Msta-S sözü azərbaycan dilində

Msta-S

Yazılış

  • Msta-S • 58.8235%
  • MSTA-S • 41.1765%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2S19 Msta-S
2S19 Msta (rus: 2С19 «Мста») Rusiya/Sovet istehsalı 152 mm-lik özüyeriyən artilleriya qurğusu. 2S3 Akatsiya özüyeriyən artilleriya qurğusunun davamçısı olaraq, onu əvəz etmək məqsədilə 1989-cu ildə Sovet ordusunda xidmətə qəbul olunub. Texnika Sovet istehsalı T-80 tankının şassisi üzərində yerləşsə də, mühərriki T-72 tankına aiddir. == İstifadə olunması == Msta-S haubitsalarından İkinci çeçen müharibəsində Rusiya ordusu tərəfindən çeçenlərə qarşı artilleriya zərbələrinin vurulmasında istifadə olunub.Msta-S özüyeriyən artilleriya qurğularından həmçinin, Donbass müharibəsi zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən rusyönümlü separatçılara qarşı artilleriya zərbələrinin vurulmasında istifadə olunmuşdur. == İstifadəçiləri == Azərbaycan : 18 ədəd Rusiya: 650 ədəd (18 ədəd HDQ) 2S19M1 və 2S19M2 modernizasiyaları daxil olmaqla Ukrayna: 40 ədəd Gürcüstan: - 1 ədəd Belarus: 13 ədəd Efiopiya: 12 ədəd Venesuela Mərakeş == Əlavə məlumatlar == Qüllənin uzunluğu: 7.2 metr. Qüllə daxil olmaqla ümumi uzunluğu: 11.92 metr. Eni: 3.38 metr Klirens: 0.45 metr.Müdafiə: Zireh qalınlığı: 16 mm-lik homogen polad 82 mm-lik sis bombalarıPerformans: Zəminə təzyiq: 0.87 kq/sm² Dalış dərinliyi: 1.2 metr Xəndək keçmə: 2.8 metr Divar dağıtmaq: 0.5 metr Qalxma dərəcəsi: 25° Motor: V-84A dizel At gücü: 840 Maksimum sürəti: 60 km/saat Yanacaq çəninin tutumu: 1300 litr Gediş mənzili: 500 km Dayandırılması: fərdi burulma barSilahlanma: Əsas silahın bəzi xüsusiyyətləri aşağıdakılardır: Qüllənin qalxma bucağı: -3°...+70° Üfüqi tuşlama bucağı: 360° Mərmi ağırlığı: 42.8 – 57.9 kq Mərminin çıxış sürəti: 828 metr/saniyəKöməkçi silahın bəzi xüsusiyyətləri aşağıdakılardır: 12.7 mm-lik “NSVT” pulemyotu Kalibri: 7.62 mm Mərmi: 12.7x108 mm Atəş tezliyi: 800 atəş/dəqiqə Güllənin başlanğıc sürəti: 845 metr/saniyə Atəş məsafəsi: 2 km Maksimum atəş məsafəsi: 6 km == 155 mm-lik 2S19M1-155 “Msta-S” özüyeriyən artilleriya qurğusu == İstehsalçı: Rusiya İstehsalçı firma: Uraltransmaş və Motovilika Zavodu Tip: Özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 2002 – davam edir Xidmətə giriş ili: 2008 – günümüzə Heyət üzvü: 5 nəfər === Ölçülər === Ağırlığı: 43 ton Uzunluğu: 6.04 m Lülə daxil olmaqla: 13.14 m Eni: 3.38 m Hündürlüyü: 3.35 m Klirens: 0.47 m === Müdafiə === Zireh: 16 mm homogen polad NBC qorunma 82 mm-lik 902B sis bombaları Avtomatik yanğınsöndürmə sistemi === Performans === Zəminə təzyiq: 0,87 kq/sm ² Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.8 m Maneə keçmə: 0.5 m Qalxma dərəcəsi: 47º Motor: V-92S2 dizel Güc: 1000 at gücü Maksimal sürət: 60 km/saat Hərəkət mənzili: 450 km Asqı tipi: fərdi burulma bar === Silahlanma === Əsas silahı: 155 mm “M3-158” yivli top Kalibr: 155 mm Lülənin qalxma bucağı: -4º...
(s)
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
S
Latın qrafikalı Azərbaycan əlifbasında 25-ci hərf, 23 samitdən biri. S kar samitdir, cingiltili qarşılığı z samitidir. Kükürd elementi böyük k (K) hərfi ilə işarə olunur.
S.U.S. (mahnı)
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. == Fon və yazılma == Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
Christie's
Christie's — 1766-cı ildə Ceyms Kristi tərəfindən yaradılan Böyük Britaniya xərrac evi. Şirkətin əsas binaları mərkəzi London və Nyu-Yorkda yerləşir.
Kanal-S
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 32-ci kanallardan ölkənin 70% -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal-S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Km/s
Kilometr bölünsün saat (km/sa formasında da göstərilir), sürət vahidi. Bir cismin 1 saat boyunca getdiyi yolu bildirir. Qısaca km/sa ya da km·sa−1 istifadə olunur. Bir çox ölkədə sürət vahidi kilometr bölünsün saat hesab olunur.
M.s.
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
M/s
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
McDonald's
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. == Haqqında == === Tarixi === 1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü.
S!sters
S!sters — Almaniyanın Hannover şəhərindən olan Laura Kastel və Karlotta Trumanın birlikdə yaratdığı musiqili duet. S!sters "Sister" mahnısı ilə Almaniyanın NDR telekanalının təşkil etdiyi Unser Lied für Israel yarışmasında qalib gələrək, Almaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
S-125
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir. Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir. S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir. İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir. S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır.
S-200
S-200 zenit raket kompleksi – NATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər. == Azərbaycan HHMQ-nin silahlanmasında yer alan S-200 "Vega" uzun mənzilli zenit raket kompleksi == S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
S-300
S-300 (ABŞ və NATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) — uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanmışdır. 1978-ci ildə sistemin sınağı başa çatır. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülmüşdür. S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur. == Hazırlanma tarixi == 1950-ci illərdə Moskvanın hava hücumundan müdafiə sistemini mobilləşdirmək qərara alındı. Texnikanın seriyalı istehsalına 1975-ci ildə başlanıb, 1978-ci ildə isə sistemin sınağı başa çatıb. Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib.
S-400
S-400 Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır. == Təsvir == Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Petriot" yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir. Hərbi Hava Qüvvələrinin baş komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildirlər". == Sistemin tərkibi == === Sistemin baza tərkibi 40R6 (S-400) === 30K6E idarəetmə vasitələri 6-a qədər 98J6E zenit raket kompleksi.
S.Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826, Konnektikut — 9 mart 1892, Kembric (Massaçusets)) — Amerika botaniki.
Stern's
"Stern's" (ilk adı Stern Brothers olub) ― ABŞ-nin Nyu-York, Nyu-Cersi və Pennsilvaniya ştatlarına xidmət edən tarixi regional universal mağaza şəbəkəsi. Şəbəkə 130 ildən çox fəaliyyət göstərmişdir. 2001-ci ildə "Stern's" ana şirkəti "Federated Department Stores" qərara gəldi ki, "Stern's" brendindən imtina eləsin. Mağazaların çoxu dərhal "Stern's"-in korporativ şirkəti "Macy's"-ə çevrildi, digərləri ləğv olunaraq "Bloomingdale's" adı altında təzədən açıldı.
It’s a Man’s Man’s Man’s World (albom)
It’s a Man’s Man’s Man’s World — Amerikalı musiqiçi Ceyms Braunun on altıncı studiya albomu. King Records leyblı ilə 1982-ci ilin avqustunda buraxılmışdır.
Assassin's Creed: Altair's Chronicles
Assassin's Creed: Altaïr's Chronicles (azərb. Qatilin inancı: Əltairin Tarixi‎) - Assassin's Creed oyununda Əltairin həyatından olan hadisələrdən qabaq baş vermiş hadisələr haqqında Android, iOS, Nintendo DS, WebOS və Windows Phone 7 platformaları üçün buraxılmış oyun. Oyun 5 fevral 2008-ci ildə ABŞ-də satışa çıxmışdır.
2S9 Nona S
İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Zavod “SKB-172” Tip: özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1979–2006 Xidmətə giriş ili: 1981 – günümüzə İstehsal sayı: 1432 ədəd Ağırlıq: 8.7 ton Ekipaj: 4 nəfər == Ölçülər == Uzunluğu: 5.89 m Lülə daxil olmaqla: 6.02 m Eni: 2.63 m Hündürlüyü: 2.30 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 16 mm alüminium == Performans == Zəminə təzyiq: 0,50 kq/sm ² Dalış dərinliyi: 9 km/s sürətlə üzə bilən Xəndək keçmə: 2 m Maneə keçmə: 0.7 m Qalxma dərəcəsi: 32º Motor: 5D-20 dizel At gücü: 240 at gücü Maksimal sürət: 60 km/saat Mənzili: 500 km Dayandırılması: hidravlik amartizator == Silahlanma == Əsas silah: 120 mm 2A51 yarı-avtomatik top. Haubitsa-minaatan funksiyalarını birləşdirir Kalibr: 120 mm Lülənin qalxma bucağı: -4º +80º Üfüqi tuşlama bucağı: -35º +35º Atış tezliyi: 4–8 atış/dəqiqədə Atəş məsafəsi: 8.8 km Maksimal atəş məsafəsi: 12.8 km Mərminin ağırlığı: 13.1–27 kq Məhvetmə radiusu: 1500–6600 m² Döyüş komplekti: 40 ədəd Əsas silahı 120 mm-lik 2A51 yarı-avtomatik top, istənilən növ mərmiləri və minları atəşləyə bilir, bura idarə olunan mərmilər də daxildir.
A.S.George
Aleksandr Georq və ya Aleksandr Segger Georq (ing. Alexander George və ya ing. Alexander Segger George, 4 aprel 1939) — Avstraliya botaniki. == Əsərləri == Orchids of Western Australia. 1969. A New Eucalypt from Western Australia. 1970. A List of the Orchidaceae of Western Australia. 1971. Flowers and Plants of Western Australia.
Aleksandr S. Qonçarski
Aleksandr Qonçarski — rəssam.
Assassin's Creed
Assassin's Creed (azərb. Sui-qəsdçinin inancı‎) - macəra döyüşü janrında tarixlə bağlı olan multiplatformalı videooyundur. Ubisoft şirkəti tərəfindən buraxılır. Seriyanın birinci oyunu 2007-ci ildə çıxdı.Assasin'Creed seriyası 2020 ci ilin okyabrına qədər toplam 155 milyon kopya satmışdır Assassin's Creed-də oyunçular əsir düşmüş və insanlara öz DNT-ləri vasitəsilə əcdadlarının xatirələrini canlandırmaq imkanı verən maşını sınaqdan keçirməyə məcbur edilmiş müasir meyxanaçı Desmond Mayls rolunu oynayırlar.Mayls 1191-ci ilə qayıdır və Məbəd Cəngavərləri ilə döyüşən, müqəddəs artefaktların və qədim təşkilatların sirrini açan Səlib yürüşləri dövründəki Müsəlman Sui-qəsdçinin rolunu alır.Mayls xatirələrin yan təsirləri ilə məşğul olduğu üçün hekayə vaxtaşırı müasir dövrün intermediyaları ilə kəsilir.Assassin's Creed-də oynamaq, onu axtarmaqdansa, qarşıdurmadan qaçmağa yönəlib.Sayğac oyun irəlilədikcə xarakterin görünmə qabiliyyətini və ətraf mühitin vəziyyətini izləyir;xarakter əmrləri oyunçuya izdihamla qarışmağa imkan verir, aşkarlanmamaq üçün aşağı profil saxlayır.Qartal görmə qabiliyyəti, unikal qabiliyyət oyunçulara müttəfiqləri və düşmənləri müxtəlif rənglərdə görməyə imkan verir, zərərdən qaçmağı və dostlar tapmağı asanlaşdırır.
Bob's Burgers
Bob's Burgers (azərb. Bobun Burgerləri‎) — 9 yanvar 2011-ci ildə Fox kanalında nümayiş etdirilən Loren Bouchard tərəfindən hazırlanan bir cizgi film. Serialın əsası Belcher – valideynləri Bob və Linda olmaqla, onların uşaqları Tina, Gene və Luis burger restoranında işləyən ailə üzərində qurulub. "Ev Filmi" adlı filmini yaratdıqdan sonra Bouçard tərəfindən hazırlanmışdır. 20th Century və Fox Studiyasının birlikdə səyi nəticəsində hazırlanır. İlk mövsümə baxışları qarışıq olsa da, sonrakı mövsüm üçün rəylər daha çox müsbət olmuşdur. Bobun Burgeri cizgi-serialından qabaq Fox Studiyası tərəfindən çəkilmiş "Human Flesh" 9.39 milyon aktiv izləyici topladığı üçün, Bobun Burgeri serialı yayımlandıqdan sonra ilk həftədə ən çox izlənən 9-cu serial olmağı bacardı. Yenidən yayımlanması 23 iyun 2013-cü ildən başlayaraq Cartoon Network kanalının yetişkinlər üçün olan gecə kanalı Adult Swimdə yayınlanmağa başladı. Bobun Burgeri cizgi-serialının əsasında Dynamite Entertainment tərəfindən bir cizgi kitab seriyası 2014-cü ilin sentyabrında çapa başladı. Cizgi filmin musiqi albomu isə May ayının 12-də, 2017-ci ildə yayımlanmağa başlandı.2013-cü ildə TV Guide jurnalı Bobun Burgerlərini bütün zamanların ən yaxşı 60 televiziya cizgi seriyalarından biri kimi sıraladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#msta-s nədir? #msta-s sözünün mənası #msta-s nə deməkdir? #msta-s sözünün izahı #msta-s sözünün yazılışı #msta-s necə yazılır? #msta-s sözünün düzgün yazılışı #msta-s leksik mənası #msta-s sözünün sinonimi #msta-s sözünün yaxın mənalı sözlər #msta-s sözünün əks mənası #msta-s sözünün etimologiyası #msta-s sözünün orfoqrafiyası #msta-s rusca #msta-s inglisça #msta-s fransızca #msta-s sözünün istifadəsi #sözlük