monqolların sözü azərbaycan dilində

monqolların

Yazılış

  • monqolların • 76.5432%
  • Monqolların • 23.4568%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monqolların Azərbaycana yürüşləri
Monqolların Azərbaycana ilk yürüşü
Monqolların Fələstin yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. == Yürüş hazırlığı == 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. == Qoşunların sayı == Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Monqolların Fələstinə yürüşü

Monqolların Xarəzmə yürüşü
Monqolların Xarəzmə yürüşü—1219–1221-ci illərdə baş vermiş monqol fütuhatı. == Tarixi == 1156-cı ildə Əlaəddin Atsız vəfat etdi. Onun varisləri El Arslan və oğlu Təkəş Xarəzmin müstəqilliyinə nail oldular. Səlcuq sultanlığı və Qaraxanilər dövləti süqut etdiyindən yeganə təhlükə qoşununun El Arslanı öldürdüyü Kidan dövləti idi. 1174-cü ildə Təkəş Cənubi Xorasanı tutdu və onun hakimi Müəyyid Ay-Abanı öldürdü. Onun oğlu Təkəşin vassalığını qəbul etdi. Təkəş 1187-ci ildə Nişapura, 1192-ci ildə Reyə, 1193-cü ildə Mərvə yürüş etdi. O, 3 iyul 1200-cü ildə vəfat etdi və hakimiyyətə oğlu Əlaəddin Məhəmməd gəldi. O, dövlətin ərazisini genişləndirib Xorasanın bir hissəsini geri qaytardı, Buxaranı Xarəzmə birləşdirdi, 1212-ci ildə qarakitaylara son qoyub Sistanı, Kirmanı, Təbəristanı, Azərbaycanı, Arranı özünə tabe etdi. Çingiz xan Xarəzmin işğalını planlaşdırırdı.
Monqolların Yaponiya yürüşləri
Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri. == Ümumi məlumat == XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər. Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idi. Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Monqolların Çərkəzistana yürüşləri
Monqolların Çərkəzistana yürüşləri — Monqol imperiyası və Qızıl Ordanın Çərkəzistan ərazisinə yürüşləri. XIII–XIV əsrlərdə monqollar Çərkəzistan ərazisinə kütləvi basqınlara başlamışdılar. 1253-cü ildə Qafqaza səyahət edən Villem Rubruk yazırdı ki, monqol ordusunun beşdə biri o dövrdə çərkəzlərin müqavimətini darmadağın etmək işinə həsr edilmiş olmasına baxmayaraq, çərkəzlər heç vaxt "monqol hökmranlığına boyun əyməmişdilər". Çərkəzlər həm meşələrdən, həm də dağlardan istifadə edərək azadlıqlarını müəyyən qədər qoruyub saxlamış, uğurlu partizan müharibəsi aparmışdılar. == Zəmin == Qərbi Avropanın son orta əsrlərində Qafqaz monqollar və onların türk vassalları tərəfindən işğal edildi. Monqol qoşunlarının Qafqazda ilk peyda olması 1220-1222-ci illər arasında kəşfiyyatçıların gəlişi oldu Qıpçaq türk xalqları – bəziləri Çingiz xanın gələcək qohumlarına çevrilmiş – Terek çayının münbit çay vadiləri də daxil olmaqla, daha da Cənub və Qərbə ( xəzərlərin süqutundan sonra davam edən proses) əraziləri zəbt edib məskunlaşırdılar. Kuban . 1230-cu illərdə monqollar qıpçaqlar üzərində hökmranlıq əldə edərək onları vassala çevirdilər. Çərkəzlər monqolların gəlişindən əvvəl Kuban çayının şimalında və cənubunda hökmranlıq edirdilər. == Yürüşlər == 1237-ci ildə Şimali Qafqaza hücum başlamışdı.
Monqolların Azərbaycana III yürüşü
Monqolların Azərbaycana III və sonuncu yürüşü == Monqolların hücumu ərəfəsində Azərbaycanda siyasi durum == Bu dövrdə Azərbaycanı Ali Monqol Xaqanlarının canişinləri idarə edirdi(1231-1256). == Monqolların III yürüşü == Yürüşə böyük xaqan Münkenin qardaşı Hülakü xan başçılıq edirdi.Münke xan Orta Şərqdə işğal etdikləri ərazilərdə daha da möhkəmlənmək,hələ də müstəqilyini saxlayan feodalları tabe etmək və yeni torpaqlar əldə etmək üçün Hülakü xanı böyük qoşunla yürüşə yolladı.Hülakü xan 1256-cı ildə Azərbaycan(Cənubi Azərbaycan) və Aranı(Şimali Azərbaycan) ələ keçirdi.1258-ci ildə monqollar Bağdadı işğal etdilər.Xəlifə Əl-Mötəsim Billah edam edildi və bununla Abbasilər xilafətinin varlığına son qoyuldu. == Nəticələr == Hülakü xan bu yürüşlərdən sonra yeni dövlətin əsasını qoydu.Bu dövlət tarixdə Hülakülər və Elxanilər adı tanınır.Azərbaycan imperiyanın əsas vilayəti sayılırdı.Hülakülərin paytaxtı olan Marağa,Təbriz,Sultaniyə şəhərləri bu məmləkətdə yerləşirdi.Hülakülər 101 il hakimiyyətdə oldular(1256-1357).
Monqolların Azərbaycana II yürüşü
