Misti sözü azərbaycan dilində

Misti

Yazılış

  • Misti • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Misti Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. == Orta məktəb karyerası == Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. == Kollec karyerası == O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.
"Savalan" Mistik Musiqi Qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança).Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur.Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir."Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır. Bunlardan biri Qalib Məmmədov və Fəxrəddin Salimin yaradıcılığından ibarət hazırlanmış "Üz tuturam Tanrıya" və ikincisi, böyük Yunus Əmrə dünyasını əhatə edən "Olsun" meditasion-ruhani göstəridir. Qrup dəfələrlə Türkiyənin TRT, TGRT, STV və İraqda yayımlanan Kərkük TV-də və həmçinin — AzTV, Space, ANS, Lider, İTV kanallarının verilişlərində tamaşaçılarda böyük rəğbət doğuran maraqlı çıxışlar etmişdir. Azərbaycan Dövlət televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus Əmrə", "Nəimi", "Təbriz" televiziya filmlərində musiqi parçaları ifaçısı olmuşdur."Savalan" qrupu 2009-cu il "Gün Az" TV-nin təklifi ilə iyulun 7-dən, 15-nə kimi ABŞ-in Çikaqo şəhərinə dəvət olunmuşdur.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Mistisizm
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Mistislav Rastropoviç
Mstislav Leopoldoviç Rostropoviç (27 mart 1927[…], Bakı – 27 aprel 2007[…], Moskva) – violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. == Həyatı == Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir. 1943–1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək 1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsində professor təyin edilir.
Spagetti ağacı mistifikasiyası
Spagetti ağacı mistifikasiyası (ing. Spaghetti-tree hoax) – 1957-ci ildə BBC tərəfindən Ümumdünya gülüş günündə yayımlanan 3 dəqiqəlik xəbər və onun səbəb olduğu hadisə. BBC kanalının "Panorama" adlı verilişində İsveçrənin cənubunda yaşayan bir ailənin guya "spagetti ağacı"ndan spagetti topladığını əks etdirən video yayımlanmışdır. Həmin dövrdə Birləşmiş Krallıqda spagetti populyar olmadığı üçün insanların çoxu spagettinin un və sudan ibarət olduğunu bilmirdi və bu xəbərdən sonra bir çox britaniyalı öz spagetti ağaclarını yetişdirmək üçün BBC kanalı ilə əlaqə saxlamışdır. İllər sonra CNN bu hadisəni "hansısa nüfuzlu xəbər qurumu tərəfindən həyata keçirilmiş ən böyük mistifikasiya" adlandırmışdır. == Yayım == Video-xəbər 1957-ci ilin 1 Aprel günü üçün zarafat məqsədilə hazırlanmışdır. Videoda İsveçrənin cənubunda yerləşən Tiçino kantonunda yaşayan bir ailənin mülayim keçən bir qış mövsümündən sonra "spagetti ağacı"ndan spagetti toplaması əks olunmuşdur. Xəbərdə ideal uzunluqda spagettiləri əldə etmək üçün görülməli olan işlər də müzakirə olunmuşdu. Əslində isə bəzi səhnələr Hartfordşirdə yerləşən Pasta Foods fabrikində (indi bağlıdır) və İsveçrənin Kasraqnola qəsəbəsindəki oteldə lentə alınmışdı. "Panorama" verilişinin müxbiri Çarlz de Yaeqer bu ideyanı Avstriyada oxuyarkən yaşadığı təcrübəni xatırladıqdan sonra fikirləşmişdir.
Xristian mistisizmi
Xristian mistisizmi — xristianlığın içində mistik cərəyandır. == Ortodoks Xristianlığında mistisizm == Şərq Xristianlığında Tanrının mistik cəhətdən duyulması hissi ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə də, Qərb ilahiyyatından fərqli olaraq, ilahiyyat sxolastik elmə çevrilməmişdir. Qərbdə Aristotel təlimi ilə tanış olmayan mistikləri ciddi qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən sonra Müqəddəs Kitabların məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb ilahiyyatının prioritet istiqamətinə çevrilmişdir. Şərq kilsə ataları da Müqəddəs Kitabların yozulmasında düşüncənin rolunu inkar etmirdilər. Lakin, buna əlavə olaraq, onlar hesab edirdilər ki, Tanrı səmimi ibadət edən bəndəsinə özü-özünü açır və Onun haqqında bilik təkcə ağılla əldə edilmir. Tanrı haqqında mistik biliyi əldə etmək üçün, rahib həyatını yaşamaq, daim özünü mənəvi cəhətdən təmizləmək lazımdır. Müqəddəslərin mistik təcrübələrinə inanmaq ənənəsi də bundan irəli gəlmişdir. Təbiidir ki, bəzi hallarda, Şərq Xristianlığında bəzən mistiklərlə ilahiyyatçılarnın arasında qütbləşmə baş verirdi, lakin bu qütbləşmə ciddi ixtilafa çevrilmirdi.
Mistie Bass
Mistie McCray Bass (2 dekabr 1983) — hazırda azad agent olan Amerikalı peşəkar qadın basketbolçudur. == Orta məktəb karyerası == Bass 2002-ci ildə Janesvilledəki Corc S. Parker Liseyini bitirərək məktəbin iki il dalbadal ştat çempionluğunu qazanmasına müstəsna rolu oldu. O, ştatda üç dəfə ilin oyunçusu seçilən yeganə oyunçudur. O, həmçinin USA Today All-America birinci komandası, ikinci komanda Parade All-America, ikinci komanda School Sports All-America, üçüncü komanda Student Sports All-America, iki dəfə Wisconsin Gatorade Play of the Year və birinci komanda All-State-in oyunçusu olaraq komandalar tərəfindən transfer olunub. Mistie altı xal və doqquz ribaund vuraraq Phoenix/WBCA High School All-America oyununda oynamaq üçün seçildi. Bass ilk McDonald's All-America oyununda oynadı. == Kollec karyerası == O, 2006-cı ildə Duke Universitetini bitirib. 2003 və 2006 (Milli Çempionat oyununda mübarizə aparıb). O, karyerasını xalla səkkizinci (1,409), vurulan sahədə qollarda səkkizinci (557), sahədə qol faizində beşinci (.567), ribaundlarda (800), bloklarda beşinci (131), sərbəst atışlarda səkkizinci (295), sərbəst atış cəhdlərində yeddinci (459), ikiqat qol vurma oyunlarında səkkizinci (78), qalibiyyətdə birinci (127) və ACC müntəzəm mövsüm qələbələrində dördüncü oldu (55). O, həmçinin Zeta Phi Beta sorority üzvü idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.34

misti sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Dərbənd) xışın dəstəsi. – Misti xişdə takdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"misti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#misti nədir? #misti sözünün mənası #misti nə deməkdir? #misti sözünün izahı #misti sözünün yazılışı #misti necə yazılır? #misti sözünün düzgün yazılışı #misti leksik mənası #misti sözünün sinonimi #misti sözünün yaxın mənalı sözlər #misti sözünün əks mənası #misti sözünün etimologiyası #misti sözünün orfoqrafiyası #misti rusca #misti inglisça #misti fransızca #misti sözünün istifadəsi #sözlük