millətini sözü azərbaycan dilində

millətini

Yazılış

  • millətini • 95.1557%
  • Millətini • 4.8443%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan millətinin təşəkkülü
Azərbaycanlıların etnogenezi — müasir azərbaycanlı etnosunun, Cənub-Şərqi Qafqaz və Şimal-Qərbi İran ərazilərində, çoxsaylı və müxtəlif etnik və dil elementləri əsasında formalaşması prosesidir. Müasir azərbaycanlı etnosunun formalaşması çoxəsrli proses olub və "Şərq Tarixi"nə (2002) əsasən, XV əsrin sonlarında yekunlaşıb. == Azərbaycan millətinin yaranma şərtləri == XIX əsrdə Azərbaycan dövlətçiliyi tarixində qazanılan uğurlardan biri burjua münasibətlərinin, milli burjuaziya və Azərbaycan millətinin yaranması oldu. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda kapitalizmin inkişafı, iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, ümumi bazarın yaranması, cəmiyyətin strukturunun dəyişməsi, milli burjuaziyasının və fəhlə sinfinin formalaşması kimi proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu. Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi formalaşmış Azərbaycan milləti də feodal pərakəndəliyinin ləğv edilməsi prosesində, iqtisadi birliklə dil, ərazi, mədəniyyət, şüur və psixoloji birliyin qovuşması əsasında meydana gəlir və inkişaf edirdi. İqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi birliyi idi. Uzun əsrlər boyu Azərbaycan xalqı şimalda Böyük Qafqaz dağlarından, cənubda İrana qədər, şərqdə Xəzər dənizindən, qərbdə Ermənistan və Gürcüstana qədər olan ərazidə məskunlaşmışdır. Yadelli işğalçılara qarşı uzunmüddətli mübarizənin gedişində Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı. Bununla belə, Azərbaycan ərazisi iki dövlət — Rusiya və İran arasında bölüşdürüldüyündən, Azərbaycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi. Şimali Azərbaycanın Rusiya tərəfindən istilası ilə ölkədəki feodal ara müharibələrinə son qoyulsa da, ərazi bütövlüyünə, yalnız azərbaycanlıların müxtəlif dövlət birliklərinin tərkibində olması deyil, həm də Şimali Azərbaycanın Rusiya imperiyasının daxilində müstəqil birləşdirici təsərrüfat — inzibati və siyasi vahid kimi mövcud olmaması mane olurdu.

"millətini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#millətini nədir? #millətini sözünün mənası #millətini nə deməkdir? #millətini sözünün izahı #millətini sözünün yazılışı #millətini necə yazılır? #millətini sözünün düzgün yazılışı #millətini leksik mənası #millətini sözünün sinonimi #millətini sözünün yaxın mənalı sözlər #millətini sözünün əks mənası #millətini sözünün etimologiyası #millətini sözünün orfoqrafiyası #millətini rusca #millətini inglisça #millətini fransızca #millətini sözünün istifadəsi #sözlük