Minb sözü azərbaycan dilində

Minb

Yazılış

  • Minb • 50.0000%
  • minb • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Minbaş-i Hisarlı (Marağa)
Minbaş-i Hisarlı (fars. ‎‎‎مين باش حصارلو‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (19 ailə).
Minbaşı
Minbaşı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Minbaşı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Minbaşılı
Minbaşılı (Cəbrayıl)
Minbaşılı (Cəbrayıl)
Minbaşılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Minbaşlı Cəbrayıl r-nunda kənd. Düzənlikdədir. XIX əsrdə kənd Köhnəqışlaq adlandırılan sahədə bir neçə oymaqdan ibarət olmuşdur. Sonralar Parayataq adlı indiki yerə köçmüşdür. Kənddə iki nəsil vardlr: minbaşılılar ve cəfəralılar. Kənd minbaşılı nəslinin adını daşıyır. == Əhalisi == İskəndər bəy Minbaşıyev-xeyriyyəçi == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Minbaşılı (Saatlı)
Minbaşılı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Minbir gecə (TV serial, 2006)
Min bir gecə (türk. Binbir Gece) — baş rollarını Xalid Ərgənc (Onur Aksal), Bərgüzar Korəl (Şəhrizad Övliyaoğlu), Tardu Flordunn (Kərəm İncəoğlu), Ceyda Düvenci (Bənnu Ataman), Mətin Çəkməz (Burxan Övliyaoğlu), Yonca Cövhər Yenəl (Füsun Övliyaoğlu), Tomris İncer (Nadidə Övliyaoğlu) və Canan Ərgüdərin (Eda) bölüşdüyü, rejissorluğunu Qüdrət Sabancının, prodüsserliyini isə TMC adına Erol Avcının etdiyi, ərini bir yol qəzasında itirmiş, tək uşağı leykemiya xəstəsi olan və memar olaraq çalışmaqda olduğu "Binyapı Holdinq"in gənc və yaraşıqlı iki müdiri də özünə aşiq olmuş cavan və gözəl bir qadının mübarizəsindən bəhs edən Kanal D ekranında yayımlanmış Türkiyə teleserialı. == İstehsal == === Musiqi === Teleserialın əsas başlanğıc musiqi parçası da daxil olmaqla musiqiləri Kıraça aiddir. Bundan əlavə bəzi səhnələrdə rus bəstəkar Nikolay Rimski-Korsakovun Şəhrizad suitasından da fon musiqisi olaraq istifadə edilmişdir. == Məzmun == Şəhrizad patriarxal bir ailənin oğlu ilə evlənmiş, lakin ailə bu evliliyə şiddətlə qarsı çıxmış və oğullarını övladlıqdan rədd etmişlər. Ərini oğlu hələ bir yaşında ikən yol qəzasında itirən Şəhrizad qısa müddət sonra oğlunun leykemiya olması ilə bir daha sarsılır. Taleyin ağır sınağından keçən gənc qadın çarəsizlik içində müalicə üçün lazım olan 200 000 dolları tapmağa çalışır. Öz səyləri ilə pul tapır amma 150 000 dollar daha lazımlıdır. Arzu olunmadığını bilə-bilə uşağı üçün zəngin qayınatasına gedir, vəziyyəti izah edir və pul istəyir, ancaq vicdansızca evdən qovulur. Son çarə olaraq hələ üç ay əvvəl işə başladığı və sınaq müddətinin bitmədiyi "Binyapı Holdinq"in müdiri Onur Aksaldan borc istəyir.
Minboğalar əfsanəsi
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri == "Minboğalar əfsanəsi" romanı == "Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur. Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü.Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Qaraquç Minbaşı
Qaraquç Minbaşı (fars. ‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (5 ailə).
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu - Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksidir. == Ümumi məlumat == Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur.
İskəndər bəy Minbaşıyev
Minbaşıyev İskəndər bəy Sadıq bəy oğlu (1901–1943)-xeyriyyəçi == Həyatı == İskəndər bəy Sadıq bəy oğlu 1899-cu ildə Cəbrayıl qəzasının Minbaşılı kəndində anadan olub. Qimnaziyanı bitirdikdən sonra bir neçə il Cəbrayil rayonunun məktəblərində rus dili müəllimi işləmiş, daha sonra İran Azərbaycan sərhəd keçid məntəqəsinin Cəbrayıl qömrük məntəqəsinin rəisi işləmişdir. Qimnaziyada oxuduğu illərdə qizli inqilabçı dərnəklərlə.onların rəhbərləri və fəalları ilə şəxsi tanışlığı və dostluğu olmuş, lakin inqilabın məramını qəbul etmədiyi üçün inqilqbi fəaliyyətə qoşulmamışdir. Bu səbəbdən bəzi inqilabçılarla pis, sonralar düşmənçılık səviyyəsinə çatan münasibətləri olmuş, bəziləri ilə isə şəxsi dostluq münasibətləri ömrünün sonuna qədər davam etmişdir. Onların içərisindən Azərbaycanda — Teymur Quliyev (sonralar Nazirlər kabinetinin sədri olmuş), Vahid Qəhrəmanov (prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, huquq elmləri doktoru, professor), Rusiyada- Mixail Kalinin həyatının çətin məqamlarından çıxmasina, hətta qüllələnmə cəzasından azad olunmasında müstəsna köməkləri olmuşdur. İ. V. Stalin(Koba) ilə şəxsi tanışlığları olmuşdur. İ. V. Stalinin İskəndər bəyə şəxsi məktubunu onun ölümündən sonra Minbaşılı kəndinin ağsaqqalı, qabaqçıl kolxoz sədri Həmid İsmayılov tərəfindən yadiqar kimi saxlanılırdı. Tələbəlik illərində Rusiyada baş verən proseslərdən, inqilabin qedişindən, onun nəticııılırinin qaçılmaz olduğundan xəbərdar olduğu üçun atası Sadıx bəyin ölümü ilə əlaqədar Cəbrayila qələrkən Cəbrayılın rayon mərkəzindəki ata evindən başqa bütün torpaqlarıını, mal və mulklərini dəyər-dəyməzinə satması ona "ata mülkini viran qoydu" qınağını qətirsə də inqilabdan sonrakı illərdə represiyalardan yayınmasına hüquqi əsas vermişdir. Düşmən münasibətlərində olduğu, İnqilabın tanınmış simalarından Məmmədxan Məmmədxanov Qaryaqin-Cəbrayil bölqəsində qeyri-məhdud səlahiyyətlərindən istifadə edərək öz əlehdarlarnıa qarşı "sosializmi bəyənməyən-əksinqilabçı " damğası ilə vaxtaşırı böhtan xarakterli ittihamlar təşkil etmişdir. İskəndər bəy müxtəlif ittihamlarla 3 dəfə həbs olunmuşdur.
“Minboğalar əfsanəsi” romanı
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri == "Minboğalar əfsanəsi" romanı == "Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur. Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.

"minb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minb nədir? #minb sözünün mənası #minb nə deməkdir? #minb sözünün izahı #minb sözünün yazılışı #minb necə yazılır? #minb sözünün düzgün yazılışı #minb leksik mənası #minb sözünün sinonimi #minb sözünün yaxın mənalı sözlər #minb sözünün əks mənası #minb sözünün etimologiyası #minb sözünün orfoqrafiyası #minb rusca #minb inglisça #minb fransızca #minb sözünün istifadəsi #sözlük