miniatürləri sözü azərbaycan dilində

miniatürləri

Yazılış

  • miniatürləri • 98.2301%
  • Miniatürləri • 1.7699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan miniatürləri
Azərbaycan miniatürləri — Azərbaycanın orta əsr miniatür sənəti. == Tarixçə == Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənəti tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir çox əsərlər Azərbaycan şəhərlərində – Xoyda, Marağada, Təbrizdə yaradılmışdır. Azərbaycan miniatürünün ən qədim nümunələri – "Mənafi əl – Heyivan" (1298), "Cami – ət – Təvarix" (1307 və 1314-cü il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə, bütün Şərq miniatür sənətinin "Şah əsərlərindən" sayılan Demott "Şahnamə"sinin (1330–1340) illüstrasiyaları, Avropa və ABŞ–ın ən məşhur muzey və şəxsi kolleksiyalarında saxlanılır. İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, "siyah qələm" və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir. Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. === Miniatür sənətinin yaranması === Sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin sözlərinə görə, Təbriz miniatür məktəbinin meydana gəlməsi türklərlə bağlıdır. XIII əsrdə Orta Asiyadan Azərbaycana gələn türklər çox yaxşı rəssam və miniatürçü idilər.
Azərbaycan miniatürləri (film, 1971)
Azərbaycan miniatürləri qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV-XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır. == Məzmun == Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV-XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır. Filmdə görkəmli miniatürçü rəssamlar Sultan Məhəmməd, Ağa Mirək, Behzat və başqaları haqqında söhbət gedir. Filmdə bizə qədim əlyazmalar göstərilir. Bu əlyazmaların səhifələrində rəssamlar tərəfindən böyük ustalıqla çoxlu miniatürlər çəkilmişdir. Müxtəlif miniatür məktəblərinin (Təbriz, İsfahan, Qəzvin, Hindistan) işləri nümayiş etdirilərək filmdə bunların fərqləndirici cəhətləri də göstərilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Oqtay Orucov Rejissor: Musa Bağırov Operator: N. Setxanyan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.

"miniatürləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#miniatürləri nədir? #miniatürləri sözünün mənası #miniatürləri nə deməkdir? #miniatürləri sözünün izahı #miniatürləri sözünün yazılışı #miniatürləri necə yazılır? #miniatürləri sözünün düzgün yazılışı #miniatürləri leksik mənası #miniatürləri sözünün sinonimi #miniatürləri sözünün yaxın mənalı sözlər #miniatürləri sözünün əks mənası #miniatürləri sözünün etimologiyası #miniatürləri sözünün orfoqrafiyası #miniatürləri rusca #miniatürləri inglisça #miniatürləri fransızca #miniatürləri sözünün istifadəsi #sözlük