monastır sözü azərbaycan dilində

monastır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • monastır • 84.9057%
  • Monastır • 14.1509%
  • MONASTIR • 0.9434%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monastır
Monastır (yun. μοναστήριον yun. μόνος sözündən – "tək, tənha") — vahid nizamnaməsi, habelə özünə məxsus ibadət, yaşayış, təsərrüfat binalarının vahid kompleksi olan rahiblərin və ya rahibələrin dini icması. Monastırlar buddizmdə, xristianlıqda mövcuddur: Pravoslav və Katolik kilsələri, monofizit hərəkatları; Protestant xristianlıq monastizm institutların quruluşunu rədd edir və monastırları tanımır. III əsrdən bəri, xristianlığın sürətlə yayılması səbəbindən xristianlar arasında həyatın şiddəti zəifləməyə başladı, asketçilər dağlardan, çöllərdən uzaq, dünyadan yaşamağa başladılar. Bu cür asketiklər hermit və səhraçılar adlanırdı və monastır həyatının əsas prinsiplərini qoydular. Monastizmin doğulduğu yer, IV–V əsrlər səhra ataları ləqəbi ilə tanınan Misirdir. Onlardan biri, Böyük Paxomi, ilk birləşmiş monastır (kinoviya) qurmuşdur. Böyük Antoni (anaxoret monastizmin banisi) ardıcıllarının ayrı-ayrı evlərini bağladı, camaatı bir divar ilə hasarladı və rahiblər və günün rejimini vahid iş və dua növbəsinə əsaslanaraq nizam qaydaları hazırladı. Monastırı üçün Paxomi ilk monastır nizamnaməsini (318-ci il) yazdı.
Manasiya (monastır)
Manasiya monastırı (serb. Манастир Манасија) və ya Resava (serb-kiril. Ресава) ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri ilə məşhur idi. Manasiya kompleksi 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 2010-cu ildə UNESCO-nun ehtiyatda olan ümumdünya irsi siyahısına daxil edilmişdir.
Monastır (Tunis)
Monastır (المـنسـتير: Ərəb dili al-munastîr, Latın dili monasterium) — Tunisdə bir şəhər və turizm mərkəzidir. Eyni zamanda ənənəvi bir balıqçılıq mərkəzidir. 2004-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 41,400-dir. Monastır vilayətinin mərkəzidir.
Monastır (dəqiqləşdirmə)
Monastır — rahibələrin dini icması. Monastır (Şimali Makedoniya) — Şimali Makedoniyada şəhər. Monastır (Tunis) — Tunisdə şəhər.
Keşikçidağ monastır kompleksi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Monastır məktəbi
Monastır məktəbi (lat. Scholae monasticae) — VI–VIII əsrlərdə xristianlığın yaranması ilə Bizansda və Qərbi Avropada yaranmış məktəblər. Qafqazda ilk monastır məktəbləri V–VI əsrlərdə Gürcüstan və Ermənistanda meydana gəlmişdir. Qədim Rusiyada monastır məktəbləri, əsasən, ibtidai məktəblər idi. Müasir katolik monastırlarının bəzilərində monastır məktəbləri indi də fəaliyyət göstərir.
Monastır məscidi
Mustafa Çavuş Məscidi, əvvəllər Müqəddəs Menodora, Metrodora və Nimfodora şəhidləri Monastırı (Yunanca: Μονῆ τῶν Άγίων Μηνοδώρας, Μητροδώρας καὶ Νυμφοδώρας), Kyra Martha Monastırı (Μονῆ τἠς Κυράς Μάρθας) olaraq da tanınır, İstanbulun Fateh regionunda Topqapı istiqamətində olan Osmanlılar tərəfindən məscidə çevrilmiş çevrilmiş Ortodoks kilsəsidir.
