muflon sözü azərbaycan dilində

muflon

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • muflon • 96.6667%
  • Muflon • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Muflon
Muflon (lat. Ovis orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü.
Asiya muflonu
Asiya muflonu (lat. Ovis vignei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Sayı azalmaqda olan azsaylı növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Nadir, azsaylı, az öyrənilmiş növ. == Ümumi məlumat == Bədən ölçülərinə görə başqa növlərdən kiçikdir (114 sm-ə qədər olur). Cida hündürlüyü – 65-83 sm-ə qədərdir. Erkək fərdlərin kütləsi (40-50 kq), dişilərinkinə (35 kq-a qədərdir) nisbətən çoxdur. Erkəklərdə uzun və sıx (20 sm-ə qədər) kəllənin əsasından uzanan cod tüklər (sağ və sol tərəflərdən) boğaz nahiyyəsində birləşərək yal əmələ gətirir. Belin oma hissəsi kürək hissəyə nisbətən 3-4 sm-ə qədər hündürdür.
Avropa muflonu
Avropa muflonu (lat. Ovis orientalis musimon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinin muflon növünə aid heyvan yarımnövü. Həmçinin ev qoyunlarından törənmiş Asiya muflonu da mövcuddur. == Xarici görünüşü == Muflonların orta uzunluğu 130 sm-ə çatır. Boyu 90 sm, erkəklərin kütləsi 50 kq, dişilərin kütləsi isə 35 kq-a qədər olur. == Davranışı == Yayılma yerləri dağ landşatlarıdır. Dişilər və balalar sayı 100-ə yaxın olan sürülər təşkil edir. Erkəklər isə yalqız gəzirlər və cütləşmə vaxtı sürülərə birləşirlər.
Erməni muflonu
Erməni muflonu (erm. Հայկական մուֆլոն, haykakan muflon; fars. گوسفند وحشی ارمنی‎‎) və ya digər adları ilə Erməni qoyunu, Erməni vəhşi qoyunu, Erməni vəhşi qoyunu və ya Transqafqaz qoyunu (Ovis orientalis gmelini) — İran, Ermənistan və Azərbaycanın Naxçıvan bölgəsində endemik və təhlükədə olan məməli növü. == Terminologiya == Erməni muflonu ilk dəfə 1840-cı ildə Edvard Blit tərəfindən təsvir olunmuşdur. O, bu canlını 1774-cü ildə Samuel Qotlib Qmelin tərəfindən təsnif olunan Şərq qoyunu ilə eyniləşdirmişdir. == Yayılması və sayı == Erməni muflonuna şimal-qərbdə rast gəlinir. Erməni muflonları 1896 və 1906-cı illərdə Urmiya gölündəki Kobudan adasından Azərbaycandakı qubernatorlardan biri tərəfindən köçürülmüşdür. 1970-ci illərdə isə bu adadakı sayıları azalmışdır. 1970-ci ildə adada 3.500 muflon yaşadığı halda, 1973-cü ildə sayıları 1.000 olmuşdur. 2004-cü ildə isə İranın Zəncan ostanında Anguran Qoruma bölgəsində 1.658 erməni muflonu sayılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2004 ••••••••••••• 0.34
2012 ••••••••••••• 0.34
2013 ••••••••••• 0.29
2014 ••••••••••••• 0.34
2015 ••••••• 0.17
2016 ••••••••••••• 0.35
2017 •••••••••••• 0.33
2018 ••••••••••• 0.30
2019 •••••••••••••••••••• 0.56
2020 ••••• 0.13

muflon sözünün leksik mənası və izahı

muflon sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. зоол. муфлон (дикий баран, живущий на островах Средиземного моря). Kiçik Asiya muflonu малоазиатский муфлон

    Azərbaycanca-rusca lüğət / muflon

muflon sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#muflon nədir? #muflon sözünün mənası #muflon nə deməkdir? #muflon sözünün izahı #muflon sözünün yazılışı #muflon necə yazılır? #muflon sözünün düzgün yazılışı #muflon leksik mənası #muflon sözünün sinonimi #muflon sözünün yaxın mənalı sözlər #muflon sözünün əks mənası #muflon sözünün etimologiyası #muflon sözünün orfoqrafiyası #muflon rusca #muflon inglisça #muflon fransızca #muflon sözünün istifadəsi #sözlük