Monqolların Azərbaycana II yürüşü — 1231-ci ildə monqol qoşunlarının Qərbə doğru ikinci hücumu. == Tarixi zəmin == XIII yüzilliyin əvvəllərində, Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin qonşu ölkələrə yürüşləri ərəfəsində, Azərbaycanın xarici və daxili vəziyyəti gərgin halda idi. Orta Asiyada iqtisadi cəhətdən bir-birilə möhkəm əlaqədə olmayan vilayətlərin birləşməsindən təşkil olunmuş Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə aparmaq iqtidarında deyildi. Azərbaycan ərazisində isə vahid dövlət yox idi və feodal pərakəndəliyi hökm sürürdü. Ölkədə Eldənizlərin Atabəylər, Rəvvadilər nəslindən Ağsunqurilər sülaləsi (1108-1227-ci illər) və Şirvanşahlar dövləti hakimiyyətini sürürdü. XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr səltənətin əsaslarını sarsıdırdı. Qızıl Arslanın xələfi atabəy Əbu Bəkr Azərbaycanda (Şirvan istisna olmaqla) hökm sürürdü. Atabəylərin Əbu Bəkri əvəz etmiş son nümayəndəsi Özbək feodal qruplarının əlində oyuncağa çevrildi, ölkədə feodal çəkişmələri daha da şiddətləndi. Şirvanşahlarda isə vəziyyət başqa idi X,Xl,Xll əsrlərdəki intibah Xlll əsrin ortalarına kimi davam etdi.Şirvan şimali Azərbaycanı qoruyan güclü dövlət idi.
Monqolların Azərbaycana ilk yürüşü
Monqolların Azərbaycana ilk yürüşü - 1220-1222-ci illəri əhatə edən kəşfiyyat xarakterli yürüş. == Monqolların hücumu ərəfəsində Azərbaycanda vəziyyət == XIII əsrin ortalarında Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu. Qonşu ölkələrdə hökm sürən feodal pərakəndəliyi Monqol dövlətinin banisi Çingiz xanın işğalçılıq planlarının həyata keçməsi üçün əlverişli şərait yaratdı. Mövcud vəziyyət təşkilati və hərbi cəhətdən möhkəm olan ordu hissələri monqol feodalları qarşısında geniş imkanlar açırdı. Monqol yürüşləri ərəfəsində Azərbaycanda vəziyyət acınacaqlı idi. Ölkənin şərq sərhədlərində mövcud olan Xarəzmşahlar dövləti daxilən möhkəm əsaslar üzərində qurulmadığı üçün iqtisadi və güclü hərbi qüdrətə malik deyildi. Xalq kütlələrinin vəziyyətinə laqeyd olan, feodal qruplarının əksəriyyəti tərəfindən müdafiə edilməyən Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə apara bilmədi. Monqol qoşunları bu dövlətin ərazisindən keçərək, ciddi müqavimət görmədən irəliləyə bildilər. Orta Asiyanın, İranın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Monqol hücumlarına məruz qalmış hər bir şəhər ayrılqda öz daxili qüvvələri hesabına istilaçılara qarşı döyüşür və məğlub olurdu.
Monqolların Gürcüstanı ələ keçirməsi
Monqolların Gürcüstanı ələ keçirməsi – orta əsrlərdə Gürcüstan krallığının XIII əsrdə Monqol imperiyası orduları tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. İlk döyüşlər 1220-ci ildə monqol kəşfiyyatçı dəstələri ilə baş verdi. 1236-cı ildə isə monqollar bütün qüvvələri ilə bölgəni ələ keçirdilər və 1243-cü ildə Gürcüstan monqol hakimiyyətini qəbul etdi. Dövlət hər il çox ağır vergi vermək məcburiyyətində qaldı və bitib tükənməyən monqol səfərləri üçün döyüşçü təmin etməyi öhdələrinə götürdülər. İlk dövrlərdə zəif olan gürcü mqaviməti getdikcə yüksəldi. Gürcüstanda monqol tərəfdarı vı monqol əleyhdarı qrupların çəkişmələri ölkəni bölmüşdü. 1320-ci illərdə taxta çıxan kral V Georgi diplomatik və hərbi sahədəki uğurları ilə krallq torpaqlarında yenidən monqolları məğlub edərək müstəqil oldu. == İlk döyüşlər == Monqollar gürcü torpaqlarında ilk dəfə görüldüyü zaman gürcü krallığı hələ də güclü idi və Qafqazın çoxuna hakim idi. İki ölkə arasında ilk təmas 1220-ci ildə yaşandı. Sabutay və Cebe komandanlığındakı 20 min monqol Xarəzmşahlar dövləti hökmdarı Şah II Əlaəddin Məhəmmədi Xəzər dənizi sahilərinə qədər qovmuşdu.
Monqolların Yaxın Şərq yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. == Yürüş hazırlığı == 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. == Qoşunların sayı == Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2006 •••••••••••••• 0.45
2009 •••••••••••••• 0.48
2010 •••••••• 0.27
2011 •••••••••••••••••••• 0.69
2012 •••••••• 0.26
2013 ••••••••••••• 0.44
2014 ••••••••••• 0.34
2015 •••••••••• 0.34
2017 •••••••••• 0.33

Oxşar sözlər

#monqolların nədir? #monqolların sözünün mənası #monqolların nə deməkdir? #monqolların sözünün izahı #monqolların sözünün yazılışı #monqolların necə yazılır? #monqolların sözünün düzgün yazılışı #monqolların leksik mənası #monqolların sözünün sinonimi #monqolların sözünün yaxın mənalı sözlər #monqolların sözünün əks mənası #monqolların sözünün etimologiyası #monqolların sözünün orfoqrafiyası #monqolların rusca #monqolların inglisça #monqolların fransızca #monqolların sözünün istifadəsi #sözlük