Studenitsa (monastır)
Studenitsa monastırı (serb. Манастир Студеница) ― Serbiyada 12-ci əsr aid Serb Pravoslav monastırı. Ən böyük və zəngin Serb Pravoslav monastırlarından biridir. Monastır 1190-cı ildə orta əsr Serb dövlətinin qurucusu Stefan Nemanya tərəfindən tikdirilmişdir. Studenitsa monastırı ən çox Bizans üslubundakı 13 və 14-cü əsrlərə aid freska kolleksiyası ilə tanınır. Studenitsa monastırı 1979-cu ildə "istisna əhəmiyyətli mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Müqəddəs Məryəmə həsr olunmuş Studenitsa monastırı bütün serb məbədlərinin ana-kilsəsidir. Tikili olduqca uzun müddət ərzində tikilmişdir. İşlərin birinci mərhələsi 1196-cı ilin yazında, Stefan Nemanya taxtdan imtina edərək monastırda əhd götürdükdən sonra başa çatdı.
Qırmızı monastır
Qırmızı monastır və ya Müqəddəs Qriqor monastırı – Kəlbəcər rayonunun Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastır. Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qırmızı monastır ərazisi epiqrafik yazılarla zəngindir. Monastır ərazisindəki kitabələrdən on səkkizi müxtəlif dövrlərdə erməni tədqiqatçılar tərəfindən oxunmuş və nəşr edilmişdir. Kitabələr kilsə və narteksin divarlarına toxunmuş xüsusi daş lövhələrdə, həmçinin portal timpanlarında və xaçdaşlarda qeydə alınmışdır. Həmin kitabələr abidənin ina tarixi ilə bağlı məlumat verməklə yanaşı, həm də özündə Yuxarı Xaçın knyazlarının qarşılıqlı münasibətləri, ərazinin sosial-iqtisadi və siyasi mühiti haqqında dəyərli informasiyaları saxlayır. Abidənin inşa kitabəsi 16 sətirdən ibarət olmaqla, ensiz uzun daş üzərində yazılmış və əsas kilsə binasının şimal divarına hörülmüşdür. Kitabədə deyilir: “673-cü ilin yayında (miladi 1224) mən, Vaxtanqın oğlu, Həsənin qardaşı bu kilsəni tikdirdim və Çakedə saldırdığım bağla birlikdə oğlum Qriqorun xidmətinə verdim ki, ruhumu xilas edim.” Kilsənin cənub divarına hörülmüş ikinci inşaat kitabəsində isə kilsənin başqa bir tarixdə və başqa bir sifariş əsasında tikildiyi göstərilir. 13 sətirlik həmin kitabədə deyilir: “708-ci ilin yayında (miladi 1259) mən, ter Qriqor, Amaras yepiskopu, müqəddəs qardaşlığa qoşuldum və kilsəni inşa etmiş vardapetə (orta əsrlərdə memarlar üçün fəxri titul) ödəniş etdim. Monastırın rahibi ter Qriqores...” Ş.Mkrtçyan qeyd edir ki, kilsənin 35 il sonra yenidən “tikilməsi” onu göstərir ki, məbəd ciddi zədələnmiş və ya o dərəcədə dağılmışdır ki, onu bərpa etdirənlər “tikdirmək” ifadəsini istifadə etməyi üstün tutmuşlar.
Arılıqbinə monastır kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Axtala monastır kompleksi
Ağtala (erm. Ախթալայի վանք; gürc. ახტალის ღვთისმშობლის მიძინების ეკლესია), həmçinin Pğindzavəng (erm. Պղնձավանք; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır.
Ağtala monastır kompleksi

