Mollayev sözü azərbaycan dilində

Mollayev

Yazılış

  • Mollayev • 97.2973%
  • MOLLAYEV • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İbrahim Mollayev
İbrahim Mollayev( tam adı:Mollayev İbrahim Abbas oğlu;1 aprel 1930, Azərbaycan SSR və ya Naxçıvan MSSR – 25 fevral 1997, Naxçıvan) — pedaqoq,Pedaqogika elmləri doktoru,professor Mollayev İbrahim Abbas oğlu 1 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 25 fevral 1997-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan Müəllimlər İnstitutunu,1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1953-67-ci illərdə Naxçıvan şəhər orta məktəblərində müəllim, tədris işləri üzrə direktor müavini, Naxçıvan MSSR Maarif Nazirliyində məktəb inspketoru işləmişdir. 1968-ci ildən ömrünün sonunadək (1997) Naxçıvan Dövlət Universitetində çalışmış,pedaqogika və psixologiya kafedrasının müdiri olmuşdur. Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın, 4 kitabın, 100-ə yaxın elmi məqalənin, 8 metodik vəsaitin müəllidir. Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığını ilk dəfə tədqiq edib. 1986-cı ildə Pedaqogika elmləri doktoru, 1988-ci ildə professor adına alıb. M.T.Sidqinin pedaqoji görüşləri, Bakı,1997. Azərbaycan Respublikasının qabaqcıq maarif xadimi Naxçıvan Ensiklopediyası.
İslam Mollayev
İslam Şəmsəddin oğlu Mollayev (18 yanvar 1996; Püştətala, Balakən rayonu — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İslam Mollayev 1996-cı il yanvarın 18-də Balakən rayonunun Püştətala kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. İslam Mollayev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İslam Mollayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. İslam Mollayev oktyabrın 13-də Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Manə Mollayeva
Manə Mollayeva (19 mart 1998, Zaqatala) – azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi"nin və Azərbaycanın qadınlardan ibarət a milli yığmasının müdafiəçisi. Futbolla 12 yaşından etibarən məşğul olur. Ailə həyatı qurub. Manə Mollayeva "Zaqatala" klubu ilə, U13 liqasında 48 qol ataraq, bombardir olub. 2015–2016-cı ildə "Qəbələ" klubunda çıxış edib. 2018-ci ildə "Kubanoçka" klubunda forma geyinirdi. O, Rusiya Premyer Liqasında debüt matçını 8 avqust 2017-ci ildə Ryazan-VDV klubuna qarşı keçirib. O, ilk iki mövsümdə yüksək liqada cəmi 19 oyun keçirib. Manə Mollayeva birinci liqada "Kubanoçka"nın gənclərdən ibarət komandasında da çıxış edib və 2018-ci ildə 14 turda 4 sarı və 1 qırmızı vərəqə ilə əsas liqanın ən kobud oyunçusu oldu.

"mollayev" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mollayev nədir? #mollayev sözünün mənası #mollayev nə deməkdir? #mollayev sözünün izahı #mollayev sözünün yazılışı #mollayev necə yazılır? #mollayev sözünün düzgün yazılışı #mollayev leksik mənası #mollayev sözünün sinonimi #mollayev sözünün yaxın mənalı sözlər #mollayev sözünün əks mənası #mollayev sözünün etimologiyası #mollayev sözünün orfoqrafiyası #mollayev rusca #mollayev inglisça #mollayev fransızca #mollayev sözünün istifadəsi #sözlük