Mirbağır sözü azərbaycan dilində

Mirbağır

Yazılış

  • Mirbağır • 98.9362%
  • mirbağır • 1.0638%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Axund Mirbağır Ağa Ağazadə
Axund Mirbağır Ağa Ağazadə(1857, Salyan – 1941, Qazaxıstan) — görkəmli azərbaycan ruhanisi və ictimai xadimi. == Həyatı == Mirbağır Ağa Ağazadə 1857-ci ildə Salyan şəhərinin köhnə Bərəüstü məhəlləsində siravi ruhani Hacı Zeynalabidinin ailəsində anadan olmuşdur. Salyanda yaradılmış mədrəsədə (onun yaradıcısı Mir Heydər ağa olmuşdur) ilk təhsilini almışdır. O, şeyx Əbdül Səməd Ağa, Seyid İbrahim Salyani, Axund Mirzə Xəlilullah və b. Ilə birlikdə 1887-ci ildə ona dərs deyən müctəhidlər Seyid Kazım Təbatəbai və Ayətullah Şərəbyani ona Nəcəfül-Əşrəf şəhərinə oxumağa getməyi məsləhət görmüşlər. Onunla birgə bir neçə azərbaycanlı da təhsilini həmin ruhani məktəbində davam etdirmişdir. Göstərilən Ruhani Akademiyasında astronomiya, riyaziyyat, həndəsə, nəbatət, təbabət elmlərinə mükəmməl yiyələnən Mirbağır Ağa böyük elm sahibi kimi tanınmışdır. Bundan başqa o, bir nurlu sima kimi ağsaqqal, sözünün yerini bilən, əsasən vətənpərvər olaraq özünü tanıtmışdır. Nəcəfül-Əşrəfdə müvəffəqiyyətlə təhsilini başa vurduqdan sonra imtahan verərək "Qərineyi – İctihad" ali ruhani adı ilə 1909-cu ildə Salyana dönmüşdür. O, Salyana təhsil alarkən evləndiyi seyid Mirsəfiyyə ilə qayıtmışdır və ondan bir oğlu və üç qızı anadan olmuşdur.
Mirabbas Mirbağırzadə
Mirbağırzadə Mirabbas Mirhüseyn oğlu (1880, İrəvan) — jurnalist, tacir, diplomat, iqtisadçı, alim. M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb. Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir. Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb.

mirbağır sözünün leksik mənası və izahı

Oxşar sözlər

#mirbağır nədir? #mirbağır sözünün mənası #mirbağır nə deməkdir? #mirbağır sözünün izahı #mirbağır sözünün yazılışı #mirbağır necə yazılır? #mirbağır sözünün düzgün yazılışı #mirbağır leksik mənası #mirbağır sözünün sinonimi #mirbağır sözünün yaxın mənalı sözlər #mirbağır sözünün əks mənası #mirbağır sözünün etimologiyası #mirbağır sözünün orfoqrafiyası #mirbağır rusca #mirbağır inglisça #mirbağır fransızca #mirbağır sözünün istifadəsi #sözlük