Beşkilsə monastır kompleksi
Beşkilsə monastır kopleksi (erm: Խծկոնք Khtzkonk) – Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığının 25 km Cənub-Qərbində, qaya çıxıntısı üzərində inşa edilmiş möhtəşəm monastır kompleksi. == Tarixi == Kompleksə ümumilikdə hamısı qübbəli və incə şəkildə yonulmuş daşlardan inşa edilmiş beş kilsə daxil olmuşdur: Yəhya peyğəmbər kilsəsi (ermənicə Surb Karapet), Müqəddəs Məryəm ana kilsəsi (ermənicə Surb Astvatsatzin), Müqəddəs Stefanos, Müqəddəs Qriqor və Müqəddəs Sarkis kilsələri. Günümüzə onlardan yalnız Müqəddəs Sarkis kilsəsi çatmış, qalanları isə tədricən müxtəlif təbii amillərin təsiri ilə dağılmışdır. Kilsələrin kompleksə daxil olan binalardan hər hansı birinin inşa tarixini müəyyən etməyə kömək edəcək bir kitabəsi olmamışdır. Monastır XIII əsrdə monqol istilasından sonra tərk edilmişdir. 1878-ci ildə Qars bölgəsinin Çar Rusiyasının işğalı altına düşməsi ilə Beşkilsə kompleksi Erməni Qriqoryan Kilsəsinin himayəsinə verilmişdir. Bu dövrdə kompleksdə müəyyən bərpa işləri aparılmış, monastır yenidən istifadə olunmağa başlamışdır. Həmçinin Müqəddəs Sarkis kilsəsi yaxınlığında uzaqdan gələn qonaqların qalması üçün bir neçə otaqdan ibarət qonaq evi də inşa edilmişdir. Ermənilərin Osmanlı imperiyasına xəyanəti nəticəsində Qars və ətraf bölgələrdən köçürülmələri qərarı çıxarılana qədər monastır ermənilər tərəfindən istifadə edilmişdir. Köçürülmədən sonra isə bölgə hər kəs üçün qapalı elan olunmuş, kompleksin yerləşdiyi Diqor vadisinə gediş üçün isə xüsusi icazə tələb edilmişdir.
Monastır (Şimali Makedoniya)
Monastır yun. Μπίτολα/Μοναστήρι, türk. Manastır, alb. Manastiri/Manastir) və ya Bitola (mak. Битола (), bolq. Битоля, serb. Битољ) — Şimali Makedoniyanın əhalisinə görə ikinci ən böyük şəhəri. 1383-1912-ci illərdə Osmanlı dövlətin tərkibində idi (Manastır adlanırdı). Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürk 1896-1899 buradakı hərbi məktəbində oxuyurdu. Şəhər ölkənin cənub-qərbində yerləşir.
Monastır məktəbi (Bojenitsa)
Monastır məktəbi (bolq. Килийно училище) — Bolqarıstanın qərbindəki Botevqrad icmasının Bojenitsa kəndində yerləşən diqqətəlayiq yer. Botevqrad icmasının ən qədim məktəb binasıdır. Kilsə kitablarının kənarlarındakı qeydlərə görə, Bojenitsa şəhərində məktəbin tikintisindən çox əvvəl də müəllimlər var idi. Məktəbdə müntəzəm təhsil və onun ilk binası Bolqarıstan Milli Dirçəlişi dövrünə, 1806-cı ilə təsadüf edir. Məktəbin ilk müəllimi Stoyan Knezovski idi, hansı ki sonradan keşiş təyin olunmuşdur. 1835-ci ildə Müqəddəs Paraskeva kilsəsinin yaxınlığında yeni məktəb tikildi. Müəllimlərin çoxu Bojenitsa və ya ətraf kəndlərdə yaşayırdılar. Müəllimlərin əmək haqqları aşağı idi və onlar şagirdlərindən müəyyən miqdarda ərzaq alırdılar. Məktəbdə 80-100 uşaq oxuyurdu, bəziləri bura ətraf kəndlərdən gəlirdilər.
Monastır məktəbi (Bolqarıstan)
Monastır məktəbi (bolq. килийно училище) — Osmanlı hakimiyyəti dövründə Bolqarıstan ərazisində geniş yayılmış dini yönümlü ibtidai məktəb növü. XV-XVIII əsrlərdə bütün Bolqar məktəbləri monastır tipli idilər. İlk illərdə kilsələr və monastırlarda yaransalar da, sonradan özəl monastır məktəbləri peydə olmağa başladı. Məktəblərdə şagirdləri orta əsr bolqar ədəbi ənənəsinə əsaslanaraq maarifləndirirdilər. Monastır məktəblərinin müəllimləri daha çox rahiblər və keşişlər olurdu, az hallarda isə savadlı sənətkarlar və ya tacirlər idi. Müəllim hər tələbə ilə fərdi şəkildə məşğul olurdu. Dərslər yunan, kilsə slavyan və ya hər iki dildə keçirilirdi. Təhsil prosesinin məqsədi şagirdlərə oxumaq, yazmaq, kilsə nəğmələri və saymağı öyrətmək idi. Bəzən dərslər müəyyən sənətkarlıq sənətinin öyrədilməsi ilə eyni anda aparılırdı.
