Moraviya sözü azərbaycan dilində

Moraviya

Yazılış

  • Moraviya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Moraviya
Moraviya (çex. Morava, slovak. Morava, alm. Mähren‎) — Çexiyanın tərkibində moravların yaşadığı tarixi əyalət. == Tarixi == Bizim eradan əvvəl 400-cü ildə Moraviya ərazisini keltlər istila etdilər. Moraviya Orta çağdan bəri krallıq idi. Doqquzuncu əsrdə slovaklar, Böyük Moraviya hakimiyyətinin tərkibinə daxil oldular və xristianlığı qəbul etdilər. Böyük Moraviya krallığının yıxılmasınıdan sonra slovak torpaqları Macar krallığının hakimiyyətinə daxil oldu. 1526-cı ildə Moraviya Çexiya ilə birlikdə Habsburqlar sülaləsinin hakimiyyəti altına keçdi. == Coğrafiyası == Moraviya ərazi bölünməsi Bunlar: (kraje — bölgələr): Morav-Sileziya, Olomouç, Zlin, Cənubi Moraviya və Vısoçinanın bir hissəsi .
Alberto Moraviya
Alberto Moravia (it. Alberto Moravia; 28 noyabr 1907[…], Roma – 26 sentyabr 1990[…], Roma) — italyan yazıçı, novella ustası, jurnalist. == Həyatı == İlk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan “Biveclər” romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: “Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm”. Gah Yunanıstanda, gah Çində, gah ABŞ-də, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini və məruz qaldığı ağır həyatı eyniadlı “Çoçara” romanında yüksək bədii çalarlarla təsvir edib. Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən “Həyat oyundur”, “İntervü”, “Diqqət”, “Roma hekayələri”, “Özgə həyat” əsərlərinin müəllifi kimi məşhurdur.
Böyük Moraviya
Böyük Moraviya — 822–907-ci illərdə Orta Dunayda mövcud olmuş slavyanların erkən feodal dövlət təsisatı. == Tarixi == Qərb slavyanlarının tarixində mühüm rolu omuş erkən feodal dövlətlərindən biri IX əsrin əvvəllərində meydana gəlmiş Böyük Moraviya dövləti idi. Bu dövlət, Samo tayfa birliyinə nisbətən daha geniş ərazini əhatə edirdi və siyasi cəhətdən daha möhkəm idi. Böyük Moraviya dövləti indiki Çexiya və Slovakiya ərazisindəki cənubi Moraviya vilayəti ərazisində, Moravo çayı hövzəsində meydana gəlmişdi. Böyük Moraviya dövləti slavyan tarixində mühüm rol oynamışdır. Bu dövlətin tarixinə dair tətqiqatlar, xüsusən Moraviya ərazisində aparılmış arxeoloji qazıntılar aydın sübut edir dövlətin yaradılmasında qərb slavynalarından olan moravlar mühüm rol oynamışlar. Böyük Moraviya dövlətinin paytaxtı Moravo çayı sahilində yerləşdiyi güman edilən Veleqrad şəhəri idi. Böyük Moraviyanın mənbələrində adı çəkilən ilk knyazı I Moymir olmuşdu (830–846). Böyük Moraviya knyazları slavyan torpaqlarını işğal etməyə çalışan Şərqi Frank krallığına qarşı uzun müddət müvəffəqiyyətlə mübarizə apardılar. Qərb slavyanlarının qüvvətli dövlətinin yaranmasından narahat olan Şərqi Frank kralı almaniyalı Lüdoviq 846-cı ildə Böyük Moraviya knyazı Moymiri hakimiyyətindən sala bildi və onun qardaşı oğlu Roslislavı Böyük Moraviya taxtına əyləşdirdi, lakin Rostislav (846–870) almaniyalı Lüdoviqə tabe olmayıb müstəqil siyasət yeritməyə başladı.
