Milliyyətçi
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik) ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat.
Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar.
Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür.