modal sözü azərbaycan dilində

modal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • modal • 87.6923%
  • Modal • 9.2308%
  • MODAL • 3.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Modal analiz
Modal analiz — ölçmə texnologiyasında maşın sistemlərinin məxsusi tezlik halını təyin etmək üçün tətbiq olunan sınaq-analitik üsuldur. Bu üsul məcburi mexaniki yırğalanmaların ölçülməsi və analizi əsasında sınaq yolu ilə maşınların dinamiki xassələrinin araşdırılmasında geniş tətbiq edilir. == Mahiyyəti == Hesabi modal analizi, strukturu və model parametrləri əvvəlcədən məlum xətti əvəzləyici modelə əsaslanır. Modelin yaradılmasında həndəsəsi sadə olan cismlərdən: tir, dairəvi lövhə, dördbücaqlı lövhənin məxsusi tezliyi və yırğalanma forması əsas götürülür. Kompleks maşın sistemi bu sadə elementlərdən istifadə olunaraq modelləşdirilir və sistemin kütlə, sərtlik və titrəməsöndürmə matrisaları yaradılır. Məxsusi çevrəvi tezliklər, modal titrəməsöndürmə və məxsusi vektorlar kimi modal parametrlər analitik və ya ədədi üsulla həll olunaraq təyin edilir. Modal sözü də məxsusi vektorun ingilis dilində mənasını ifadə edir. Sınaq yolu ilə aparılan modal analizində modal kəmiyyətlər maşının yırğalanması zamanı ölçülən kəmiyyətlər əsasında tapılır. Bu halda xətti sistemin bütün xassələrinin ötürmə funksiyasında nəzərə alındığı hesab olunur. Belə ki, bu üsul iki hissəyə bölünür: Ötürücü funksiyanın ölçülməsi, Ötürücü funksiyanı qiymətləndirilməsi.Ötürücü funksiyanın təyin edilməsi üçün maşının seçilmiş yerinə impuls çəkici ilə zərbə endirilərək sistem məcburi həyacanlandırılır.
Modal sözlər
Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === Güman və şübhə bildirən modal sözlər === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Modal söz
Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === Güman və şübhə bildirən modal sözlər === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Modal dialoq boksu
Modal dialoq boksu ( ing. modal dialog box, ru. модальное диалоговое окно) - qrafik istifadəçi interfeysində (GUI): bu dialoq boksunu (pəncərəsini) qapadanadək istifadəçinin ana proqramla işini bloklayan dialoq boksu (DIALOG BOX). Modal dialoq bokslarından, adətən, aşağıdakı hallarda istifadə olunur: • İstifadəçinin hansısa informasiyanı daxil etməsi tələb olunduqda; bu, sadəcə, “hə/yox” cavabı da ola bilər, ana proqramın işini davam etdirməsi üçün çoxlu sayda verilənlər də. • İstifadəçinin diqqətini mühüm bir şeyə cəlb etdikdə; erqonomika mütəxəssisləri bu variantı tez-tez tənqid edirlər, çünki proqramın bütövlükdə işini bloklamaq üçün nadir hallarda tam əsas olur. Ancaq bu variantdan yenə də istifadə olunur, çünki proqramlaşdırma baxımından onun reallaşdırılması daha asandır. • İstifadəçiyə, onun yerinə yetirdiyi əməliyyatın ləğv edilməsinin mümkünsüzlüyünü göstərmək və həmin əməliyyatı təsdiqləmək tələb olunduqda. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modallıq
Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktik və problematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2009 •••••••••• 0.32
2011 ••••• 0.17
2012 •••••••••••••••••••• 0.69
2013 ••••• 0.15
2016 •••••• 0.17
2017 •••••••••• 0.33
2018 ••••••••• 0.30
2019 ••••• 0.14
2020 •••• 0.13

modal sözünün leksik mənası və izahı

modal sözünün rus dilinə tərcüməsi

  • 1 прил. лингв. модальный (выражающий модальность). Modal sözlər модальные слова, modal feillər модальные глаголы

    Azərbaycanca-rusca lüğət / modal

modal sözünün fransız dilinə tərcüməsi

modal sözünün ləzgi dilinə tərcüməsi

"modal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#modal nədir? #modal sözünün mənası #modal nə deməkdir? #modal sözünün izahı #modal sözünün yazılışı #modal necə yazılır? #modal sözünün düzgün yazılışı #modal leksik mənası #modal sözünün sinonimi #modal sözünün yaxın mənalı sözlər #modal sözünün əks mənası #modal sözünün etimologiyası #modal sözünün orfoqrafiyası #modal rusca #modal inglisça #modal fransızca #modal sözünün istifadəsi #sözlük