Cənubi Moraviya diyarı
Yihomoravsk diyarı (çex. Jihomoravský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Brno şəhəridir. Slovakiya və Avstriya ilə dövlət sərhədi ilə yanaşı, bölgə Çexiyanın Cənubi Çexiya, Pardubitse, Olomoutsk, Zlin və Vısoçina diyarları ilə həmsərhəddir. Bölgənin inzibati mərkəzi Brno şəhəridir. Demək olar ki, bütün Cənubi Çexiya diyarı Yihomoravskın tarixi ərazisində yerləşir. == İqtisadiyyat == İqtisadiyyatda ən böyük rolu maşınqayırma sənayesi oynayır. Maşınqayırma mərkəzi Brno şəhəridir. Digər bir mühəndislik sahəsi Blansko (ČKD Blansko Holdinq, Metro), Kuržim (TOS Kuřim), Boskovice (Minerva, Novibra) və ya Breclav (OTIS Escalators). Yeyinti sənayesi əsasən bölgənin cənub və şərqində yerləşir (Brno, Znojmo, Breclav, Mikulov).
Moraviya-Sileziya diyarı
Moraviya – Sileziya diyarı (çex. Moravskoslezský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Ostrava şəhəridir. == Coğrafiya == Şimal və şimal-şərqdə bölgə Polşa ilə, cənub-şərqdə - Slovakiya ilə, daha da saat yönü ilə - Çexiyanın Olomouc və Zlinsky əraziləri ilə həmsərhəddir. Moraviya-Sileziya bölgəsi heterojen bir relyefə malikdir. Şimalda Hrubý Jeseník massivləri, Moravia'nın ən yüksək dağı olan Praděd, dəniz səviyyəsindən 1.491 metr yüksəklikdə, aşağı dağətəyi ərazilərə keçir. Bölgənin mərkəzində sıx məskunlaşmış düzənlik var. Cənub-şərqdə mənzərə yenidən dağlıq olur. Bölgənin sahəsi 5527 kvadrat kilometrdir (Çexiya ərazisinin 7% -i). Ərazinin yarıdan çoxu kənd təsərrüfatı torpaqları, 35% -i meşəlik ərazilərdir.
Bohemiya və Moraviya protektoratlığı
Bohemiya və Moraviya protektoratlığı (alm. Protektorat Böhmen und Mähren‎; çex. Protektorát Čechy a Morava) — 15 mart 1939-cu ildə Almaniyanın Çexoslovakiyanı işğal etməsindən sonra 16 mart 1939-cu ildə yaradılmış Nasist Almaniyası protektoratı. Bundan əvvəl, 1938-ci ilin sentyabrında Münhen sazişinin imzalanmasından sonra Nasist Almaniyası Çexiyanın Sudet vilayətini öz tərkibinə daxil etmişdir. Protektoratın əhalisi əsasən etnik çexlər, Sudetin əhalisi isə etnik almanlar idi. 14 mart 1939-cu ildə müstəqil Slovakiya respublikasının yaradılmasından və ertəsi gün Çex dövlətinin qalıqlarını Almaniyanın işğalından sonra Adolf Hitler 16 mart 1939-cu ildə Praqa qalasında protektorat qurduğunu elan etdi. == Tarixi == 10 oktyabr 1938-ci ildə Münhen sazişinə əsasən, əsasən etnik almanların yaşadığı Çexoslovakiyanın Sudet vilayəti Nasist Almaniyası tərəfindən ilhaq edildi. Bundan beş ay sonra, Slovakiya özünün müstəqilliyini elan etdi, Hitler Çexoslovakiya prezidenti Emil Qahunu Berlinə çağırdı və onu Çexiyanın alman işğalını qəbul etməyə dəvət etdi. 15 mart 1939-cu ildə Hitlerin fərdi fərmanı ilə Bohemiya və Moraviya Almaniyanın protektoratı elan edildi. Protektoratın icra hakimiyyətinin başçısı Fürer tərəfindən təyin olunmuş Reyxsprotektor (alman: Reichsprotektor) idi.
Bohemiya və Moraviya protektoratı
