Mitsubishi-Pajero sözü azərbaycan dilində

Mitsubishi-Pajero

Yazılış

  • Mitsubishi-Pajero • 93.9394%
  • Mitsubishi-PAJERO • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mitsubishi Pajero
Mitsubishi Pajero — Mitsubishi şirkətinin model baxımından flaqmanı hesab olunur. Dakar rallisinin 12-qat çempionudur və son 6 ildə dalbadal bu yarışmanın qalibi olub. Hazırda bu maşınların 4-cü nəsli istehsal olunur. İlk dəfə Pajero 1976-cı ildə Tokio avtosalonunda nümayiş etdirilmişdir. O Mitsubishi Jeepin bazası əsasında yaradılmışdı. Pajero (pəˈhɛroʊ, pɑˈxɛroʊ) modeli Cənubi Argentinanın pataqoniya platosunda yaşayan pampas pişiyinin (Leopardus pajeros) şərəfinə belə adlandırılmışdır.
Mitsubishi
Mitsubişi — Yaponiyada ilk seriyalı avtomobil istehsalçısı. == Haqqında == Hər şey 1870-ci illərdə başladı.Gənc sahibkar İvasaki Yataro Tsukomo Şokai adlı kiçik paroxod şirkətinin əsasını qoydu və 1875-ci ildə adı bir neçə dəfə dəyişildikdən sonra o, "Mitsubishi Mail Steamship Company" ("Mitsubishi" potç paroxod şirkəti) adlandırılmağa başladı – hazırkı bütün müasir "Mitsubishi" şirkətlərinin əcdadı bu cür yarandı. İvasaki ailəsi "Mitsubishi" şirkətinin sahibi idi və onu idarə edirdi. Fəaliyyət sahəsi sürətlə inkişaf edən şirkət müharibəyə qədər Yaponiyada (II Dünya müharibəsinə qədər) ən böyük və güclü müxtəlifcəhətli şirkətlərdən birinə çevrildi. 1945-ci ilin sonu üçün "Mitsubishi" gəmiçikliklə yanaşı,gəmiqayırma,bank fəaliyyəti,nəqliyyət xidmətləri,faydalı qazıntıların hasilatı,daşınmaz əmlakla əməliyyatlar,kimya istehsalı və bir çox digər fəaliyyət növləri ilə məşğul olmağa başladı. İvasaki sahibkarlar ailəsindəki yapon həssaslığı,ntizam və kəskin məsuliyyət hissi "Mitsubishi" şirkətlərində bu günədək qorunub saxlanılır."Mitsubishi"nin avtomobil istehsalçısı kimi bərqərar olduğu iyirmi il ərzində bütün idərəedicilər yeniliklər yaratmaq,təzə texnologiyaları o vaxtlar yaranmaqda olan Yaponiya sənayesində tətbiq etmək təşəbbüsünə yönəldilmişdi. Bu təşəbbüs "Model-A" tarixi minik avtomobilindən başlayıb.4 il ərzində istehsal edilən bu avtomobil cəmiyyət tərəfindən o qədər yüksək qiymətləndirilib ki,1922-ci ildə o,Yaponiya Sənaye sərgisinin eksponatına çevrilib."Model-A" "Mitsubishi"yə Yaponiyanın başlıca avtomobil istehsalçılarından biri kimi bərqərar olmaqda kömək edib. 1918-ci ilin əvvəlində "Mitsubishi" özünün ilk yük maşınını, eksperimental T1 modelini yaradır.T1 yük maşını Yaponiya hökumətinin sponsorluq etdiyi 1000-kilometrlik testdən uğurla keçir və öz konstruksiyasının uzunömürlüyünü və etibarlığını təsdiq edir.Mitsubishi" üçün 1931-ci il avtomobilqayırma sahəsində ilk böyük sıçrayış ili oldu – "Mitsubishi" kollektivi Yaponiyada avtomobil nəqliyyatı üçün ilk dizel mühərriki (yanacağın bilavasitə vurulması sisteminə malik, gücü 70 a.g. olan 450AD modeli) yaratdı.Bir ildən sonra ilk, o vaxtlar üçün ən böyük və güclü, "Fuso" yük şöbəsinin bütün dünyada məşhur avtomobillərinin əcdadı olan "Mitsubishi" avtobusu (B46) buraxılır. 1930-cı illərdəki sıçrayış xüsusilə hissolunan idi."Mitsubishi" yeni ideyaları, işləmələri tətbiq edir ki,onların çoxu Yaponiyanın avtomobil sənayesində ilk dəfə tətbiq edilir.Onlardan ən əhəmiyyətlisi bunlar idi: tamötürücülü sərnişin avtomobilinin prototipi PX33 (1934-cü il), dizel avtobusları BD46 və BD43 (1935-ci il),forkameralı dizel SHT6 və dizel mühərrikinə malik TD45 yük maşını.
