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir. === Fəaliyyəti === 1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir. 2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib.
Sona Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (d. 2 fevral 1957) — Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin «İsmayıl bəyin sandıqçası» filmində Ana, K.Əzimzadənin «İmtahan» filmində Ana, Ənvər Əblucun «Sarı köynək» filmində Zəminə, E.Qasımovun «Köhnə bərə» filmində Əminə, Ş.Nəcəfzadənin «Kral ölüb yaşasın kral» filmində kraliça, E.Səfərovun «Məhbus» filmində Ana, K.Rüstəmbəyovun «Bakı» filmində Jurnalist, V.İbrahimoğlunun «Qurama» filmində Ana, R.Mirzəyevin «Əkinçi» filmində Hənifə xanım, «Dronqo» filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir.
Sonaxanım Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (d. 2 fevral 1957) — Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin «İsmayıl bəyin sandıqçası» filmində Ana, K.Əzimzadənin «İmtahan» filmində Ana, Ənvər Əblucun «Sarı köynək» filmində Zəminə, E.Qasımovun «Köhnə bərə» filmində Əminə, Ş.Nəcəfzadənin «Kral ölüb yaşasın kral» filmində kraliça, E.Səfərovun «Məhbus» filmində Ana, K.Rüstəmbəyovun «Bakı» filmində Jurnalist, V.İbrahimoğlunun «Qurama» filmində Ana, R.Mirzəyevin «Əkinçi» filmində Hənifə xanım, «Dronqo» filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.77 dəfə / 1 mln.
2003 ••••• 5.91
2004 ••• 3.37
2005 ••••••••••• 13.50
2006 ••••••••••••••••••• 22.30
2007 •••••••••••••• 16.91
2008 ••••••••••••••••• 19.73
2009 ••••••••••••• 15.52
2010 •••••••• 9.26
2011 •••••••• 9.27
2012 ••••••• 7.83
2013 •••••• 7.29
2014 •••••••• 9.61
2015 •••••••••••••••• 19.56
2016 •••••••••••••••••••• 24.64
2017 •••••••••••••• 16.10
2018 •••••••••••••• 17.23
2019 ••••••••••••••• 17.53
2020 •••• 4.91

Oxşar sözlər

#mikayılov nədir? #mikayılov sözünün mənası #mikayılov nə deməkdir? #mikayılov sözünün izahı #mikayılov sözünün yazılışı #mikayılov necə yazılır? #mikayılov sözünün düzgün yazılışı #mikayılov leksik mənası #mikayılov sözünün sinonimi #mikayılov sözünün yaxın mənalı sözlər #mikayılov sözünün əks mənası #mikayılov sözünün etimologiyası #mikayılov sözünün orfoqrafiyası #mikayılov rusca #mikayılov inglisça #mikayılov fransızca #mikayılov sözünün istifadəsi #sözlük