Gecəqondu milyonçusu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb.