MSS sözü azərbaycan dilində

MSS

Yazılış

  • MSS • 88.2353%
  • mss • 5.8824%
  • Mss • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başqırd MSSR
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. == Təşəkkül tarixi == === Muxtariyyatın təşkili === Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Dağıstan MSSR
Dağıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Dağıstan MSSR) — RSFSR tərkibində 1921–1993–cü illərdə mövcud olmuş Dağıstan Respublikasının adı.
Komi MSSR
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Naxçıvan MSSR
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (rus. Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика, translit. Naxiçevanskaya Avtonomnaya Sovetskaya Sotsialistiçeskaya Respublika, azərb-kiril. Нахчыван Мухтар Совет Сосиалист Республикасы), qısaca: Naxçıvan MSSR (rus. Нахичева́нская АССР, translit. Naxiçevanskaya ASSR, azərb-kiril. Нахчыван МССР) — Azərbaycan SSR tərkibində muxtar respublika. 9 fevral 1924-cü ildə qurulmuşdur. 1920-ci ildə gerçəkləşdirilən Bakı əməliyyatının bir nəticəsi olaraq Cənubi Qafqaz regionu Qızıl Ordu tərəfindən işğal edilmişdir. Həmin ilin iyul ayınsa Naxçıvan Sovet Respublikası qurulmuşdur.
Naxçıvan MSSR-in SSRİ-dən çıxması
Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub. == Tarixçə == Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Naxçıvan MSSR (film, 1959)
Naxçıvan MSSR — Rejissor Şamil Mahmudbəyovun filmi. == Məzmun == Filmdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının təbiəti, memarlıq abidələri, abad şəhərləri və zəhmətsevər insanları ilə tanış oluruq. Film meyvə yığılması, onun Ordubad konserv zavodunda emal olunması, üzümçülərin və ipəkçilərin işləri, heyvandarların, pambıq və tütün plantasiyalarında çalışanların əməyi haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: Nazim Sadıqov Operator: Əlibala Ələkbərov Musiqi tərtibatı: German Krupkin Səs operatoru: M.Berenboym == Mənbə == Fərəcov, M; Qurbanov, T. “Naxçıvan MSSR” adlı sənədli film çəkilir ["Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilməkdə olan həmin adlı film haqqında] //Şərq qapısı.- 1959.- 6 sentyabr.
Qazaxıstan MSSR
Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası (qaz. Qazaq Aptonom Sotsijalistik Sovettik Respublikasь, Qazaƣьstan, qaz Қазақ Автономиялы Социалистік Кеңестік Республикасы, Қазақстан) - Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərkibində 1925-1936 illər arası mövcud olmuşdur. == Tarix == Qazaxıstan MSSR ilk dəfə 26 avqust 1920-ci ildə Qırğızıstan MSSR olaraq (indiki müstəqil Qırğızıstan dövlətinin ərazisindəki Qara-Qırğız Muxtar Vilayəti ilə dəyişik salınmamalıdır) yaradılmış və RSFSR-in bir hissəsi olmuşdur. Rusiya inqilabından əvvəl Rusiyada qazaxlar "Qırğız-Qazax" və ya sadəcə "Qırğız" olaraq tanınırdı. Bu təcrübə erkən sovet dövründə də beləcə davam etdi və beləliklə, Qırğızıstan MSSR qazaxların milli respublikası oldu. Lakin, 15-19 iyun 1925-ci ildə 5-ci Sovet Qazaxıstanı Konqresi Qazaxıstan Muxtar Sosialist Sovet Respublikası adını dəyişmək qərarına gəldi. Keçmiş Qırğızıstan MSSR paytaxtı Ağməscid Qazaxıstan MSSR-in paytaxtı olaraq saxlanılmış, lakin adı Qızılorda olaraq dəyişdirilmişdir. 1927-ci ildə Almatı şəhəri MSSR-in yeni paytaxtı kimi təyin edildi. == Sahə və Əhali == Sahəsi ( 1 yanvar 1933 ) 2 853 min kv. km.
Qırğızıstan MSSR
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925) — Qazaxların RSFSR tərkibində milli muxtariyyət əldə etdikləri muxtar qurumdur( (rus.) Киргизская Автономная Социалистическая Советская Республика, Kirgizskaya Avtonomnaja Sotsialisticheskaya Sovetskaya Respublika). 1925-ci ilə kimi mövcud olan bu qurum tarixi Qazax ərazilərində yerləşdiyi üçün həmin dövrdən sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası adlanmağa başladı. Paytaxtı Orenburq şəhəri idi və bugünkü müstəqil Qazaxıstan Respublikasının ərazisində yerləşirdi. == Tarix == 1920-ci il 26 avqustda RSFSR tərəfindən paytaxtı Orenburq olan "Qırğız (Qazaxıstan) Muxtar Sovet Sosialist Respublikasının yaradılması" haqqında sərəncam imzalandı. Muxtar Respublika Ural, Turqay və Semipalatinskoy vilayətlərinin, Zakaspiysk vilayətinin şimal hissəsinin (Adayevskiy mahalı) , Bukey ordasının və Orenburq quberniyasının cənub hissələrinin əhalisi olan qırğız-qaysaqlardan (qazaxları o dövrdə belə adlandırırdılar) formalaşmışdı. 1921-ci il Mərkəzi İcraiyyə Komitəsinin 17 yanvar qərarı ilə Omsk quberniyasının Akmolinski, Atbasarski, Kokçetavski və Petropavlovski mahalları ayrılaraq Akmolinski quberniyasını formalaşdırmışdılar. Mərkəzi İcraiyyə Komitəsinin 10 iyun 1921-ci il qərarı ilə Qırğızıstan MSSR ilə Sibir arasında sərhəddlər müəyyənləşdirildi. (İssil-Kul stansiyası Qırğızıstan MSSR ərazisində idi həmin dövrdə). Sərhəd xətti şərqdən İssil-Kuldan keçməklə Petropavlovsk mahalı ilə həmsərhəd oldu. Daha sonra rus bölgələrinə keçməmək şərtilə ərazinin şimal sərhədləri Kiçi-Kara və Ulkun-Kara oldu.
Tacikistan MSSR
Tacikistan Muxtar Sovet Sosialist Respublikası (rus. Таджикская Автономная Социалистическая Советская Республика) — Sovet İttifaqı tərkibində Özbəkistan SSRİ daxilində mövcud olmuş muxtar qurumdur.
Tatarıstan MSSR
Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (Tatarıstan, Tatar MSSR, TASSR, Muxtar Sovet Sosialist Tatarıstan Respublikası; (tatar. Татарстан Автономияле Совет Социалистик Республикасы (ТАССР, Татарстан)) — RSFSR tərkibində muxtar respublika. 1920-ci il, mayın 27-də təşkil olunmuşdur. Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi 3 637 809 nəfərdir (1989). 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Kazan şəhəri olmuşdur. == Dövlət quruluşu == Tatarıstan MSSR fəhlə, kəndli və ziyalıların sosialist ümumxalq dövləti, muxtar sovet sosialist respublikasıdır. Qüvvədə olan konstitusiyası 1978-ci il mayın 31-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Tatarıstan MSSR Ali Sovetidir (sessiyalararası dövrdə onun Rəyasət Heyəti). Ali Sovet respublika hökumətini — Nazirlər Sovetini təşkil edir.
Türkistan MSSR
Türkistan MSSR (rus. Туркестанская АССР) — 30 aprel 1918-ci ildən 27 oktyabr 1924-cü ilədək mövcud olmuş muxtar respublika. == Tarixi == 1905-ci ildə Daşkənddə Mustafa Çokayın rəhbərliyi ilə Türkistan Müsəlmanları Konqresi təşkil edildi. Bu konqresdə Türk bölgələrinin soylu ailələrdən gələn özbək, tatar, qazax, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdu. Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdi: 1. Orta Asiyada İslamı müasirləşdirmək; 2. Köçəri xalqların mədəniyyətini qorumaq; 3. Türkistandan rusları uzaqlaşdırmaq.20 aprel 1918 və 1 may 1918 tarixləri ərzində təşkil edilən 5-ci Konqresdə "Türkistan Sovet Respublikasına dair vəziyyət" təsdiq edilmiş və Rusiya İmperiyasına bağlı olan Türkistan Krayının torpaqlarında 30 aprel 1918 tarixində Türkistan Sosialist Federativ Respublikası adı altında Türkistan MSSR qurulmuşdur. 4 oktyabr 1918 və 15 oktyabr 1918 tarixləri ərzində təşkil edilən 6-cı Sovet Türkistanı Fövqəladə Konqresi Türkistan MSSR konstitusiyasını qəbul etmişdir.
Таtarıstan MSSR
Tatarıstan Muxtar Sovet Sosialist Respublikası (Tatarıstan, Tatar MSSR, TASSR, Muxtar Sovet Sosialist Tatarıstan Respublikası; (tatar. Татарстан Автономияле Совет Социалистик Республикасы (ТАССР, Татарстан)) — RSFSR tərkibində muxtar respublika. 1920-ci il, mayın 27-də təşkil olunmuşdur. Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axını boyunda yerləşir. Sahəsi 68 min km², əhalisi 3 637 809 nəfərdir (1989). 37 rayonu, 18 şəhəri, 22 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Kazan şəhəri olmuşdur. == Dövlət quruluşu == Tatarıstan MSSR fəhlə, kəndli və ziyalıların sosialist ümumxalq dövləti, muxtar sovet sosialist respublikasıdır. Qüvvədə olan konstitusiyası 1978-ci il mayın 31-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Tatarıstan MSSR Ali Sovetidir (sessiyalararası dövrdə onun Rəyasət Heyəti). Ali Sovet respublika hökumətini — Nazirlər Sovetini təşkil edir.
Çeçen-İnquş MSSR-in bərpası
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası — SSRİ və RSFSR Ali Sovetləri Rəyasət Heyətlərinin 9 yanvar 1957-ci il tarixli fərmanları ilə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası ləğv edilməzdən əvvəlkju halı ilə müqayisədə bir qədər fərqli sərhədlər daxilində bərpa edilmişdir. Buraya 1944-cü ildə Stavropol diyarından Qroznı vilayətinə köçürülmüş, əhalisinin əksəriyyəti rus olan Naurski və Şelkov rayonları daxil idi, lakin eyni zamanda Şimali Osetiyaya verilmiş Priqorodnı rayonu da geri qaytarılmamışdır. Bərpadan sonra respublikanın ərazisi 19,300 km2 olmuşdur. Eyni zamanda, çeçen-inquş əhalisinin respublikanın Gürcüstan SSR-ə bitişik cənub dağlıq rayonlarında yaşaması qadağan edilmişdir. 11 fevral 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar tarixli fərmanı təsdiq edilmiş və muxtariyyət haqqında qeydi SSRİ Konstitusiyasının 22-ci maddəsinə qaytarılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Абдурахманов Д. Б., Музаев М. Н., Бугаев А. М., Шепелев В. Н., Осмаев А. Д. Восстановление Чечено-Ингушской АССР. 1 (1000 nüs.). Нальчик: ООО «Печатный двор». 2013. ISBN 978-5-905770-32-6. Ахмадов Я. З., Хасмагомадов Э. Х. История Чечни в XIX-XX веках (1200 nüs.).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2011 •••• 0.09
2012 •••••••••••••••••••• 0.52
2015 ••••••• 0.17

Oxşar sözlər

#mss nədir? #mss sözünün mənası #mss nə deməkdir? #mss sözünün izahı #mss sözünün yazılışı #mss necə yazılır? #mss sözünün düzgün yazılışı #mss leksik mənası #mss sözünün sinonimi #mss sözünün yaxın mənalı sözlər #mss sözünün əks mənası #mss sözünün etimologiyası #mss sözünün orfoqrafiyası #mss rusca #mss inglisça #mss fransızca #mss sözünün istifadəsi #sözlük