multikulturalizm-universal sözü azərbaycan dilində

multikulturalizm-universal

Yazılış

  • multikulturalizm-universal • 84.6154%
  • Multikulturalizm-universal • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Multikulturalizm
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Multukulturalizmin sosial hadisə kimi formalaşmasına aşağıdakı faktorlar təsir edir: Eyni ərazidə uzun dövrlər birgə yaşayış; Ölkənin coğrafi mövqeyi (məsələn, ticarət yolları üzərində yerləşməsi); Rifah halıyla bağlı kütləvi miqrasiya; Tarixi köçürülmə siyasəti; Müharibə səsbindən məcburi köç.O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. == Multikulturalizmin "sivilizasiyalararası dialoq", "tolerantlıq" mövzusu ilə oxşar və fərqli cəhətləri == Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil. == Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilmə səbəbləri == Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər.
Avstraliyada multikulturalizm
Avstraliyada multikulturalizm — dünya multikulturalizm siyasətini Kanadadan sonra rəsmi olaraq tətbiq edən ölkə Avstraliyadır. Avstraliya materikinə Avropa mənşəli insanlar hələ gəlməmişdən əvvəl bu məkanda çoxlu sayda aborigen xalqlar yaşamışdır. Bu ölkədə 200-dən 400-ə qədər azsaylı xalqların dilləri ünsiyyət vasitəsi olaraq qalmaqda davam edir. Son verilən məlumatlara görə, hələ də bu ölkədə 260 dildə danışan kiçik birliklər və xalqlar mövcuddur. == Müasir Avstraliya əhalisi == Müasir Avstraliya əhalisinin əksəriyyətini XIX əsrin əvvəllərindən başlayaraq avropalıların immiqrasiya dalğası formalaşdırmışdır. Avstraliya əhalisi çox multi-kultural xalqdır. İkinci dünya müharibəsindən sonra ölkəyə 7 milyon insan köçmüşdür. Bu gün əhalisinin 22 milyonu ölkə xaricində dünyaya gələn insanlardan ibarətdir. İmmiqrantladan başqa Avstraliyada 260 dildə danışan və özlərini müxtəlif qəbilə soyları ilə identifikasiya edən 270-dən çox yerli xalq vardır. Avstraliya hökuməti multikulturalizmi milli maraqlar çərçivəsində götürərək, ölkə əhalisinin bütün sosial qruplarının maraqlarını əsas tutaraq, ədalət və inteqrasiya prinsiplərinə söykənir.
Azərbaycanda multikulturalizm
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb.Azərbaycanda xalqların, dini inancların dostluq və qonşuluq şəraitində fəaliyyətini onların birgə yaşamasını təmin edən siyasət həyata keçirilir. 15 may 2014-cü il Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevdir. == Ümumi məlumat == Azərbaycan 1918-ci ildə əsası qoyulmuş, hal-hazırda prezident respublikasıdır. Azərbaycan Şərqlə Qərbin, Asiya ilə Avropanın qovuşduğu Cənubi Qafqaz ərazisində yerləşir. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür. Azərbaycan İran Azərbaycanı və türk dövlətləri ilə mədəni yaxınlığa sahibdir. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.Azıx mağarasından tapılmış Azıxantrop pre-neandertal tipli qadının çənə sümüyü 450 min il əvvələ məxsusdur.
