Milena sözü azərbaycan dilində

Milena

Yazılış

  • Milena • 98.6301%
  • milena • 1.3699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Milena Benini
Milena Benini (24 noyabr 1966, Zaqreb – 4 iyun 2020, Zaqreb) — xorvat elmi fantastika yazıçısı və tərcüməçisi. == Həyatı == Benini 24 noyabr 1966-cı ildə Yuqoslaviyanın Zaqreb şəhərində anadan olub. 6 dəfə (1999, 2006, 2010, 2012, 2016, 2017) SFERA mükafatı da daxil olmaqla bir sıra mükafatlara və əsərlərinə görə çoxsaylı artifakt mükafatlarına layiq görülüb. == Ölüm == Benini 4 iyun 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində ciddi xəstəlik səbəbiylə 53 yaşında vəfat etdi.
Milena Draviç
Milena Draviç (serb. Милена Дравић; 5 oktyabr 1940[…], Belqrad – 14 oktyabr 2018[…], Belqrad) — Yuqoslaviya və Serbiya teatr və kino aktrisası. == Həyatı == Uşaq ikən Milena rəqs, xüsusən də baletlə məşğul idi və 1959-cu ildə filmlərdə debütünu etmişdir. Gənc aktrisanın ilk uğuru "Lazımsız qadın" (1962) filmində iştirak etdikdən sonra gəldi. 1971-ci ildən Atelye 212 adlı Belqrad teatrında oynamağa başladı, burada Vedekind, Horvat, İonesko, Duşan Kovaçeviç və digər məşhur dramaturqların pyeslərində rol aldı. Üç dəfə ailə qurmuşdu. Aktrisanın üçüncü əri serbiyalı aktyor Draqan Nikoliç oldu. Yuqoslaviya və Serbiya kinosunun 78 yaşlı ulduzu 14 oktyabr 2018-ci ildə uzun sürən xəstəlikdən vəfat etdi.
Milena Knezeviç
Milena Knezeviç (12 mart 1990, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Milena Knezeviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Milena Knezeviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Milena Rudniskaya
Milena Rudniskaya (ukr. Мілена Іванівна Рудницька; 15 iyul 1892 – 29 mart 1976, Münhen) – Ukraynalı siyasi və ictimai xadim, jurnalist, müəllim, Ukrayna Milli Demokratik Birliyinin fəalı, Ukrayna Qadınları Birliyinin mərkəzi şurasının rəhbəri (1928-ci ildən). 1928-1935-ci illərdə ikinci və üçüncü kadastr Polşa Seyminin deputatı olmuşdur. 1921-1928-ci illərdə bir məktəb müəllimi olaraq fəaliyyət göstərir, Lvovda Ali Pedaqoji Kurslarında müəllim işləyir. Lvovda Ukraynalılar İttifaqı Mərkəzi Şurasının sədri, 1934-cü ildə Stanislavovda (indiki İvano-Frankovsk) Ukrayna Qadınlar Konqresinin iştirakçısı, Ümumdünya Ukraynalılar Birliyinin və "Şahzadə Olqanın Drujinası" təşkilatının üzvü olur. Ukrayna Milli Demokratik Birliyinin fəal üzvü olmuşdur. 1928-1935-ci illərdə Polşa Seyminin deputatı, buradakı təhsil və xarici əlaqələr komitələrinin üzvü olur. Sözdə Ukrayna parlament nümayəndəliyinin nümayəndəsi olaraq, 1930-cu ildə Şərqi Qalisiya ilə bağlı sakitləşdirici siyasət və Ukrayna SSR-də 1932-1933-cü illərdəki kütləvi aclıq ilə əlaqədar Millətlər Birliyinə ərizələr göndərir. 1936-1939-cu illərdə Lvovdakı Ukrayna Əlaqə Komitəsinin Rəyasət Heyətinin üzvü olur. 1935-1939-cu illərdə həftədə iki dəfə nəşr olunan "Jinka" jurnalına redaktorluq etmişdir.
Milena Todorova
Milena Todorova (18 yanvar 1998) — Bolqarıstanlı biatlonçu. Milena Todorova Bolqarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Milena Todorova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Todorova 25:33.6 saniyəlik nəticəsi ilə 87 atlet arasında 84-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. == Həyatı == Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Milena Pavloviç-Barili
Milena Pavloviç-Barili (çex. Милена Павловић-Барили 5 noyabr 1909[…], Pojarevaç[d], Serbiya krallığı – 6 mart 1945, Nyu-York, Nyu-York ştatı) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır. == Bioqrafiyası == Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır. 1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, Paris və Londonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2005 ••••• 0.67
2009 •• 0.16
2010 0.09
2011 •••• 0.51
2012 •• 0.26
2013 ••• 0.44
2015 •• 0.17
2016 ••••••••••••••••• 2.60
2017 ••••••• 0.98
2018 •••• 0.60
2019 •••••••••••••••••••• 3.20
2020 0.13

Oxşar sözlər

#milena nədir? #milena sözünün mənası #milena nə deməkdir? #milena sözünün izahı #milena sözünün yazılışı #milena necə yazılır? #milena sözünün düzgün yazılışı #milena leksik mənası #milena sözünün sinonimi #milena sözünün yaxın mənalı sözlər #milena sözünün əks mənası #milena sözünün etimologiyası #milena sözünün orfoqrafiyası #milena rusca #milena inglisça #milena fransızca #milena sözünün istifadəsi #sözlük