mikroelektronika sözü azərbaycan dilində

mikroelektronika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mikroelektronika • 82.2222%
  • Mikroelektronika • 17.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mikroelektronika
Mikroelektronikanın meydana gəlməsi — Yeni tipli tranzistorların yaranması və onların impuls və rəqəm texnikasında tətbiqi, eləcə də kiçik ölçülü hesablama maşınlarının yaradılması, yeni‐yeni kiçik həcmli yarımkeçirici cihazlarının birləşdirilərək elektron qurğularının yaradılmasında istifadə edilməsi elektronikanın yeni sahəsinin – mikroelektronikanın meydana gəlməsinə zəmin yaratdı. Sahə tranzistorlarının ixtira edilməsi kiçik həcmli elektron hesablama maşınlarının (EHM) yaranmasına imkan yaratdı. Onların əsasında aviasiya və kosmos texnikasında idarəetmə kabinəsində elektron qurğuları tətbiq edildi. Həmin qurğularda minlərlə müxtəlif növ radio elementləri istifadə olunurdu və onların sayı günbəgün artırdı. Radio elementlərinin sayının artması praktiki çətinliklər törədirdi. Hətta çoxlu sayda olan elementlərin normal işləməsi sual altında idi. Çünki ən təcrübəli ustalar belə, hər 1000 lehimdə bir‐neçə səhv buraxırdılar və buraxılan səhvlər hesabına sxemlərdə elektrik boşalmaları baş verir, sxemlər sıradan çıxırdı. Qüsurların aradan qaldırılması böyük vaxt və zəhmət tələb edirdi. Radioqurğuların etibarlılığı və işə dözümlülüyü problem olaraq qalırdı. Uzun müddətli araşdırmalardan sonra bu problemlərin həlli üçün sxemlərin hissə-hissə hazırlanaraq birləşdirilməsi təklifi meydana çıxdı.
Mikroelektronikanın xarakterik xüsusuiyyətləri
Mikroelektronika elektronikanın bir istiqaməti olub mikrominiatür quruluşlu cihaz və qurğuların yaradılması və onların hazırlanmasında qrup texnologiyasının istifadəsi ilə əlaqədardır. Mikroelektronikanın məhsullarında miniatürləşmə,ayrılmaz surətdə,elementar cihazların birləşməsini təmin edir. == İnteqral elementlər == İnteqral sxemlərdə elementlərin sıxlığı o dərəcədə artdı ki, artıq onlara bütöv bir sistem, yəni mikroelektron qurğu kimi baxmağa başladılar. Funksiyalar artdıqca, inteqral mikrosxemlər daha da mürəkkəb quruluşa malik olur. Çünki onlarda inteqrasiya dərəcəsi yüksəlir. İnteqral mikrosxemlərin inkişafını inteqrasiya dərəcəsinə görə aşağıdakı mərhələlərə bölmək olar: 1) 1960‐1969‐cu illər. Bu mərhələdə üzərində 102 tranzistor yerləşən kiçik inteqrasiya dərəcəli inteqral sxemlər (KİS) istehsal olunurdu; 2) 1969‐1975‐ci illər. Bu mərhələdə üzərində 103 tranzistor yerləşən orta inteqrasiya dərəcəli inteqral sxemlər (OİS) istehsal olunurdu; 3) 1975‐1980‐cı illər. Bu mərhələdə üzərində 104 tranzistor yerləşən böyük inteqrasiya dərəcəli inteqral sxemlər (BİS) istehsal olunurdu; 4) 1980‐1985‐ci illər. Bu mərhələdə üzərində 105 tranzistor yerləşən ifrat böyük inteqrasiya dərəcəli inteqral sxemlər (İBS) istehsal olunurdu; 5) 1985‐ci ildən sonra.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.01
2006 ••••• 0.23
2009 •••• 0.16
2012 •• 0.09
2013 ••••••••• 0.44
2014 ••••••• 0.34
2015 •••• 0.17
2018 ••• 0.15
2019 ••• 0.14

Oxşar sözlər

#mikroelektronika nədir? #mikroelektronika sözünün mənası #mikroelektronika nə deməkdir? #mikroelektronika sözünün izahı #mikroelektronika sözünün yazılışı #mikroelektronika necə yazılır? #mikroelektronika sözünün düzgün yazılışı #mikroelektronika leksik mənası #mikroelektronika sözünün sinonimi #mikroelektronika sözünün yaxın mənalı sözlər #mikroelektronika sözünün əks mənası #mikroelektronika sözünün etimologiyası #mikroelektronika sözünün orfoqrafiyası #mikroelektronika rusca #mikroelektronika inglisça #mikroelektronika fransızca #mikroelektronika sözünün istifadəsi #sözlük