Multikulturalizm Kanadada
Multikulturalizm Kanadada — Kanada dövlətinin siyasəti hər bir millətin cəmiyyətdə mədəni xüsusiyyətlərinin qorunub saxlanmasına və inkişafına yönəldilib. İmmiqrasiya ölkənin inkişafında böyük rol oynayır. 2011-ci ilin siyahısında ümumi əhalinin sayına gorə 20,6 % (6 775 800 nəfər) immiqrantdır. Kanada G8 ölkələr üzrə immiqrantların qəbul edilməsinə görə liderdir. == Yaranması == “Multikulturalizm” termini Kanadada XX əsrin 60-ci illərində peyda olmuşdur. O zaman bu anlayış iki dilli siyasətdən ibarət idi, hansı ki, ingilis və fransız dilli ölkələrin kəskin ziddiyyətlərinin aradan qaldırılmasına yönəldilmişdir. Bəzi cəmiyyətlərdə, harda deyilirdi ki, Kanada iki millətlər ilə yox, yerli əhali ilə yaradılib, narazıçlıq yaradılmışdır. Bu narazıçılıq, Pyer Trüdo-nun rəhbərliyi altında olan internasional liberallar hökuməti ilə nəzərə alınmışdır. 1971-ci ilin oktyabr ayında multikulturalizm Kanadanın rəsmi ideologiya siyasəti olmuşdur və bu siyasət “Bir millət, iki dil, bir çox xalqlar və mədəniyyətlər” şüarını yaratdı. 1972-ci ildə multikulturalizm üzrə xüsusi idarə yaradılmışdır və 1990-cı ilin ortalarına qədər hökumətin tərkibinə nazir daxil idi, hansı ki, multikultural problemlərin çözülməsinə dair məsuliyyət daşıyırdı.
Diva Universal
Diva- (əvvəllər Diva Universal — «Diva Universal») — ilk növbədə qadın auditoriyasına yönəlmiş serialların və verilişlərin yayımında ixtisaslaşan əyləncəli televiziya kanalı. Kanalın sahibi NBCUniversal International Networks – NBC Universal Beynəlxalq Şəbəkələrdir. Daha əvvəl, Diva Universal-ın müxtəlif ölkələrdə yeddi kanalı var idi, daha sonralar bunlardan dördü ( İtaliyada, Rusiyada, Bolqarıstan və Filippində olan kanallar) bağlandı. Şərqi Asiyada (Malayziya, İndoneziya, Tayland, Çin, Şri-Lanka, Filippin, Sinqapur, Pakistan, Vyetnam, Makao, Honq-Konq) Diva Asiya kanalları, Rumıniyada Diva Universal Romania kanalı və Serbiya/Xorvatiya/Sloveniyada Diva Adria kanalı yayımlanır. == Diva Universal (Rusiya) == Diva Universal kanalı Rusiyada yayımına 17 sentyabr, 2010-cu ildə Hallmark Channel kanalının əvəzinə başlamışdır. 25 aprel, 2014-cü ildə kanal yayımını dayandırdı. Onun tezliyində əyləncəli televiziya kanalı olan «E!Entertainment» yayımına başladı.
Universal Pictures
Universal Studios və ya Universal Pictures — film istehsal edən kompaniyadır. Əsası alman əsilli Karl Lemmle tərəfindən 8 iyun 1912-ci ildə qoyulub. Kompaniyanın mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. 2004-cü ildən etibarən "NBC Universal" şirkətinin tərkibinə daxil olub.
Universal Studios
Universal Studios və ya Universal Pictures — film istehsal edən kompaniyadır. Əsası alman əsilli Karl Lemmle tərəfindən 8 iyun 1912-ci ildə qoyulub. Kompaniyanın mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. 2004-cü ildən etibarən "NBC Universal" şirkətinin tərkibinə daxil olub.
Universal insan
Universal insan ensiklopedist, polimat (polymathēs, yun. πολυμαθής) — ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğəti (1715–1780) tərtib və nəşr edən fransız maarifçiləri. Ensklopediya XVIII əsrin sonunda Fransa burjua inqlabının ideoloji cəhətdən hazırlanmasında böyük rol oynamış və zəmanəsinin elmi nailiyyətlərinin müntəzəm külliyyatını vermişdir. 1772-ci ilə qədər "Ensiklopediyanın" təşkilatçısı və rəhbəri Deni Didro olmuş və D`Alamber ona yaxından kömək etmişdir. Monteskyö, Jan Jak Russo, Volter, Helvetsi, Holbax və digər mütəfəkkirlər də enisklopedistlərin sırasında olmuşdur. "Ensklopediya"da feodal ideologiyasına qarşı ardıcıl mübarizəni materialistlər aparmışlar. Lakin ensklopedistlərin daha mötədil hissəsi də kilsənin elmin işlərinə qarışmaması uğrunda çıxış etmiş, özünü ictimai tərəqqinin tərəfdarı saymış, istibdadın tənqidini vermiş, insanın silki zülümdən azad olunmasına tərəfdar çıxmışlar. Ensiklopedist — 1) hərtərəfli məlumatı, təhsili olan adam; 2)tarixdə XVIII əsrin axırlarında Fransada nəşr edilən "Ensiklopediya" ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. Ensiklopedistlər — "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət"i tərtib və nəşr edən fransız maarifçiləri. "Ensiklopediya"nın təşkilatçısı və rəhbəri D. Didro idi.
