motor-generator sözü azərbaycan dilində

motor-generator

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • motor-generator • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Generator
Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar ingilis fiziki Maykl Faradeyin 1831-ci ildə elektromaqnit induksiyası qanununu kəşf etdikdən sonra düzəldilməyə başlanmışdır. Generatorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur. Çevrilmə lorens qüvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. Mühərriklər iki qrupa bölünürlər.
Lineer motor
Lineer motor – xətti mator ya da xəttli hərəkətli motordur, statoru və rotoru "açıq" olan bir elektrik matoru. Bu səbəblə fırlanma anı yaratmaq yerinə uzunluğu boyunca xətti güc istehsal edir. Ancaq bütün lineer matorlar düz deyildir. Lineer matorun aktiv bölümünün sonu vardır, halbuki ənənəvi elektrik matorlarında döngə davamlıdır. İş rejimi, qüvvə cərəyanı və maqnit sahəsi tətbiq edilən hissədə xətti olaraq mütənasib olduğu Lorentz tipli mator kimidir.( F= IL x B ) Lineer mator ən çox həssaslığı yüksək olan mühəndislik tətbiqlərində istifadə olunur.Eyni zamanda xüsusi elmi konfranslar və mühəndisliyə aid dərs kitabları ilə inkişaf edən tətbiqi tədqiqat sahəsidir. Lineer matorun, aşağı və yuxarı sürətli 2 sinifə bölünməklə bir çox dizaynları hazırlanmışdır. Aşağı sürətli lineer matorlar, maqlev qatarlarına və digər yerdən gedən nəqliyyat tətbiqlərinə uyğundur. Yüksək sürətli lineer matorlar qısadır və misal olaraq rulon silahda olduğu kimi çox yüksək sürətə çatmaq üçün nəzərdə tutulmuşdur. Yüksək sürətli lineer matorlar hiper sürətli təsir tətqiqatlarında silah və ya kosmik gəmi hərəkəti üçün kütlə sürücüssü olaraq istifadə edilir. Bunlar adətən, hava boşluğunun bir tərəfində aktiv üç fazalı soyunma və digər tərəfində passiv bir keçirici nömrə nişanı olan AC lineer induksiya matoru (LM) dizaynındadır.
Motor yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Servo motor
Servo motor — səhvi aşkar edən və yan əks əlaqə mexanizminin köməyi ilə istənilən mexanizmin işinə nəzarət edən və xətanı düzəldən avtomatik cihazdır. Robot texnologiyasında ən çox istifadə edilən motor növüdür. Bu sistemlər mexaniki, eləcə də elektron, hidravlik, pnevmatik ola bilər və ya digər sahələrdə istifadə oluna bilər. Servo mühərriklər; Çıxış, mexaniki mövqe, sürət və ya sürətlənmə kimi dəyişənlərin idarə edildiyi, qısacası hərəkət idarəsinin edildiyi bir mexanizmdir. Servo mühərriklər akkumulyator mühərrikləridir. Servo motorda istənilən AC, DC və ya pilləli mühərrik var. Buraya həmçinin sürüDC servo mühərrikləri ümumiyyətlə DC mühərrikidir və motora tələb olunan DC aşağıdakı üsullarla əldə edilir. 1- Elektrik gücləndiricisindən. 2- AC cərəyanının doymuş reaktordan keçirilməsi. 3- AC cərəyanını tiristordan keçirərək.
Motor neyron
Motor neyron (və ya motoneyron və ya hərəkət neyronu) — hüceyrə gövdəsi motor korteksində, beyin sapında və ya onurğa beynində yerləşən və aksonu (lifi) onurğa beyninə və ya onurğa beyni xaricinə çıxan neyron. Motor neyron bilavasitə və ya dolayı yolla təsiredici orqanlara, əsasən əzələ vəzilərinə nəzarət edir. İki növ motor neyronu var - yuxarı motor neyronu və aşağı motor neyronu. Üst motor neyronlarından olan aksonlar onurğa beynindəki interneyronlara və bəzən birbaşa aşağı motor neyronlarına sinaps edir. Aşağı motor neyronlarından olan aksonlar onurğa beynindən effektorlara siqnal daşıyan efferent sinir lifləridir. Aşağı motor neyronlarının növləri: alfa motor neyronları beta motor neyronları qamma motor neyronları Tək bir motor neyron bir çox əzələ lifini innervasiya edə bilər və bir əzələ lifi bir əzələ daralması üçün tələb olunan müddətdə bir çox fəaliyyət potensialına məruz qala bilər. İnnervasiya sinir-əzələ qovşağında baş verir və seğirmələr toplama və ya tetanik daralma ilə üst-üstə düşə bilər. Ayrı-ayrı seğirmələr bir-birindən fərqlənə bilər və gərginlik tədricən artır və nəticədə bir yaylaya çatır. Motor neyronları embrion inkişafın erkən dövründə inkişaf etməyə başlayır və motor funksiyası uşaqlıqda yaxşı inkişaf etməyə davam edir. Sinir borusunda hüceyrələr ya rostral-kaudal oxda, ya da ventral-dorsal oxda yerləşir.
Hyundai Motor
Hyundai — Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayesində öndə gedən firmadır. Koreya dilində Hyundai müasir, müasirlik mənasındadır. Hyundai, aralarında tikinti materialları, avtomobil, gəmi istehsalı, sığortaçılıq, elektron və s çox sahədə fəaliyyət göstərməkdədir. 1967-ci ildə Cənubi Koreya Ulsan'da Chung Ju Yung, Hyundai Motors firmasını HMC adıyla quraraq İngiltərədən kit halında gələn Ford Cortina modeli avtomobilləri monte etməyə başlamışdır. Chung Ju Yung inkişafın sektora fərqli bir baxımdan baxan bir xarici vətəndaş tərəfindən gərçəkləşəcəyinə inanırdı. Ərəblərə çox da müsbət bir gözlə baxmayan bir mədəniyyətdə bu riskli bir seçimdi. Yung bu riski gözə aldı və seçimi İngiltərədən Corc Turnbull oldu. Turnbull, Koreyaya 1974-cü ilin əvvəllərində gəldi və özünə Ulsan da bir avtomobil zavodu quraraq ilk avtomobilini iki il ərzində istehsal etmək vəzifəsi verildi. Avtomobil istehsalı üçün inkişaf etmiş bir alt quruluşu olmayan bir ölkədə bu çox çətin bir məsələ idi. Turnbull rəhbərliyi kar əldə etməyi gözləmirdi.
British Motor Corporation
BMC kimi tanınan British Motor Corporation, 1952-1966-cı illər arasında İngiltərədə fəaliyyət göstərmiş bir avtomobil şirkəti olmuşdur. Türkiyədə Çukurova Holdinqin tərkibində lisenziya müqaviləsi əsasında avtobuslar, yük maşınları, evakuatorlar və TIR istehsal etmişdir.
Ford Motor Company
Ford Motor Şirkəti (ing. Ford Motor Company) — ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri. Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir. İlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı.
Mineral motor yağları
Mineral motor yağları – neftin yüksəkqaynayan (qaynama temperaturu 300–6000C) yüksəkmolekullu karbohidrogen fraksiyalarının (əsasən, alkilnaften və alkilaromatik), xüsusi təmizlənməsi nəticəsində alınan texniki məhsuldur. Neft yağlarının təsnifatlandırılması onların kinematik özlülüyü (normativ-texniki sənədlərdə qeyd olunur) və istismar xassələri əsasında müəyyənləşdirilir. Neft yağları öz alınma üsuluna görə distillat (neftin distilləşdirilməsi nəticəsində alınan), qalıq (qudronlardan arzuolunmaz komponentlərin çıxarılması ilə alınan) və kompaund (distillat və qalıq komponentlərin qarışdırılması nəticəsində alınan) yağlarına bölünür. Tətbiq sahəsinə görə mineral yağlar sürtkü yağlarına, elektroizolyasiya yağlarına və konservasiya yağlarına bölünür. Mineral yağlar həmçinin kosmetoloji sənayedə də istifadə olunur. Neft yağlarına lazımi xassələri vermək üçün onlara cox zaman aşqar əlavə edirlər. Neft yağlarının əsasında plastik və texnoloji sürtkülər, xüsusi mayelər, məsələn yağlayıcı-soyuducu, hidravlik mayelər və s. alınır. Mineral yağların markaları. Mineral yağların təyinatı və təmizlənmə üsulu onların markalaşdırılmasında qeyd olunur.
Morris Motor Company
Morris Motors Şirkəti — 1919-cu ildə William Richard Morris tərəfindən Morris Motors Limited kimi təsis edilmiş Britaniya avtomobil istehsalçısıdır. 1913-cü ildə William Richard Morris tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk avtomobil 8,9 at gücünə malik iki nəfərlik Morris Oksford idi. Daha sonra ABŞ-yə səfəri zamanı aldığı 11,9 at gücündəki mühərriki Britaniya şassilərinə tətbiq edərək Morris Koulini istehsal etmişdir. Ümumiyyətlə, iki nəfərlik kiçik, ucuz avtomobillər istehsal edirdi. 1919-cu ildə Morris Motors Limited, Morris Garage Limited və Morris Commercial Cars Limited şirkətlərini yaradır. 1927-ci ildə Wolseley Motors, 1938-ci ildə isə Riley Limited şirkətlərini satın almışdır. 26 avqust 1952-ci ildə şirkətlərini Austin Motor Company ilə birləşdirdikdən sonra British Motor Corporation meydana çıxmışdır.
Motor yağlarının regenerasiyası
Toyota Motor Corporation
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur. 2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir. Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.
Tək fazalı motor
Tək fazalı motor — bir fazalı dəyişən cərəyan şəbəkəsinə qoşulmaq üçün qurulmuş şəkildə hazırlanmış elektrik mühərriki. Əslində, bu iki fazadır, ancaq yalnız bir sarımın işlədiyi üçün motor tək fazalı adlanır. Düzgün desək, belə bir asinxron mühərrik, bir fazalı cərəyan şəbəkəsinə qoşulmuş statorda bir işləyən sarım olan dəqiq bir faz adlanır. Başlanğıc başlanğıc və ya qısamüddətli (aşağı güclü mühərriklərdə) əsas şəbəkəyə kapasitans / endüktans yolu ilə bağlanan əsas dolama və əlavə (kiçik) başlanğıc sarımın yaratdığı fırlanan bir maqnit sahəsi ilə həyata keçirilir. Mühərrikin üstünlüyü dizaynın sadəliyidir (dələ-qəfəs rotoru). Dezavantajlar — aşağı başlanğıc torku (və ya olmaması) və aşağı səmərəlilik. Onlar əsasən aşağı güclü fanatlarda istifadə olunur (masaüstü, pəncərə, vanna otağı üçün və s.). Bu tip ən kütləvi sovet fanatı (və bunun üçün bir mühərrik), 15 vatt tutumlu "VN-2" idi. Dizaynının bir xüsusiyyəti, mühərrik şaftının yalnız bir tərəfində (fan çarxının qarşı tərəfində) bir top daşıyıcısının quraşdırılmasıdır, bunun nəticəsində rullar (və mühərrik) aşağı revslərdə də əhəmiyyətli əyilmə yüklərinə görə çox səs-küylü olur. Elektrik mühərrikinin tək fazalı stator cərəyanı bərabər amplituda olan və eyni tezliklə əks istiqamətlərdə fırlanan iki sahəyə parçalana bilən bir pulsasiya edən maqnit sahəsi yaradır.
Yamaha Motor Company
Yamaha Motor Company Limited (yap. ヤマハ発動機株式会社) — yapon motosikl istehsalçısı, dünyada həm də ən iri pianino istehsalçısı olan Yamaha Corporation şirkətinin bir hissəsi. Şirkət həm də mühərrikli digər texnikalar istehsal edir.
Riqa Motor Muzeyi
Riqa Motor Muzeyi (latış. Rīgas motormuzejs‎) — Riqada mövcud olan, XIX əsrin sonlarından XX əsr sonuna qədər istehsal olunmuş 230-dan çox avtomobil, motosiklet və mopedlər daxil olduğu muzey. Muzeydə idman və hərbi təyinatlı maşınlar, Latviya istehsalı olanlar, lumizinlər və 30-cu illərin avtomobilləri (Vyaçeslav Molotovun və Leonid Brejnevin avtomobilləri) saxlanılır. Muzey 21 iyul 1972-ci ildə SSRİ-də Latviya Antik Avtomobil Klubunun bir çox aktivistlərin təşəbbüsü ilə təşkil edilir. AAK antik avtomobillər və motosikletlərin bərpası ilə məşğul olan bir ictimai təşkilat kimi qeydə alınır. Antik Avtomobillər Klubunun arzusu tematik olaraq 1985-ci ildə reallaşır. Latviya Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 4 dekabr 1985-ci il 586 saylı qərarına əsasən texniki yaradıcılıq, sərgi və istirahət mərkəzi təsis edilməsi qərarına gəlinir. 6 iyun 1986-cı ildə latviyalı memar Viktor Valqums tərəfindən hazırlanmış layihə əsasında muzey binası üçün təməl daşı qoyuldu. Riqa Motor Muzeyinin açılış tarixi 22 aprel 1989-cu ildə baş vermişdir. 1 iyul 1992-ci ildə Riqa Motor Muzeyi Latviya Respublikası Rabitə Nazirliyi nəzdində dövlət statusu alır.
Hyundai Motor Company
Hyundai — Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayesində öndə gedən firmadır. Koreya dilində Hyundai müasir, müasirlik mənasındadır. Hyundai, aralarında tikinti materialları, avtomobil, gəmi istehsalı, sığortaçılıq, elektron və s çox sahədə fəaliyyət göstərməkdədir. 1967-ci ildə Cənubi Koreya Ulsan'da Chung Ju Yung, Hyundai Motors firmasını HMC adıyla quraraq İngiltərədən kit halında gələn Ford Cortina modeli avtomobilləri monte etməyə başlamışdır. Chung Ju Yung inkişafın sektora fərqli bir baxımdan baxan bir xarici vətəndaş tərəfindən gərçəkləşəcəyinə inanırdı. Ərəblərə çox da müsbət bir gözlə baxmayan bir mədəniyyətdə bu riskli bir seçimdi. Yung bu riski gözə aldı və seçimi İngiltərədən Corc Turnbull oldu. Turnbull, Koreyaya 1974-cü ilin əvvəllərində gəldi və özünə Ulsan da bir avtomobil zavodu quraraq ilk avtomobilini iki il ərzində istehsal etmək vəzifəsi verildi. Avtomobil istehsalı üçün inkişaf etmiş bir alt quruluşu olmayan bir ölkədə bu çox çətin bir məsələ idi. Turnbull rəhbərliyi kar əldə etməyi gözləmirdi.
M-8B motor yağı
Motor ləqəbli Cekson (film, 1988)
"Motor" ləqəbli Cekson və ya Cekson hərəkəti (ing. Action Jackson) — 1988-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rəssamlarından biri Filipp Leonarddır. Detektiv "Motor" ləqəbli Cekson politika gücü ilə insanları öldürən narkobandalara müharibə elan edir.Cekson onlarla qətiyyətlə mübarizə aparır.
Motor yağlarının SAEJ300 üzrə təsnifatı
Motor yağlarının özlülüyü və özlülük indeksi
Özlülük - mühərrik yağının əsas fiziki-kimyəvi göstəricisi və eyni zamanda onun tətbiqini müəyyənləşdirən xassədir. Bu xassəyə aşağı və yüksək temperaturlarda özlülük və özlülük indeksi daxildir. Motor yağının özlülüyü mayenin daxili siyrilmə gücünün ölçüsüdür. Texnikada iki növ özlülük mövcuddur: Dinamik özlülük, Kinematik özlülük. Motor yağının kinematik özlülüyünün 40 və 1000C temperaturlarda ölçülməsi ilə təyin edilir. Özlülük indeksinin ölçü həddləri yoxdur. Özlülük indeksi nə qədər yüksək olarsa, temperatur dəyişməsi zamanı motor yağının özlülüyü bir o qədər az dəyişər. Mühərrikdə motor yağının böyük temperatur intervallarında (qışda mənfi temperaturlardan tutmuş yayda - 220-2300C qədər) işləməsini nəzərə alaraq, motor yağının yüksək özlülük indeksinin olması tövsiyə olunur.Təmiz mineral yağların Ö.İ. 85-105, sintetik motor yağların isə 120 –dən çoxdur. http://znanieavto.ru/ Motor yağlarının kinematik özlülüyü - normal və yüksək temperaturlarda motor yağının axıcılığını xarakterizə edən anlamdır. ГОСТ- 33 və ASTM D445 sınaq üsulları üzrə təyin edilir.

Oxşar sözlər

#motor-generator nədir? #motor-generator sözünün mənası #motor-generator nə deməkdir? #motor-generator sözünün izahı #motor-generator sözünün yazılışı #motor-generator necə yazılır? #motor-generator sözünün düzgün yazılışı #motor-generator leksik mənası #motor-generator sözünün sinonimi #motor-generator sözünün yaxın mənalı sözlər #motor-generator sözünün əks mənası #motor-generator sözünün etimologiyası #motor-generator sözünün orfoqrafiyası #motor-generator rusca #motor-generator inglisça #motor-generator fransızca #motor-generator sözünün istifadəsi #sözlük