mitil sözü azərbaycan dilində

mitil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mitil • 86.3636%
  • Mitil • 13.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

mitil sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yorğanın, döşəyin, balışın alt üzü. Balışa mitil almaq. Mitili təzələmək. Mitili yumaq. – Yorğanın mitili dağılmış, balışüzünün tükləri üzə çıxmışdı. S.Vəliyev. 2. Üzü olmayan, üz çəkilməmiş yorğan, döşək, balış və s. Evin bütün şeylərini elə aparıblar ki, bir quru tikili qalıb, bir də Əzizin özü yatdığı mitil. (Nağıl). [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə mitil tapmayanda, xaradan qonaq yorğanı düzəltdirib. B.Bayramov. // Sif. mənasında. …O, üst paltarını çıxarıb bir mitil cındır yorğana büründü. S.S.Axundov. 3. sif. Köhnə, dağılmış, yıpranmış, cındır. Mitil palto. Mitil xalça. Mitil döşəkcə. 4. məc. zar. Tənbəl, aciz, bivec, işə-gücə yaramayan adam haqqında. Mitilin biridir. ◊ Mitili çıxmaq zar. – 1) tamam köhnəlmək, tökülmək, yıpranmaq, cındırı çıxmaq. Şkafın mitili çıxıb. – [Səriyyə xala] mitili çıxmağa başlayan yorğanı uşaqların çiyninə saldı. M.İbrahimov; 2) məc. zar. yorulub əldən düşmək, daha işləməyə halı olmamaq. O qədər işləyib ki, mitili çıxıb. Mitilini bayıra atmaq zar. – kobudcasına qovmaq, çıxarmaq, işdən qovmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / mitil

mitil sözünün etimologiyası

mitil sözünün rus dilinə tərcüməsi

  • 1 нижний чехол (для тюфяка, подушки или одеяла)

    Azərbaycanca-rusca lüğət / mitil
  • 2 I сущ. 1. нижний чехол для матраса, подушки, стёганого одеяла 2. постельная принадлежность без верхнего чехла 3. перен. тюфяк (об апатичном, вялом, безвольном человеке) II прил. драный, истрёпанный, изношенный. Mitil palto драное пальто, mitil paltar драная одежда ◊ mitili çıxmaq: 1. истрепаться, износиться; 2. одряхлеть; mitilini bayıra atmaq kimin дать по шапке кому, в три шеи гнать кого, выставить, выгнать кого

    Azərbaycanca-rusca lüğət / mitil

mitil sözünün inglis dilinə tərcüməsi

mitil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. митил (месин, яргъандин, хъуьцуьгандин йис, памбаг, туьк твадай къенепатан ччин); 2. чин алачир мес, яргъан, хъуьцуьган ва мс.; 3. прил. шалта, куьгьне, иски, кукӀвар хьайи (мес. пальто, рух, мес ва мс.); 4. пер. зар. шалта, темпел, кагьул, квелин, ажуз, кардиз виже текъвер кас; ** mitili çıxmaq зар. а) митил хьун, тамам куьгьне хьун, иски хьун, кукӀвар хьун (мес. диван); б) пер. зар. шалта хьиз хьун, гзаф галатун, кӀвалахдай гьал аламукь тавун; mitilini bayıra atmaq зар. шалта-шулту хкадарун, чукурун, кӀвалахдилай акъудун.

    Azərbaycanca-ləzgicə lüğəti / mitil

"mitil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mitil nədir? #mitil sözünün mənası #mitil nə deməkdir? #mitil sözünün izahı #mitil sözünün yazılışı #mitil necə yazılır? #mitil sözünün düzgün yazılışı #mitil leksik mənası #mitil sözünün sinonimi #mitil sözünün yaxın mənalı sözlər #mitil sözünün əks mənası #mitil sözünün etimologiyası #mitil sözünün orfoqrafiyası #mitil rusca #mitil inglisça #mitil fransızca #mitil sözünün istifadəsi #sözlük