monometallizm sözü azərbaycan dilində

monometallizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • monometallizm • 66.6667%
  • Monometallizm • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monometallizm
Monometallizm (yunan. "monos" – "bir", "tək", "metallon", – "şaxta", mədən" deməkdir) – bu pul sistemində bir metal ümumi ekvivalent rolunu oynayır, tədavüldə bu metaldan hazırlanmış sikkələr və ya onunla dəyişdirilə bilən pul nişanları dövr edir. Bu halda pul tədavülü sahəsində başqa metallardan hazırlanmış sikkələr, əskinaslar, digər tədavül vasitələri də ola bilər, lakin pul sistemində yalnız bir metal hakim mövqe tutur və ona münasibətdə dəqiq prioritetlər müəyyən edilir: a) başqa metallardan hazırlanan sikkələr qapalı şəraitdə zərb edilməli olduğu halda sərbəst pul kəsilməsi qaydası yalnız bu metal üçün müəyyən edilir; b) bu metaldan hazırlanan sikkələr qeyri-məhdud miqdarda qanuni tədiyyə vasitəsi qüvvəsinə malik olur və eyni zamanda başqa metallardan hazırlanmış sikkələrin tədiyyə qüvvəsi məhdudlaşdırılır; c) başqa metallardan olan sikkələrin və əskinaslarınhakim metaldan hazırlanmış sikkələrlə sərbəst mübadilə edilməsi qaydası müəyyən olunur. Hakim metal rolunda hansı metalın çıxış etməsindən asılı olaraq mis, gümüş və qızıl monometallizmini fərqləndirirlər. Mis monometallizmi bizim eradan əvvəl V–III əsrlərdə Qədim Romada; gümüş monometallizmi 1843–1852-ci illərdə Rusiyada, 1847–1875-ci illərdə Hollandiyada, 1852–1893-cü illərdə Hindistanda mövcud olmuşdur. Qızıl monometallizmi daha geniş yayılmışdır. XVIII əsrin axırlarında Böyük Britaniyada yaranmış qızıl monometallizmi XX əsrin əvvəllərin qədər demək olar ki, hər yerdə – bütün Avropada, ABŞ-də və başqa ölkələrdə bərqərar olmuşdur. Qızıl monometallizmin klassik forması – qızıl sikkə standartı sistemidir. Bu sistemin səciyyəvi cəhətləri: pul vahidinin tərkibi müəyyən və dəyişməz olmaqla qızıl sikkələrin sərbəst zərb edilməsi; dəyər nişanlarının qızıl sikkələrlə sərbəst mübadilə edilməsi; qızılın ölkələr arasında sərbəst hərəkəti (onun idxalının və ixracının sərbəst olması). 1914–1918-ci illərdə Birinci Dünya Müharibəsindən sonra dünya qızıl ehtiyatlarının qeyri-bərabər paylanmasının kəskinləşməsi, bir sıra ölkələrdə pul dövriyyəsinin qızıl bazasının məhdudlaşması, eləcə də dövlətlərin öz qızıl ehtiyatlarını hərbi maliyyə resursları kimi mərkəzləşdirmək cəhdləri bununla nəticələndi ki, 1924–1928-ci illərdə qızıl monometallizmin yeni formaları yarandı: a) qızıl-külçəstandartı.

monometallizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. монометаллизм (денежная система, при которой в основу денежного обращения положен один металл)

    Azərbaycanca-rusca lüğət / monometallizm

Oxşar sözlər

#monometallizm nədir? #monometallizm sözünün mənası #monometallizm nə deməkdir? #monometallizm sözünün izahı #monometallizm sözünün yazılışı #monometallizm necə yazılır? #monometallizm sözünün düzgün yazılışı #monometallizm leksik mənası #monometallizm sözünün sinonimi #monometallizm sözünün yaxın mənalı sözlər #monometallizm sözünün əks mənası #monometallizm sözünün etimologiyası #monometallizm sözünün orfoqrafiyası #monometallizm rusca #monometallizm inglisça #monometallizm fransızca #monometallizm sözünün istifadəsi #sözlük