Miraxur sözü azərbaycan dilində

Miraxur

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Miraxur • 53.5714%
  • miraxur • 46.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Miraxur
Miraxur — Osmanlı dövlətində padşahın atlarına baxan saray xidmətçisi. Əndərunda yetişdirilən miraxurlar çox vaxt padşahın şəxsi işlərində də istifadə olunurdu.Osmanlı tarixində imrahorluqdan gələn bir çox dövlət adamı olmuşdur. Bunlar arasında Rüstəm ağa, Şahgəldi ağa, Dabanıyasdı Mehmed ağa, Dəli Hüseyn ağa və s. var.
Miraxur Əhməd Paşa
Miraxur Əhməd Paşa (ö. 1618) — Osmanlı sultanı III Mehmed və I Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmişdir. Təhsilini tamamladıqdan sonra Şahzadə Mehmedin xidmətinə alınmışdır. 1595-ci ildə şahzadənin taxta çıxmasıyla öncə ikinci miraxuru, daha sonra baş çuxadarı olmuşdur. Ardından saraydan ayrılaraq Mosul bəylərbəyliyinə, ardından Rumeli bəylərbəyliyinə gətirilmişdir. 1604-cü ildə Sultan Muradın qızlarından Mihrimah Sultanla evlənsə də, bəzi mənbələrdə onunla 1601-cu ildə artıq evli olduğu qeyd olunur. Bir müddət sonra Şam bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdırıldı. Çox keçmədən 1618-ci ildə Şamda vəfat etmişdir.

miraxur sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] tar. Qədim zamanlarda padşahın, xanın baş mehtəri; mehtərbaşı. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu. M.F.Axundzadə. Miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edirlərsə, kargir olmur. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / miraxur

miraxur sözünün rus dilinə tərcüməsi

miraxur sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. ист. мегьтеррин чӀехиди, кьилин мегьтер, чӀехи мегьтер (виликра пачагьдин, хандин балкӀанриз килигдайбурун чӀехиди).

    Azərbaycanca-ləzgicə lüğəti / miraxur

"miraxur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#miraxur nədir? #miraxur sözünün mənası #miraxur nə deməkdir? #miraxur sözünün izahı #miraxur sözünün yazılışı #miraxur necə yazılır? #miraxur sözünün düzgün yazılışı #miraxur leksik mənası #miraxur sözünün sinonimi #miraxur sözünün yaxın mənalı sözlər #miraxur sözünün əks mənası #miraxur sözünün etimologiyası #miraxur sözünün orfoqrafiyası #miraxur rusca #miraxur inglisça #miraxur fransızca #miraxur sözünün istifadəsi #sözlük