* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars. mir və ər. qəzəb] Cəllad. Məmurbaşı mirqəzəb kimi bir də adamları gözdən keçirdi… S.Rəhimov. [Qüdrət:] [Mollayev] bir gün mehriban görünür, adamı tərifləyib göyə qaldırır, o biri gün mirqəzəb kimi başını korş balta ilə kəsir. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / mirqəzəb2 f. və ə. «qəzəbin başçısı» cəllad.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mirqəzəb3 fars. mir + ərəb. qəzəb Cəllad. Əmr elədi ki, mirqəzəblər, qulamlar köç tədarükünü görsünlər. (“Dilsuz və Xəzangül”)
Azərbaycan dastanlarının leksikası / mirqəzəb