Mirhəsən sözü azərbaycan dilində

Mirhəsən

Yazılış

  • Mirhəsən • 89.4000%
  • MirHəsən • 10.4000%
  • mirhəsən • 0.2000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Mirhəsən Seyidov
Mirhəsən Mirheydər oğlu Seyidov (15 iyul 1989, Sumqayıt) — Neftçala Rayon İcra Hakimiyyətinin başçısı (05 mart 2020 – h.h), İrəli İctimai Birliyinin keçmiş sədri (2014–2020). Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 −2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur. İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)–da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımışdır və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirmişdir.

mirhəsən sözünün leksik mənası və izahı

Oxşar sözlər

#mirhəsən nədir? #mirhəsən sözünün mənası #mirhəsən nə deməkdir? #mirhəsən sözünün izahı #mirhəsən sözünün yazılışı #mirhəsən necə yazılır? #mirhəsən sözünün düzgün yazılışı #mirhəsən leksik mənası #mirhəsən sözünün sinonimi #mirhəsən sözünün yaxın mənalı sözlər #mirhəsən sözünün əks mənası #mirhəsən sözünün etimologiyası #mirhəsən sözünün orfoqrafiyası #mirhəsən rusca #mirhəsən inglisça #mirhəsən fransızca #mirhəsən sözünün istifadəsi #sözlük