Molotov sözü azərbaycan dilində

Molotov

Yazılış

  • Molotov • 83.0735%
  • molotov • 16.9265%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Molotov kokteyli
Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka. Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur. Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.
Molotov rayonu
Qaradağ — Bakının rayonlarından biri. == Tarixi == Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. == İnzibati vahidləri == Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Vyaçeslav Molotov
Vyaçeslav Mixayloviç Molotov (əsl soyadı Skryabin; 25 fevral (9 mart) 1890-cı il, Kukarka, Vyatsk quberniyası, Rusiya imperiyası – 8 noyabr 1986-cı il, Moskva) — SSRİ dövlət və siyasi xadimi. SSRİ Xalq Komissarları Sovetinin Sədri (1930 – 1941-ci illər), 1939—1949 və 1953—1956-cı illərdə xarici işlər xalq komissarı (sonradan naziri). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (29.11.1946, 26.03.1959-cu il tarixində ləğv edilib). Sosialist Əməyi Qəhrəmanı (1943). 1906-cı ildən Kommunist(bolşeviklər) partiyasının üzvü (1962-ci ildə xaric edilib, 1984-cü ildə bərpa edilib), partiya Mərkəzi Komitəsinin üzvü (1921—1957, 1920-ci ildə üzvlüyə namizəd), MK Siyasi Büro üzvü (Rəyasət Heyəti) 01.01.1926-dən 29.06.1957-ci ilədək (üzvlüyə namizəd 16.03.1921). I-IV çağırış SSRİ Ali Sovetinin deputatı (1937—1958). == Həmçinin bax == Molotov kokteyli == Mənbə == Запись беседы Народного комиссара иностранных дел СССР В. М. Молотова с послом Японии в СССР С. Того на сайте "Руниверс" Биографии Молотова на сайте "Хронос" Ф. Чуев. Сто сорок бесед с Вячеславом Молотовым Жорес Медведев Соломон Лозовский, Полина Жемчужина и Вячеслав Молотов // Сталин и еврейская проблема.
Molotov-Ribbentrop paktı
Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi — Nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır. Paktın maddələrinə əsasən hər partiya digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünürdü. Gizli protokolda Litvanin Vilnoya olan maraqları da tanınırdı, əlavə olaraq, Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Gizli protokol Nürnberq proseslərində ictimai olaraq meydana çıxana qədər sadəcə şayiə olaraq qaldı. Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.66 dəfə / 1 mln.
2005 ••• 0.67
2006 •••• 0.90
2007 0.21
2009 •••• 0.96
2010 •• 0.45
2011 ••••••• 2.06
2012 •••• 1.12
2013 •••••••••••••••••••• 5.98
2014 ••••••••••••••••• 4.98
2015 ••• 0.85
2016 ••• 0.69
2017 •••••• 1.63
2018 •• 0.45
2019 •••••••••••••• 4.03
2020 •••••• 1.59

Oxşar sözlər

#molotov nədir? #molotov sözünün mənası #molotov nə deməkdir? #molotov sözünün izahı #molotov sözünün yazılışı #molotov necə yazılır? #molotov sözünün düzgün yazılışı #molotov leksik mənası #molotov sözünün sinonimi #molotov sözünün yaxın mənalı sözlər #molotov sözünün əks mənası #molotov sözünün etimologiyası #molotov sözünün orfoqrafiyası #molotov rusca #molotov inglisça #molotov fransızca #molotov sözünün istifadəsi #sözlük