Qırmızı monastır (Kəlbəcər)
Qırmızı monastır və ya Müqəddəs Qriqor monastırı – Kəlbəcər rayonunun Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastır. Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qırmızı monastır ərazisi epiqrafik yazılarla zəngindir. Monastır ərazisindəki kitabələrdən on səkkizi müxtəlif dövrlərdə erməni tədqiqatçılar tərəfindən oxunmuş və nəşr edilmişdir. Kitabələr kilsə və narteksin divarlarına toxunmuş xüsusi daş lövhələrdə, həmçinin portal timpanlarında və xaçdaşlarda qeydə alınmışdır. Həmin kitabələr abidənin ina tarixi ilə bağlı məlumat verməklə yanaşı, həm də özündə Yuxarı Xaçın knyazlarının qarşılıqlı münasibətləri, ərazinin sosial-iqtisadi və siyasi mühiti haqqında dəyərli informasiyaları saxlayır. Abidənin inşa kitabəsi 16 sətirdən ibarət olmaqla, ensiz uzun daş üzərində yazılmış və əsas kilsə binasının şimal divarına hörülmüşdür. Kitabədə deyilir: “673-cü ilin yayında (miladi 1224) mən, Vaxtanqın oğlu, Həsənin qardaşı bu kilsəni tikdirdim və Çakedə saldırdığım bağla birlikdə oğlum Qriqorun xidmətinə verdim ki, ruhumu xilas edim.” Kilsənin cənub divarına hörülmüş ikinci inşaat kitabəsində isə kilsənin başqa bir tarixdə və başqa bir sifariş əsasında tikildiyi göstərilir. 13 sətirlik həmin kitabədə deyilir: “708-ci ilin yayında (miladi 1259) mən, ter Qriqor, Amaras yepiskopu, müqəddəs qardaşlığa qoşuldum və kilsəni inşa etmiş vardapetə (orta əsrlərdə memarlar üçün fəxri titul) ödəniş etdim. Monastırın rahibi ter Qriqores...” Ş.Mkrtçyan qeyd edir ki, kilsənin 35 il sonra yenidən “tikilməsi” onu göstərir ki, məbəd ciddi zədələnmiş və ya o dərəcədə dağılmışdır ki, onu bərpa etdirənlər “tikdirmək” ifadəsini istifadə etməyi üstün tutmuşlar.
Qızlar üçün monastır
Qızlar üçün monastır (gürc. წმინდა სტეფანეს მონასტერი), həmçinin Müqəddəs Stepan monastırı və ya Kusanots monastırı — Tbilisidə. İndiki dövrdə Kvemo Betlemi adını daşıyır (Aşağı Vifleyem kilsəsi). Monastırı Melik-Aşxarbek tərəfindən təsis edilib, onun atası Aslan (Xocini) Bebudyan XVII əsrdə Persiyadan Tiflisə köçmüşdür. Melik-Aşxaru 1724-cü ildə Türklərlə döyüşdə öldüyünü iddia etdi. Nadir Şahın Hindistan kampaniyasındakı bir oğlu Melik Ağa atasının işini bitirmək qərarına gəldi, qurucusu və monastır monastırı idi. İlk binanın tikintisi 1727-ci ildə tamamlandı. Əvvəlcə yalnız bir şapel tikildi. Abbess Qeyənə (1840-1875) nəzdindəki yazılarda göstərildiyi kimi yenidən qurulmuşdur. Bütün bunlardan bəhs edək ki, bütün məlumatlar 1917-ci ildə Tavad Aşxabab Bebudov tərəfindən tikilmiş əsl şapeldir.
Xudavəng monastır kompleksi
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. Həmçinin Dadivəng və Xutavəng də adlandırılır. Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir.
Yeddi kilsə monastır kompleksi
