Miln sözü azərbaycan dilində

Miln

Yazılış

  • Miln • 76.9231%
  • miln • 23.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Con Miln
Con Miln (ing. John Milne; 30 dekabr 1850, Liverpul, Lankaşir – 31 iyul 1913, Şide[d], Cənub-Şərqi İngiltərə[d]) – Britaniya seysmoloqu. "Yaponiya seysmologiyasının atası" hesab olunur. O, müasir seysmoqrafı inkişaf etdirmiş və seysmoloji stansiyaların yaradılmasını təbliğ etmişdir. == Həyatı == === İlk illəri === Con Miln 1850-ci ildə Liverpul şəhərində doğulmuşdur. Con Miln və Emma Tvikross cütlüyünün oğlu idi. London Universitetinin Kinqs Kollecindən məzun olmuş, Kral Mədən Məktəbində geologiya və mineralogiya təhsili almışdır. O, gənc yaşlarından etibarən səyahətə maraq göstərmiş, İslandiyada yerləşən Vatnayyokyudl buz təbəqəsinə təhlükəli səyahət etmişdir.Miln Almaniya və Böyük Britaniyada mədən mühəndisi işlədikdən sonra Kanadaya köçərək iki il boyunca Nyufaundlend və Labradorun təbii ehtiyatlarını araşdırmışdır. Funk adasını ziyarət edərək Pinguinus impennis növündən olan pinqvinlərə aid böyük skelet kolleksiyası toplamışdır. 1874-cü ildə Çarlz Tilston Bekenin başçılıq etdiyi Misir və şimal-qərbi Ərəbistan ekspedisiyasının geoloqu olmuşdur.
Corc Miln
Corc Miln (6 noyabr 1866-23 mart 1948) — ingilis generalı. == Həyatı == Birinci dünya müharibəsində (1914-1918) Böyük Britaniyanın Qara dəniz orduları baş komandanı. Milnin hərbi səlahiyyətləri dairəsinə Rusiyanın əyalətləri, Qara dəniz, Qafqaz, Xəzər dənizi, Türkmənistanda Mərvə qədər Zakaspi vilayəti daxil idi. Bu ərazilər 1918-ci il oktyabrın 30-dan 1920-ci ilin avqustunadək Britaniya ordularının nəzarət dairəsinə daxil idi. Onun Britaniya hərbi nazirliyinə göndərdiyi "General Corc Milnin Qafqazda və Orta Asiyadakı hadisələr haqqında məlumatları" adlı hesabatda, 1918-1920-ci illərdə regionda, o cümlədən, Azərbaycanda gedən proseslər təsvir və təhlil edilmişdir. Sənəddə 1918-ci ilin martında Bakıda bolşevik-daşnak qüvvələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar, "Sentrokaspi diktaturası"nın siyasəti, Bakının azad edilməsi, Qafqazda, xüsusən Bakıda ingilis ordu hissələrinin qarşısında duran vəzifələr, bütövlükdə, Böyük Britaniyanın Azərbaycanda maraqları, general Tomsonun, Biçeraxovun fəaliyyəti və s. öz əksini tapmışdır.
Alan Aleksandr Miln
Alan Aleksandr Miln (1882-1956)—İngilis yazıçısı. == Həyatı == Alen Aleksandr Miln 1882-ci ildə Londonda anadan olmuşdur. Onun atası müəllim olmuşdur. Miln hələ kiçik yaşlarından başlayaraq çox yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Bir müddət İngiltərədə populyar olan "Panç" jurnalının baş redaktorunun müavini işləmişdir. O, birinci dünya müharibəsinin iştirakçısı olmuşdur. A.A. Miln bütün ömrü boyu bədii yaradıcılıqla məşğul olmuşdur. Həm də o, müxtəlif janrlarda əsərlər yazmışdır. O. ilk növbədə çox istedadlı şair kimi çıxış etmiş, " Biz cavan olanda" və " Bizim artıq altı yaşımız var " adlı şer topluların çap etdirmişdir. O, çox maraqlı lirik şerlər və balladalar yazmışdir.
Artur Con Robin Qorell Milner
Artur Con Robin Qorell Milner (ing. Arthur John Robin Gorell Milner;13 yanvar 1934, Plimut, Devon qraflığı – 20 mart 2010, Kembric ) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. == Həyatı == 13 yanvar 1934-cü ildə anadan olmuşdur. 1991-ci ildə o, LCF (Logic for Computable Functions) teoremlərin avtomatik isbatının aparılma sistemini, bu sistem üçün ML funksional proqramlaşdırma dilini və CCS (Calculus of Communicating Systems) qarşılıqlı təsirdə olan sistemlər üçün hesablamalar nəzəriyyəsini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. 2010-cu ildə "Milner CiteSeer" layihəsində ən çox istinad edilən müəlliflər siyahısında Milner 25-ci yeri tuturdu. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Con Milnor
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur. == Həyat və fəaliyyəti == Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır. Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.
Stüart Milner-Berri
Filip Stüart Milner Berri (ing. Sir Philip Stuart Milner-Barry; 20 sentyabr 1906, London – 25 mart 1995, London) — İngilis şahmatçı, İkinci Dünya müharibəsi illərində kriptoqrafiyaçı, məmur.II Dünya Müharibəsi illərində Bletçli Parkında işləyir və Eniqma maşınından istifadə edərək şifrələnmiş mesajların deşifrindən məsul olan "Hut 6"nın rəhbəri idi.Həmin illər baş nazir Vinston Çörçillə işlərinə yardım üçün müraciət edən 4 əsas kriptoqrafiyaçıdan biri idi.Müharibədən sonra xəzinədə çalışmış, İngilis təltif sistemini idarə etmiş və İngiltərəni şahmat üzrə beynəlxalq yarışlarda təmsil etmişdi.
Ceyms Milner
Ceyms Milner (4 yanvar 1986, Lids, Qərbi Yorkşir[d]) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2012 ••• 0.17

"miln" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#miln nədir? #miln sözünün mənası #miln nə deməkdir? #miln sözünün izahı #miln sözünün yazılışı #miln necə yazılır? #miln sözünün düzgün yazılışı #miln leksik mənası #miln sözünün sinonimi #miln sözünün yaxın mənalı sözlər #miln sözünün əks mənası #miln sözünün etimologiyası #miln sözünün orfoqrafiyası #miln rusca #miln inglisça #miln fransızca #miln sözünün istifadəsi #sözlük