Mitsubishi A6M
Mitsubishi A6M (yap. 零式艦上戦闘機 Rei Shiki Kanjō Sentōki) təyyarə gəmiləri üçün hazırlanmış, II. Dünya Müharibəsində Yaponlar tərəfindən çox effektiv şəkildə istifadə edilmiş altdan tək qanadlı, tək pilotlu, yüngül qırıcı təyyarə. 1940 ilə 1945 illəri arası Yapon İmperiyası Dəniz Qüvvələrinə xidmət etmişlər. Möhtəşəm manevr qabiliyyətləri və uçuş məsafəsinin yüksək olması səbəbindən II. Dünya Müharibəsinin ən məşhur təyyarələrindən biri olmuşdur. Avqust 1945-ci ilə qədər 10.500-dən çox "A6m Zero" istehsal olunmuşdur.
Mitsubishi Galant
Mitsubishi Galant — Mitsubishi avtomobil şirkəti tərəfindən 1969-cu ildən buraxılan avtomobil. Adı fransız dilində fr. Galant sözündən götürülüb və mənası "cəngavər" deməkdir. Bu modelin 9 müxtəlif nəsli yaradılıb və indiyədək onların ümumi satışının həcmi 5 milyonu ötüb. Model ilk olaraq kompakt sedan banı ilə buraxılıb. Vaxtaşırı dəyişdirilərək orta ölçülü avtomobil formasına gətirilib. İlk olaraq avtomobillər Yaponiyada buraxılırdı, 1994-cü ildən isə ABŞ bazarlarında İllinoys ştatında yerləşən Diamond-Star Motors (DSM) zavodunun istehsalı olan avtomobillər satılır.
Mitsubishi Lancer
Mitsubishi Lancer — Yapon avtomobil istehsalçısı Mitsubishi tərəfindən 1973-cü ildən bu günə kimi istehsal olunan sedan. Digər adları: Colt Lancer, Dodge/Plymouth Colt, Chrysler Valiant Lancer, Chrysler Lancer, Eagle Summit, Hindustan Lancer, Soueast Lioncel, Mitsubishi Carisma, Galant Fortis. Modelin adı "lance" (nizə, cida) adlanan döyüş alətindən istifadə edən əsgərlərdən irəli gəlir.
Mitsubishi Ki-15
Ki-15 - birmühərrikli qırıcı təyyarə. Metal konstruksiyalı müdafiə istehkamlarını dağıdılması məqsədilə yaradılıb. Fumixiko Kono, Tomio Kubonun və Sokiçi Mizumonun rəhbərliyi altında yaradılıb. İlk uçuşu 1936-cı ilin mayında həyata keçirilib. Silahlı qüvvələrin istifadəsinə 1937-ci ilin sonunda verilib.
Mitsubishi Ki-46
Ki-46 — ikimühərrikli qırıcı təyyarəsi. Metal konstruksiyalı müdafiə istehkamlarını dağıdılması məqsədilə yaradılıb. Tomio Kubonun rəhbərliyi altında yaradılıb. İlk uçuşu 1939-cu ilin noyabrında həyata keçirilib. Silahlı qüvvələrin istifadəsinə 1939-cu ilin sonlarında verilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2011 ••• 0.09
2012 •••••••••••••••••••• 0.60
2014 •••••• 0.17

Oxşar sözlər

#mitsubishi-pajero nədir? #mitsubishi-pajero sözünün mənası #mitsubishi-pajero nə deməkdir? #mitsubishi-pajero sözünün izahı #mitsubishi-pajero sözünün yazılışı #mitsubishi-pajero necə yazılır? #mitsubishi-pajero sözünün düzgün yazılışı #mitsubishi-pajero leksik mənası #mitsubishi-pajero sözünün sinonimi #mitsubishi-pajero sözünün yaxın mənalı sözlər #mitsubishi-pajero sözünün əks mənası #mitsubishi-pajero sözünün etimologiyası #mitsubishi-pajero sözünün orfoqrafiyası #mitsubishi-pajero rusca #mitsubishi-pajero inglisça #mitsubishi-pajero fransızca #mitsubishi-pajero sözünün istifadəsi #sözlük