Yeddi kilsə monastır kompleksi — Qax rayonunun Ləkit Kötüklü kəndi ərazisində, indi xalq arasında "Yeddi kilsə" adı ilə məşhur olan alban monastır kompleksi, uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olmuş abidə. Məhz bununla əlaqədar olaraq bu ərazi qədim dövrlərdən "Kax", yəni dini mərkəz, din sarayı adlanır. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları vardır. Kompleks 1980-ci ildən sonra baxımsızlıqdan sürətlə dağılmağa başlamışdır. Hazırda qəzalı vəziyyətdədir. Məbədin tarixiylə bağlı kifayət qədər məlumat qorunmamışdır. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur. Belə ki, Albaniyanın Alban Arşakiləri sülaləsindən olan hökmdarı III Mömün Vaçaqanın hakimiyyətə gəldikdən sonra, sonradan Alban Həvvari Kilsəsinin katolikosu olan Müqəddəs Qriqoris in təhriki və təsiri ilə xristianlıq Qafqaz Albaniyasında rəsmi dövlət dini elan edilir. Albaniyada əsası hələ I əsrdən qoyulan xristian icması müstəqil şəkildə və geniş fəaliyyət göstərməyə başlayır. III Mömin Vaçaqanın əmri ilə ölkənin hər yerində kilsələr və monastırlar inşa edilir, dini təhsil verən məktəblər açılır.
Gelati monastırı
Gelati monastırı — Gürcüstanda ən mühüm orta əsr monastırı. Kilsənin mərkəzi və mədəni həyat, Katolikosun iqamətgahı XVI əsrin ikinci yarısından 1814-cü ilinə aiddir. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir (1994). == Tarixi == Monastır 1106-cı ildə IV Kral David tərəfindən təsis edilib və məzarı olmuşdur. Monastır 1125-ci ilə qədər inşa edilib və beş il ərzində bu, Zaqafqaziyada ən yaxşı olan mozaika ilə bəzədilmişdir. Həmin dövrdə monastır Yunanıstanın qədim yunan fəlsəfəsinə maraq göstərən Gelati Akademiyasının kreslosu idi. 13-cü əsrdə müqəddəs Nikolay və müqəddəs Georgiya kilsələrinə eyni zamanda üç qatlı zəng daxil edildi. Divaryazısı 12–18-ci əsrlərdən etibarən Gürcüstan tarixinin müxtəlif dövrlərinə aiddir; Xüsusilə təpə başlarının portretləri diqqətəlayiqdir. Əvvəllər monastırda bir çox qiymətli nişan və tətbiqi sənət əşyası yerləşirdi; Sovet dövründə onları ələ keçirmiş və muzeylərə paylanmışdı. == İstinadlar == == Ədəbiyyat == Gelati monastırı // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Geqard monastırı
Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.. Dini tikilinin tam adı Geğardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır. Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.
Gütəvəng monastırı
Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər. Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. == Tarixi == Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir.
Gəncəsər monastırı
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Havaptux monastırı
Havaptux monastırı — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırından 5 km cənubda yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsənin inşa olunma tarixi və sifarişçisi haqqında məlumat onun giriş qapısı üzərindəki timpanda yerləşdirilmiş doqquz sətirlik kitabədə qeyd edilmişdir: Digər bir kitabədə isə 1223-cü ildə kilsənin Həsən Cəlal tərəfindən bərpa etdirilməsindən bəhs edilir. == Memarlıq xüsusiyyətləri == Kompleks kilsə, narteks və kiçik sövməədən ibarətdir. Onların ətrafında dövrümüzə tam vəziyyətdə çatmamış digər tikililərin də qalıqları vardır. Kilsənin şərqində təpənin yamacında orta əsrlərə aid geniş məzarlıq vardır. Monastırın əsas kilsəsi planda düzbucaqlı formaya va tağtavana malik zal kilsələrdəndir. Kilsənin divarları kobud əhəngdaşı bloklarından hörülmüşdür. Qərb tərəfdən kilsə binasına planda kvadrat formasına malik, kiçik ölçülü, apsidasız bina birləşir. Həm kilsənin, həm də həmin binanın qapıları cənub tərəfdə olmaqla, onlar üçün ümumi olan narteksə açılır.
