minnət sözü azərbaycan dilində

minnət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • minnət • 77.0186%
  • Minnət • 21.7391%
  • MİNNƏT • 1.2422%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmmədkərim xan Minnət
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar - XVIII əsr şairi, hakim. == Həyatı == Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar İsfahan şəhərində anadan оlmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində Tehran şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstərmişdi. Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiyanın hakimi оlarkən Nadir şaha qarşı çıxdığından tutulub kоr еdilmişdir. Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli şеirlər yazırdı.
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
"Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
Minnətoğlu Mehmed bəy
Minnətoğlu Mehmed bəy (serb-xorv. Mehmed-beg Minetović; XV əsr – XV əsr) — boşnakəsilli Osmanlı sərkərdəsi, sultan II Mehmedin hakimiyyətində Bosniya sancağının ilk valisi idi.Sultan Mehmed Minnətoğlunun başçılığı ilə Amasiyadan türkləri Rumeliyə yerləşdirmişdir. == İrsi == Sarayevoda Latın körpüsünün tikildiyi yerin yaxınlığında məscid. Bolqarıstanın Bazarcıq şəhərinin formalaşdığı Tatar-Bazarcığı Qonuş hasarı, bədəstan və imarət. == İstinadlar == == Əlavə ədəbiyyat == Konstantin Mihailović. Memoirs of a Janissary. Published under the auspices of the Joint Committee on Eastern Europe, American Council of Learned Societies, by the Department of Slavic Languages and Literatures, University of Michigan. 1975. Tursun Beg. The History of Mehmed the Conqueror.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2003 •••••••••••• 0.79
2006 ••••••• 0.45
2007 •••• 0.21
2009 •••••••• 0.48
2010 ••••••• 0.45
2011 •••• 0.26
2012 ••• 0.17
2013 •••••••••••••••••••• 1.31
2014 ••••••••••••••••••• 1.20
2015 •••••• 0.34
2016 ••• 0.17
2017 •••••••••• 0.65
2019 ••••• 0.28

minnət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə. ◊ Minnət çəkmək – 1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] İgid də igiddən çəkərmi minnət! “Koroğlu”; 2) bax minnət götürmək. [Xanpəri:] Nə lazımdır ki, Hətəm xan ağadan və ya özgəsindən minnət çəkəsən. M.F.Axundzadə. [Səməndər] qonaqlarını heç kəsdən minnət çəkmədən yedirib-içirib yola sala bilərdi. B.Bayramov. Minnət etmək (eyləmək) – təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq. Adamlar yerbəyerdən xana minnət elədilər. “Qurbani”. Ey yığılan canlar, minnət eyləyin; Dursun o gözəllər şahı, oynasın. Q.Zakir. Minnət götürmək – edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək. [Hacı Saleh:] Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. S.S.Axundov. Minnət götürməmək – məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz. – Sən indiyədək heç kəsdən minnət götürməyibsən. Ə.Haqverdiyev. Minnət qoymaq – etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq. Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Məsəl). [Cavadov:] Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Ə.Haqverdiyev. …[Qulam müəllim] bilirdi ki, yaxşılıq edib, minnət qoymaqdan da dünyada pis şey yoxdur. S.Rəhimov. Minnətə getmək – bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən. Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman. Minnətə gəlmək – bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək. Minnət( in) olsun! – özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm.

    Azərbaycan dilinin izahlı lüğəti / minnət

minnət sözünün sinonimləri (yaxın mənalı sözlər)

minnət sözünün rus dilinə tərcüməsi

  • 1 1. просьба, ходатайство; 2. одолжение, услуга, благодеяние; 3. благодарение, благодарность, признательность;

    Azərbaycanca-rusca lüğət / minnət
  • 2 сущ. чувство благодарности, сознание обязанности за оказанное благодеяние, услугу, любезность; minnət qoymaq: 1. попрекать, попрекнуть за оказанные услуги, за сделанное добро; 2. одалживать, одолжить (оказав какую-л. услугу, вызвать у кого-л. чувство признательности, желание ответить услугой); minnət etmək (eləmək) просить об одолжении, minnət götürmək быть, оставаться в долгу перед кем-л. за оказанную услугу, minnət götürməmək не принимать предлагаемой услуги, minnət çəkmək чувствовать себя в долгу, обязанным за оказанную услугу, minnəti olsun kimin пусть сочтёт за честь к т o, minnətim yoxdur ни перед кем я не в долгу, не нуждаюсь в чьей-л. помощи; minnətə getmək идти, пойти с просьбой оказать услугу или простить кого-л., minnətə gəlmək приходить с просьбой оказать услугу или простить кого-л

    Azərbaycanca-rusca lüğət / minnət

minnət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. request, solicit (for); 2. favour, service, boom; Bunu mən böyük minnət hesab edirəm I regard it as a favour; ~ qoymaq to reproach for service / goodness; ~ etmək to ask (d.), to beg (d.); O, mənə minnət elədi He / She asked / begged me; ~ çəkmək 1) to go* ahead; 2) to do* smth. with great pleasure

    Azərbaycanca-ingiliscə lüğət / minnət

minnət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. requête f, prière f, demande f ; service m, faveur f ; ~ qoymaq reprocher qn pour un service ; ~ etmək demander un service à ; ~ götürmək demeurer en reste

    Azərbaycanca-fransızca lüğət / minnət

minnət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. миннет (авур хъсанвилиз, гьуьрметдиз къарши къеняй (рикӀяй) жув буржлу яз гьисабун); minnət etmək (eyləmək) миннет авун, хагьиш авун, тавакъу авун, гардан кӀирна минетун; minnət qoymaq миннет эцигун, авур гьуьрмет ва хъсанвал ччиниз хъиягъун, рикӀел хкун, хатур эцигун, масад вичиз буржлуз акъудун; minnətə getmək миннетдиз фин, са кар патал хагьишдиз фин, фена хагьиш авун.

    Azərbaycanca-ləzgicə lüğəti / minnət

minnət sözünün türk dilinə tərcüməsi

minnət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. özünü mənən borclu bilmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

edilən yaxşılıq və hörmətə qarşı duyulan borcluluq hissi, özünü borclu bilmək.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"minnət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minnət nədir? #minnət sözünün mənası #minnət nə deməkdir? #minnət sözünün izahı #minnət sözünün yazılışı #minnət necə yazılır? #minnət sözünün düzgün yazılışı #minnət leksik mənası #minnət sözünün sinonimi #minnət sözünün yaxın mənalı sözlər #minnət sözünün əks mənası #minnət sözünün etimologiyası #minnət sözünün orfoqrafiyası #minnət rusca #minnət inglisça #minnət fransızca #minnət sözünün istifadəsi #sözlük