minimumu sözü azərbaycan dilində

minimumu

Yazılış

  • minimumu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Namizədlik minimumu
Namizədlik minimumu – ali məktəblərdə və elmi-tədqiqat institutlarında aspirantların və dissertantların elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiədən əvvəl verdikləri imtahan; Hal-hazırda, xarici (ingilis, fransız, alman və s.) dillərdən biri, informatika və dissertasiya mövzusuna uyğun olan ixtisas fənni üzrə keçirilir. Namizədlik minimumlarını (xarici dil, informatika və ixtisas fənni) verən şəxs namizədlik dissertasiyası müdafiə etmək hüququna malikdir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Yaşayış minimumu
Yaşayış minimumu — minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma. Bu anlayış 5 oktyabr 2004-cü il tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Adıçəkilən qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Yaşayış minimumunun müəyyən edilməsi ölkənin sosial siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Odur ki, yaşayış minimumunun məbləğinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası vətəndaşlarına layiq minimum həyat səviyyəsinin təmin edilməsi imkanları nəzərə alınmalıdır. Qanunvericiliyin izahından görünür ki, yaşayış minimumunun minimum istehlak səbəti və icbarı ödənişlər olmaqla 2 tərkib hissəsi vardır. Minimum istehlak səbətinin anlayışı və məzmunu qismən də olsa bizə aydındır. Yuxarıda qeyd olunan qanuna görə, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bundan başqa "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı vardır ki, bəhs olunan səbətin tərkibi haqqında informasiya verir.
Şimali Amerika minimumu
Şimali Amerika minimumu — İqlim xəritəsində Şimali Amerikada-Kaliforniya körfəzindən şimal-şərqdə yayda əmələ gələn minimumdur(758 mm).

"minimumu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minimumu nədir? #minimumu sözünün mənası #minimumu nə deməkdir? #minimumu sözünün izahı #minimumu sözünün yazılışı #minimumu necə yazılır? #minimumu sözünün düzgün yazılışı #minimumu leksik mənası #minimumu sözünün sinonimi #minimumu sözünün yaxın mənalı sözlər #minimumu sözünün əks mənası #minimumu sözünün etimologiyası #minimumu sözünün orfoqrafiyası #minimumu rusca #minimumu inglisça #minimumu fransızca #minimumu sözünün istifadəsi #sözlük