Horomos monastırı
Horomos monastırı — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığının 15 km şimal-şərq tərəfində yerləşən və orta əsrlərə aid erməni abidəsi. == Tarixi == Monastır Arpaçayın sahilində yerləşir və monastıra yeganə yol bu çayın sahili ilə uzanan çətin keçilən yoldur. Ani çarlığının ən mühüm dini və mədəni mərkəzlərindən biri olan bu monastırın kral I Abbasın (943–953) dövründə inşa edildiyi bildirilir. XI əsr erməni tarixçisi Stefanos Asogik monastırın qədim bir karvan yolu üzərində inşa edildiyini bildirir. Baqratilər xanədanının mərkəzinin 961-ci ildə Qarsdan Aniyə köçürülməsindən sonra Horomos monastırının əhəmiyyəti daha da artmışdır. Belə ki, Baqratilər monastırdan bir krallıq qəbrstanı kimi istifadə etməyə başlamışdılar. 982-ci ildə ərəblərin yürüşündən sonra monastır yandırılmış, lakin qısa zaman sonra yenidən bərpa edilmiş, həmçinin yeni şapel inşa edilərək istifadə edilməyə başlanmışdır. 1064-cü ildə türklərin Anini fəth etməsindən sonra monastır rahat həyatını sürməyə başlamışdır. Monastırın divarındakı 1180-ci il tarixli kitabə buranın böyük dini mərkəz olmasından bəhs edir. Horomos həmçinin XIII əsrdə Anini idarə edən gürcü mənşəli Mxraqdzeli xanədanı üçün də məzarlıq rolunu oynamışdır.
Həmşivəng monastırı
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. == Tarixi == Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. == Memarlıq xüsusiyyətləri == Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir.
Həvari Andrey monastırı
Apostola Andreya monastırı (yun. Απόστολος Ανδρέας ; türk. Apostolos Andreas Manastırı) ― Karpaz yarımadasındakı Dipkarpaz şəhərində, Kipr adasının ən şimal-şərq nöqtəsi olan Zəfər burnunun cənubunda yerləşən monastır. Monastır Həvari Andreyə həsr olunmuşdur və Kipr Pravoslav Kilsəsi üçün vacib yerdir. Həm yunan, həm də türk icmaları monastırı müqəddəs yer hesab edirlər. == Tarix == Monastırın inşasının ənənəvi hekayəsində deyilir ki, Həvari Andreyi daşıyan gəmi Müqəddəs torpaqlara səyahət edərkən yoldan çıxaraq buradakı qayalara dəyir. Sahilə çıxan Andrey və heyət qayalara toxunmuş və bir anda oradan bulaq qaynayır. Sular bir gözü kor olan gəmi kapitanının görmə qabiliyyətini bərpa edərək şəfa gücünə sahib olduğunu sübut edir. Bundan sonra ərazi ziyarət yerinə çevrilir. 12-ci əsrdə burada İsaak Komninin Şirürəkli I Riçarda təslim olması barədə danışıqlar apardığı, istehkamla əhatə olunmuş monastır mövcud idi.
Karboeyro monastırı
Karboeyro monastırı (qalis. Mosteiro de San Lourenzo de Carboeiro; isp. Monasterio de San Lorenzo de Carboeiro) — İspaniyanın Qalisiya muxtar bölgəsində yerləşən monastır. Monastır Roman memarlığı üslubunda olub özündə qotika memarlığına aid izlər də daşımaqdadır. Qalisiyanın ən görkəmli abidələrindən biridir. İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır. == Haqqında == Monastır Benedikt monastırı olub X əsrdə tikilmişdir. Ən qüdrətli zamanları XI-XIII əsrlərdir. Bu dövrdə çox yaxşı vəziyyətdə olmuşdur. XX əsrin ikinci yarısında təmir olunmuşdur.
Kataro monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Katarovəng monastırı

