minbər sözü azərbaycan dilində

minbər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • minbər • 82.7586%
  • Minbər • 16.5517%
  • MİNBƏR • 0.6897%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü.Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu - Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksidir. == Ümumi məlumat == Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 3.38
2007 •••••••• 1.27
2008 •••••••••••• 1.95
2009 ••••••••• 1.44
2010 ••••• 0.73
2011 •• 0.17
2013 •• 0.29
2014 •• 0.17
2019 0.14
2020 •••• 0.53

minbər sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Məscidlərdə: vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü. [Yaşlı kişi:] Şeyx Yəhya minbərə qalxıb moizəsini başladı. S.Hüseyn. [Axund:] Məscidə, minbərə, üləmaya … etiqad xeyli zəifləyib. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / minbər

minbər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MİNBƏR (məsciddə xütbə oxunan kürsü, yer) Xətib isə birbaş xalqın cərgələrini yarıb minbərə çıxdı (M.S.Ordubadi); TRİBUN O zaman əlli-altmış nəfər qara çadralı qadın şöbənin salonundan çıxıb tribunun (minbərin) qabağında oturdu (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / minbər

minbər sözünün rus dilinə tərcüməsi

minbər sözünün inglis dilinə tərcüməsi

minbər sözünün ləzgi dilinə tərcüməsi

minbər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. məsciddə mollanın, vaizin, xətibin və b. oturduğu hündür yer.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"minbər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minbər nədir? #minbər sözünün mənası #minbər nə deməkdir? #minbər sözünün izahı #minbər sözünün yazılışı #minbər necə yazılır? #minbər sözünün düzgün yazılışı #minbər leksik mənası #minbər sözünün sinonimi #minbər sözünün yaxın mənalı sözlər #minbər sözünün əks mənası #minbər sözünün etimologiyası #minbər sözünün orfoqrafiyası #minbər rusca #minbər inglisça #minbər fransızca #minbər sözünün istifadəsi #sözlük