Universal yurisdiksiya
Universal yurisdiksiya — cinayətin törədildiyi yerdən və təqsirləndirilən şəxsin və ya zərər çəkmiş şəxsin vətəndaşlığından asılı olmayaraq şəxslərin mühakimə olunmasına və cəzalandırılmasına dair dövlətin səlahiyyətlərini nəzərdə tutan ərazilərdən kənar cinayət yurisdiksiyasının növlərindən biridir. Bu növ səlahiyyət səlahiyyətləri əsasən cinayət təqibinə məruz qalması bütün beynəlxalq ictimaiyyət üçün "universal" maraq kəsb edən cinayətlərin xarakterinə əsaslanır. Universal yurisdiksiya prinsipinin müstəsna təbiəti bu elementlərdən biri ilə yurisdiksiyanı həyata keçirən dövlət arasında heç bir əlaqənin olmamasıdır. Xüsusiyyətini nəzərə alaraq, yalnız əhəmiyyətinə görə istənilən dövlət tərəfindən mühakimə oluna və cəzalandırıla bilən məhdud bir sıra cinayətlərlə əlaqələndirilir. Əgər əvvəllər bu yurisdiksiyanın əsasları yalnız kiçik hallarda istifadə olunurdusa, son illərdə rolu inanılmaz dərəcədə artmışdır. == Haqqında == Universal yurisdiksiya altındakı cinayətlərin əksəriyyəti, dünya ictimai asayişini pozaraq beynəlxalq hüququn müvəqqəti normalarının (jus cogens) pozulmasına səbəb olur: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, işgəncə və beynəlxalq terror aktları. Ağır beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət təqibi üçün mümkün hüquqi əsas kimi ümumdünya yurisdiksiyası həm beynəlxalq müqavilə sənədlərində (xüsusən 1949-cu il Cenevrə Konvensiyaları), həm də milli qanunvericilikdə (məsələn, Alman Cinayət Məcəlləsi) təmin edilmişdir. 26 iyun 2002-ci il tarixli Beynəlxalq Qanuna (alm. Völkerstrafgesetzbuch‎) qarşı. Ümumdünya yurisdiksiyasının nəzəri əsaslarının qeyri-müəyyənliyi yeni doktrinada daha ifadəli görünür.
Coordinated Universal Time
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated, fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı - (ing. Zulu time, ru. зулусское время;;) – (slenq) zamanın Qrinviç meridianına görə qiymətini bildirən ifadə. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dövlət Universal Mağazası
GUM (rus. ГУМ, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[ˈɡum]]], abbreviatura rus. Главный универсальный магазин) əvvəllər bir çox Sovet şəhərlərində mövcud olan Alış-veriş mərkəzlərinə verilən addır, eyni zamanda Sovet dövründə Beynəlxalq Hökumət Mağazası (rus. Государственный универсальный магазин) olaraq tanınırdı. Oxşar ada malik mağazalar keçmiş sovet dövlətlərində yerləşirdi. Ən məşhur GUM Moskvanın Kitay-qorod rayonunda, qərb tərəfi Qızıl Meydana baxan formada inşa edilmişdir. Bu gün ticarət mərkəzi kimi istifadə olunur. 1920-ci illərin əvvəllərində bu yer Yuxarı Ticarət Binaları (rus. Верхние торговые ряды) kimi tanınırdı. Yaxınlıqda, Bolşoy Teatrı ilə üzbəüz GUM-a çox oxşar olan başqa bir bina yerləşirdi, bu gün bu bina TsUM kimi tanınır.