Keşikçidağ monastırı
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Kiçan monastırı
Kiçan monastırı – Ağdam rayonunun Ballıqaya kəndi ərazisində yerləşən tarixi monastır kompleksi. Mənbələrdə həm də Anapat monastırı (erməni dilindən tərcümədə "səhra monastırı" və ya "düzənlik monastırı") adlandırılır. Kompleksə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbristanlıq daxildir. == Tarixi == Kompleks ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aid olan xaç daşların birinin üzərində yerləşir. Bununla yanaşı Kiçan monastırında 10 kitabə oxunmuş və çap edilmişdir. Abidənin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir. Qarabağdakı xristian abidələrini tədqiq etmiş professor Şaqen Mkrtçyan isə Kiçan monastırından bəhs edərkən "onun memarlığı Artsak kilsə memarlığı üçün unikal xüsusiyyətə malikdir" deyə qeyd edir. G. Məmmədova yazır ki, Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır. Tədqiqatçı göstərir ki, nalvari apsidaları, inşa texnikası və bir sıra digər xüsusiyyətlərinə görə, bu tip kilsələr V–VII əsrlər Qafqaz Albaniyası kilsələri ilə yaxındır. Əsas kompozisiyanın mürəkkəbləşdirilməsinə cəhd, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması isə IX–XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur.
Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir. == Tarixi == Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.
Ktişvəng monastırı
Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər. Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. == Tarixi == Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir.
Lurgi monastırı
Lurgi monastırı(ing. Lurji Monastery)— Lurdzhi Manastırı (gürcü: ლურჯი მონასტერი), yəni Mavi Manastır, Gürcüstanın Tiflis şəhərinin Vere rayonunda Müqəddəs Andrey adına tikilmiş 12 -ci əsr Gürcü Ortodoks kilsəsidir. Məşhur tarixi ad lurji (mavi), şüşəli mavi plitələrlə bəzədilmiş damından gəlir. == Tarixi == Kilsə Tiflisin mərkəzi hissəsində, Vere parkında, Mtkvari'nin sağ sahilində, Vere çayının ağzının yanında yerləşir. Lurji Manastırının orijinal binası 1180 -ci illərdə Kraliça Tamaranın dövründə inşa edilmişdir. Bir cüt qübbəli sütun və uzanmış bir apsisi olan bir kubbəli çarpaz meydan idi. Orta əsr gürcü Asomtavruli yazısı ilə cənub timpanumundakı uzun bir yazı, sponsor olan Kartli keçmiş yepiskopu Vasili göstərir. Ağır ziyan görmüş kilsə, 17. əsrdə günbəzsiz üç koridorlu kərpic bazilika kimi yenidən inşa edilmişdir. 18 -ci əsrdə kilsə Gabashvili zadəgan ailəsinə aid idi.
Markov monastırı
Markov Manastırı (mk. və serb. Марков Манастир, Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bulqarlar Markov monastırının öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər. Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır. Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur. == Memarlıq xüsusiyyətləri == Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir. Kilsənin sahəsi 10 x 16 metrdir.
Martvili monastırı
Martvili monastırı (gürc. მარტვილის მონასტერი) - Gürcüstanın Sameqrelo-Zemo Svaneti inzibati ərazisində yerləşən Martvili bələdiyyəsinin mərkəzindəki gürcü monastır kompleksidir. Ərazidəki ən hündür təpədə yerləşir və stratejik cəhətdən böyük önəm daşıyır. Konvensiya binalar kompleksinə Gücləndirmə Kafedralı, Siqvani kilsəsi, zəng qülləsi, istehkam divarı, bir məbəd və digər tikililər daxildir. VII əsrə aiddir və X əsr əsrdə yenidən qurulmuşdur. Gürcüstan Mədəni İrsinin daşınmaz abidəsi olaraq tanınır. == Tarixi == Bu gün monastırın olduğu ərazidəki təpəlik ərazi qədim zamanlarda "paqan mədəni mərkəzi" olaraq istifadə edilən müqəddəs bir ərazi idi. Bölgədə əvvəllər məhsuldarlıq və rifah məbədi olaraq ibadət edilən çox böyük və qoca bir şam ağacı var idi. Bu ərazidə yeni doğulan və ya azyaşlı uşaqların qurban edildiyi düşünülür. Əhalinin xristianlaşmasından sonra ağac əhalinin ibadət etməməsi üçün kəsildi.
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır. Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır. Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür.
Mileşeva monastırı
Mileşeva monastırı (serb-kiril. Манастир Милешева) ― Serbiyanın cənub-qərbində yerləşən Serb Provaslav monastırı. 1234-1236-cı illərdə kral Stefan Vladislav tərəfindən qurulmuşdur. Kilsə o dövrün ən bacarıqlı sənətkarlarının Serb mədəniyyətinin ən məşhurlarından biri olan Məsihin qəbrində mələyi təsvir edən "Ağ mələk "in də daxil olduğu müxtəlif freskalarına malikdir. Mileşeva monastırı 1234-1236-cı illər arasında Serbiya kralı Vladislav tərəfindən qurulmuşdur. Monastır eyni adlı çayın sahilində yerləşir. Mileşeva Serbiyanın ən vacib ziyarətgahlarından və mənəvi mərkəzlərindən biridir. 1236-cı ildə Vladislavın əmisi Müqəddəs Savanın qəbri Bolqarıstanın Trnovo şəhərindən Mileşevaya gətirildi. Bəzi tarixçilər I Tvrtkonun Serbiya və Bosniya kralı elan edildiyi tacqoyma mərasiminin 1377-ci ildə Mileşevada baş verdiyinə inanır. 1459-cu ildə Osmanlılar monastırı yandırsa da,[mənbə göstərin] tikili tezliklə bərpa edildi.

