minnətdarlıq sözü azərbaycan dilində

minnətdarlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • minnətdarlıq • 98.2921%
  • Minnətdarlıq • 1.6524%
  • MİNNƏTDARLIQ • 0.0555%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

minnətdarlıq sözünün leksik mənası və izahı

  • 1 1. is. Göstərilən diqqətə, edilən yaxşılığa qarşı razılıq, məmnunluq hissi; təşəkkür. Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğu yox idi. M.İbrahimov. …Mən sizin etimadınıza qarşı ancaq minnətdarlığımı bildirə bilərəm. Q.İlkin. □ Minnətdarlıq etmək – öz təşəkkürünü bildirmək, öz razılığını göstərmək, bildirmək. [Kərim bəy] orta məktəb bitirəndə ona qızıl saat almış müəllimlərinə ziyafət verib minnətdarlıq etmişdir. Mir Cəlal. 2. Minnətdarlıqla şəklində zərf – böyük razılıq hissilə; hörmətlə, ehtiramla. Rüxsarə xüsusi minnətdarlıqla alimin qarşısında başını əyib ona təzim etdi. S.Rəhimov. Aydın minnətdarlıqla [Gülqönçəyə] baxdı. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / minnətdarlıq

minnətdarlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 MİNNƏTDARLIQ [Həmid:] Mən Bakıda olmayanda siz anamgilə əl tutmuşunuz, o, yaxşılıqlar üçün mənim və anamgilin minnətdarlığını qəbul eləyin.. (H.Abbaszadə); ŞÜKRAN Sən azad eylədin qədimdə hürriyyətpərəstanı; Sənə ləbrizi-şükrandır bütün əhrar, hürriyyət (M.Hadi); ŞÜKÜR Sənə min şükür! (Çəmənzəminli); TƏŞƏKKÜR Aydın təşəkkür dolu nəzərlə qıza baxdı (H.Seyidbəyli); MƏMNUNLUQ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / minnətdarlıq

minnətdarlıq sözünün rus dilinə tərcüməsi

  • 1 признательность, благодарность

    Azərbaycanca-rusca lüğət / minnətdarlıq
  • 2 сущ. признательность, благодарность. Dərin minnətdarlıq hissi чувство глубокой признательности, səmimi minnətdarlıq сердечная признательность, minnətdarlığını bildirmək kimə выражать свою признательность, благодарность кому

    Azərbaycanca-rusca lüğət / minnətdarlıq

minnətdarlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. миннетдарвал, авур хъсанвилиз, гьуьрметдиз къарши разивал; тешеккуьр; minnətdarlıq etmək миннетдарвал авун, разивал къалурун (авун); 2. minnətdarlıqla нареч. миннетдарвилелди, разивилелди, гьуьрметдивди.

    Azərbaycanca-ləzgicə lüğəti / minnətdarlıq

"minnətdarlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minnətdarlıq nədir? #minnətdarlıq sözünün mənası #minnətdarlıq nə deməkdir? #minnətdarlıq sözünün izahı #minnətdarlıq sözünün yazılışı #minnətdarlıq necə yazılır? #minnətdarlıq sözünün düzgün yazılışı #minnətdarlıq leksik mənası #minnətdarlıq sözünün sinonimi #minnətdarlıq sözünün yaxın mənalı sözlər #minnətdarlıq sözünün əks mənası #minnətdarlıq sözünün etimologiyası #minnətdarlıq sözünün orfoqrafiyası #minnətdarlıq rusca #minnətdarlıq inglisça #minnətdarlıq fransızca #minnətdarlıq sözünün istifadəsi #sözlük