Universal Serial Bus
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
Universal desant gəmisi
Amfibiya desant gəmisi, müntəzəm olaraq Amfibiyalar, Amfibik və ya xalq arasında olan adı ilə "Timsah daşıyan gəmilər" kimi tanınan bu gəmilər döyüş gəmiləri kimi təsnif edilirlər. Bu tip gəmilər quru qoşunları tərəfindən desant əməliyyatları üçün istifadə olunur, eləcə də quru qoşunlarına maddi-texniki dəstək verir və həmçinin də dəniz əməliyyatlarında istifadə olunurlar. Bunun sayəsində həm qurudakı, həm də dənizdəki amfibiya desant əməliyyatlarında onlara böyük ehtiyac hiss olunur. Bu tip gəmilər Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri tərəfindən bir çox əməliyyatlarda istifadə edilmişdirlər. 1970-ci illərin Tarawa Class gəmiləri 1989-cu ildə daha yeni və müasir Wasp Class gəmiləri ilə əvəz olunmuşdurlar.
Vəhşiliyin universal tarixi
Vəhşiliyin universal tarixi (Historia universal de la infamia) ― Xorxe Luis Borxes tərəfindən ilk dəfə 1935-ci ildə nəşr edilmiş və 1954-cü ildə müəllif tərəfindən yenidən işlənmiş qısa hekayələr toplusudur. Hekayələrin əksəriyyəti 1933-1934-cü illər arasında "Crítica" qəzetində dərc olunub və "sehrli realizm" terminini ilk dəfə istifadə edən Angel Floresin sözlərinə görə, sehrli realizm hərəkatı bu kitabla başlayıb. == Haqqında == Hekayələr (Hombre de la esquina rosada istisna olmaqla) əsl cinayətkarların uydurma hesablarıdır. Mənbələr kitabın sonunda verilmişdir, lakin Borxes təkrar izahatda - ixtiyari və ya başqa bir şəkildə - xüsusən də tarixlərə və adlara çoxlu dəyişikliklər edir, ona görə də hesablara tarixi hesab etmək olmaz. Xüsusilə, The Disinterested Killer mənbə materialından ayrılır. İki ingilis tərcüməsi mövcuddur, birincisi 1972-ci ildən, ikincisi 1999-cu ildən (toplanmış nəşrin bir hissəsi, 2004-cü ildə ayrıca kitab kimi nəşr edilmişdir). 1972-ci il ingiliscə nəşri (A Universal History of Infamy, ISBN 0-525-47546-X) ​​Norman Thomas di Giovanni (ing.) tərəfindən tərcümə edilmişdir. 2004-cü il ingiliscə nəşri (A Universal History of Inniquity, ISBN 0-14-243789-1), Andrew Hurley (ing.) tərəfindən tərcümə edilmiş, Britaniya naşiri Penguin Books-un bölməsi olan Penguin Classics tərəfindən nəşr edilmişdir. == Xarici keçidlər == Alçaklığın Evrensel Tarihi [1] Alçaklığın Evrensel Tarihi [2] Alçaklığın Evrensel Tarihi [3] A Universal History of Infamy [4] == İstinadlar == "Xorxe Luis Borxes". "Xorxe Luis Borxes".