Bohemiya və Moraviya protektoratlığı (alm. Protektorat Böhmen und Mähren‎; çex. Protektorát Čechy a Morava) — 15 mart 1939-cu ildə Almaniyanın Çexoslovakiyanı işğal etməsindən sonra 16 mart 1939-cu ildə yaradılmış Nasist Almaniyası protektoratı. Bundan əvvəl, 1938-ci ilin sentyabrında Münhen sazişinin imzalanmasından sonra Nasist Almaniyası Çexiyanın Sudet vilayətini öz tərkibinə daxil etmişdir. Protektoratın əhalisi əsasən etnik çexlər, Sudetin əhalisi isə etnik almanlar idi. 14 mart 1939-cu ildə müstəqil Slovakiya respublikasının yaradılmasından və ertəsi gün Çex dövlətinin qalıqlarını Almaniyanın işğalından sonra Adolf Hitler 16 mart 1939-cu ildə Praqa qalasında protektorat qurduğunu elan etdi. == Tarixi == 10 oktyabr 1938-ci ildə Münhen sazişinə əsasən, əsasən etnik almanların yaşadığı Çexoslovakiyanın Sudet vilayəti Nasist Almaniyası tərəfindən ilhaq edildi. Bundan beş ay sonra, Slovakiya özünün müstəqilliyini elan etdi, Hitler Çexoslovakiya prezidenti Emil Qahunu Berlinə çağırdı və onu Çexiyanın alman işğalını qəbul etməyə dəvət etdi. 15 mart 1939-cu ildə Hitlerin fərdi fərmanı ilə Bohemiya və Moraviya Almaniyanın protektoratı elan edildi. Protektoratın icra hakimiyyətinin başçısı Fürer tərəfindən təyin olunmuş Reyxsprotektor (alman: Reichsprotektor) idi.
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası
Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası (çex. Českomoravská konfederace odborových svazů, ČMKOS) — Çexiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Praqa şəhərində yerləşir. == Tarixi == Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası 1990-cı ilin martında yaradılmışdır. == Fəaliyyəti == Təşkilat hər zaman üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması və işçilərin iqtisadi rifahının təmin edilməsinin əsas qarantı kimi çıxış edir. Sosial partnyorluğa böyük önəm verir. Son illər Konfederasiya fəaliyyət siyasətini dəyişib. Belə ki, təşkilat əvvəllər işini adi klassik həmkarlar ittifaqı prinsipi üzərində qururdusa, hazırda müasir, uzunmüddətli strateji konsepsiyaya üstünlük verir. Belə ki, iş yerlərində müasir tələblərə uyğun şəraitin yaradılmasına, son model avadanlığın tətbiqinə və bu avadanlıqları idarə edən işçilərin ixtisaslaşmasına nail olmağa çalışır. Konfederasiya hüquqi resursların qorunması istiqamətində də fəaliyyətini gücləndirib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2006 ••••• 0.23
2007 ••••• 0.21
2009 ••••••• 0.32
2011 •••••••••••••••••••• 1.03
2012 •••••• 0.26
2015 ••••••• 0.34
2020 •••••••• 0.40

Oxşar sözlər

#moraviya nədir? #moraviya sözünün mənası #moraviya nə deməkdir? #moraviya sözünün izahı #moraviya sözünün yazılışı #moraviya necə yazılır? #moraviya sözünün düzgün yazılışı #moraviya leksik mənası #moraviya sözünün sinonimi #moraviya sözünün yaxın mənalı sözlər #moraviya sözünün əks mənası #moraviya sözünün etimologiyası #moraviya sözünün orfoqrafiyası #moraviya rusca #moraviya inglisça #moraviya fransızca #moraviya sözünün istifadəsi #sözlük