monastır sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. Rahib və ya rahibələrin, torpaq və kapitala malik kilsə – təsərrüfat təşkilatından ibarət dini icması. Kişi monastırı. Qadın monastırı. – Çünki həp bəhs edər manastırdan; Ərə getmək ölümdür onca, inan!… H.Cavid. 2. Bu icmaya məxsus kilsə, yaşayış binaları və ərazi.

    Azərbaycan dilinin izahlı lüğəti / monastır

monastır sözünün sinonimləri (yaxın mənalı sözlər)

monastır sözünün rus dilinə tərcüməsi

  • 1 1. монастырь; 2. монастырский;

    Azərbaycanca-rusca lüğət / monastır
  • 2 I сущ. монастырь: 1. религиозная община монахов или монахинь, представляющая собой церковно-хозяйственную организацию. Monastıra getmək идти, уйти в монастырь 2. церковь, жилые помещения и территория, принадлежащие такой общине II прил. монастырский. Monastır məktəbi монастырская школа, monastır mülkiyyəti монастырская собственность, monastır nizamnaməsi монастырский устав

    Azərbaycanca-rusca lüğət / monastır

monastır sözünün inglis dilinə tərcüməsi

monastır sözünün fransız dilinə tərcüməsi

monastır sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] монастырь (1. монахрин ва я монашкайрин чпихъ чилер, капитал авай килиса ¬тесерруфат тешкилатдикай ибарат ижма; qadın monastırı дишегьлийрин монастырь; 2. гьа ижмадиз махсус килиса, чилер ва дараматар).

    Azərbaycanca-ləzgicə lüğəti / monastır

"monastır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#monastır nədir? #monastır sözünün mənası #monastır nə deməkdir? #monastır sözünün izahı #monastır sözünün yazılışı #monastır necə yazılır? #monastır sözünün düzgün yazılışı #monastır leksik mənası #monastır sözünün sinonimi #monastır sözünün yaxın mənalı sözlər #monastır sözünün əks mənası #monastır sözünün etimologiyası #monastır sözünün orfoqrafiyası #monastır rusca #monastır inglisça #monastır fransızca #monastır sözünün istifadəsi #sözlük