mitinq sözü azərbaycan dilində

mitinq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mitinq • 87.9604%
  • Mitinq • 11.9966%
  • MİTİNQ • 0.0431%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
19 yanvar mitinqi
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. == Tarix == 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb.Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər.Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar. Bundan əlavə, Dağlıq Qarabağ mövzusunda Azərbaycan hökumətinin sülhsüvər mövqeyi onları hiddətləndirən səbəblərdən olub.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. == İştirakçı sayı == Təşkilatçıların iddialarına görə mitinqdə təxminən 20,000 nəfər iştirak edib. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə isə iştirakçı sayı 2,800 nəfər olub.
19 yanvar mitinqi (Azərbaycan, 2019)

Bakı komissarının mitinqdə çıxışı (film, 1917)
Bakı komissarının mitinqdə çıxışı qısametrajlı sənədli filmi rejissor 1917-ci ildə çəkilmişdir. Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Məzmun == Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Film haqqında == Kinoxronikadan kiçik bir parça Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. == Mitinqdən əvvəl == 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] == Mitinq == Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin]Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. == Mitinq == 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər.11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı.24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.Eyni zamanda, çeçenlərin işlərindən çıxarılması halları da baş vermişdir. Aux rayonunun bərpası, eləcə də Novolak rayonunun lakların yeni yaşayış yerinə köçürülməsi məsələsi bu günə qədər həll olunmamışdır.
19 oktyabr mitinqi
2019-cu il Bakı etirazları — 8, 19 və 20 oktyabrda keçirilmiş dinc mitinqlər. 8 və 19 oktyabrda Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfindən təşkil edilmiş etirazların tələbləri arasında siyasi məhbusların azad olunması, azad və ədalətli seçkilərin keçirilməsi vardı. Etirazlar həmçinin işsizlik və iqtisadi bərabərsizliyin əleyhinə idi. Oktyabrın 19-da həbs olunmuş şəxslər arasında AXCP sədri Əli Kərimli də vardı. Oktyabrın 20-də qadınlar ailə daxili şiddətə qarşı etiraz keçirdi. == Əvvəlki tarixi == Azərbaycan Konstitusiyası müvafiq dövlət orqanını əvvəlcədən xəbərdar etdikdən sonra sərbəst toplaşmaq azadlığını nəzərdə tutsa da, praktikada Azərbaycan hökuməti belə toplaşmaların yerli bələdiyyələrdən icazə almasını tələb edir. Qadınların mitinq iddiası təklif olunmuş yerdə çoxsaylı dükan və restoran olduğuna görə hökumət tərəfindən rədd edildi. == Etirazlar == Oktyabrın 8-də DQMŞ sərbəst toplaşmaq azadlığına dəstək üzrə mitinq təşkil etdi. İştirakçılar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq hakimiyyətin Məhsul stadionunda mitinqə icazə verilməməsinə dair qərarına etiraz etdilər. Etirazçılara əvəzinə Bakıdan 20 km məsafədəki Lökbatan ərazisi təklif olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.91 dəfə / 1 mln.
2002 •••••••• 20.56
2003 ••••••••••••••••• 47.24
2004 •••• 11.12
2005 •••••••••••••••••••• 56.01
2006 •••••• 15.32
2007 ••••••• 19.24
2008 ••••• 11.94
2009 •••• 9.44
2010 ••••••••• 22.60
2011 •••••• 16.21
2012 ••••• 13.42
2013 •••••••••••••••• 42.60
2014 ••••••••• 24.54
2015 •••••• 14.12
2016 •••••• 15.45
2017 ••• 6.67
2018 •••• 10.94
2019 •••••••• 21.42
2020 ••• 5.97

mitinq sözünün leksik mənası və izahı

  • 1 [ing.] Hər hansı mühüm gündəlik məsələyə (ən çox siyasi məsələyə) həsr olunmuş kütləvi yığıncaq. Mitinqi açıq elan etmək. Matəm mitinqi. – [Səfərəli:] Bugünkü mitinqin siyasi əhəmiyyəti vardır. H.Nəzərli. Yığıncaqlarda, mitinqlərdə hər yerdən şüarlar eşidilirdi. Ə.Sadıq. □ Mitinq qurmaq – kütləvi yığıncaq düzəltmək, iclas qurmaq, nitqlər söyləmək. [Rüstəm kişi:] Nədir, burda mitinq qurmusunuz? M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / mitinq

mitinq sözünün sinonimləri (yaxın mənalı sözlər)

mitinq sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. митинг (массовое собрание по поводу каких-л. злободневных, преимущественно политических вопросов). İzdihamlı mitinq многолюдный митинг, etiraz mitinqi митинг протеста, təntənəli mitinq торжественный митинг, mitinq keçirmək проводить митинг, mitinq düzəltmə митингование, mitinq açmaq (etmək, düzəltmək) митинговать II прил. митинговый. Mitinq demokratizmi митинговый демократизм

    Azərbaycanca-rusca lüğət / mitinq

mitinq sözünün inglis dilinə tərcüməsi

mitinq sözünün fransız dilinə tərcüməsi

mitinq sözünün ləzgi dilinə tərcüməsi

mitinq sözünün türk dilinə tərcüməsi

mitinq sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

Toplaşmış şəxslərin ümumi fikirlərini ifadə etmək və (və ya) ümumi çağırışlar etmək, tələblər irəli sürmək üçün keçirilən kütləvi tədbir

Terminlər lüğəti

"mitinq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mitinq nədir? #mitinq sözünün mənası #mitinq nə deməkdir? #mitinq sözünün izahı #mitinq sözünün yazılışı #mitinq necə yazılır? #mitinq sözünün düzgün yazılışı #mitinq leksik mənası #mitinq sözünün sinonimi #mitinq sözünün yaxın mənalı sözlər #mitinq sözünün əks mənası #mitinq sözünün etimologiyası #mitinq sözünün orfoqrafiyası #mitinq rusca #mitinq inglisça #mitinq fransızca #mitinq sözünün istifadəsi #sözlük