Universal kəmiyyət göstəricisi
Universal kəmiyyət göstəricisi, kvantor (işarəsi: ∀ {\displaystyle \forall } , ∀) — mövcudluq kəmiyyət göstəricisindən fərqli olaraq bütün təyin olunmuş elementlər üçün doğru olan şərtdir, burada şərt yalnız göstərilən çoxluqdan bəzi fərdi elementlər üçün doğrudur. Formal olaraq, bir çoxluğun müəyyən bir predikatın həqiqət domenində olduğunu göstərmək üçün istifadə olunan kəmiyyət göstəricisidir. “Hər kəs üçün...”, “hamı üçün...”, “hər kəs üçün...” və ya “hamısı...”, “hər kəs üçün...”, “hər hansı...” kimi oxuyun. Universal kəmiyyət göstəricisi elə bir obyektdir ki, onun köməyi ilə hansısa məntiqi ifadənin hər şey üçün və ya ən azı bu ifadənin məna kəsb etdiyi tərif sahəsi üçün doğru olması ifadəsi rəsmiləşir. Predikat və simvolik məntiqdə istifadə olunur. == Tarixi == ∀ {\displaystyle \forall } simvolu universal kvantor üçün 1935-ci ildə alman riyaziyyatçısı Gerhard Gentzen tərəfindən ekzistensial kvanterin simvolu ilə bənzətmə yolu ilə təqdim edilmişdir. ∃ {\displaystyle \exists } 1897-ci ildə Cüzeppe Peano tərəfindən təqdim edilmişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
== Tarixi == Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq; Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək; Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək; müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək; multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək; aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək; təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütövlüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək; müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək; Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək; şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad münasibətlərinin yaranmasında xüsusi xidməti olan görkəmli yerli və xarici ölkə vətəndaşlarının qiymətləndirilməsi, təşviq edilməsi mexanizmini hazırlayıb həyata keçirmək; multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq; bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Birləşmiş Universal Səhmdar Bankı
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Tarixçə == 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.
Universal asinxron qəbuledici/verici
Universal asinxron qəbuledici/verici-(eng.UART)– kompüterdə paralel verilənlər selini ardıcıl verilənlər seliylə (və əksinə) əvəz edən qurğu (daha dəqiqi, inteqral sxem). Bu qurğu səkkiz bitdən ibarət cərgələrlə hərəkət edən bitləri götürüb bir sıraya düzür və onlar ardıcıl porta daxil olur. Verici və qəbuedicinin işi sinxronlaşdırılmadığından, verilənlər selində baytın başlanğıcını və sonunu bildirən siqnallar – start və stop bitləri olmalıdır. === Data dizaynı === == Həmçinin bax == Modem USB Morze əlifbası == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Universal koordinasiya edilmiş vaxt
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated, fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı - (ing. Zulu time, ru. зулусское время;;) – (slenq) zamanın Qrinviç meridianına görə qiymətini bildirən ifadə. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Universal onluq təsnifat dili
Universal onluq təsnifat dili — Universal onluq təsnifat (UOT) əsasən onluq prinsipinə görə qurulmuşdur, yəni bütün biliklər sahəsi ardıcıl olaraq 10 sahəyə bölünür. Bu sistemdən istifadə etməklə, istənilən sənədi indeksləşdirmək olar. Universal ona görə deyirlər ki, o bütün insan fəaliyyətini əhatə edir, onluq isə onun indeksinin 10 hissəyə bölünmə prinsipinə görə qurulmasıdır. Burada bütün anlayışlar (təsnifat obyektləri) UOT-a görə 2 qrupa bölünür: əsas və köməkçi. Əsas anlayışlar, ərəb rəqəmlərindən ibarət olan indekslərlə əks olnur. Onlar sistemlənmiş qaydada UOT cədvəlində göstərilir. Bu cədvəldə bütün anlayışlar 10 əsas bölmələrlə təsvir olunur. Həmin bölmələr 0-dan 9-a qədər rəqəmlərlə nomralanır və onların hər biri iyerarxik prinsipinə əsasən ümumidən başlayaraq alt bölmələrə bölünür. Burada axtarışın keyfiyyətli aparılması xatirinə hər bir bölmə, alt bölmə və s. müəyyən əlamətlərə və ya onların tez-tez istifadə olunmalarına görə 10-dan böyük olmayan 10 hissəyə ardıcıl olaraq qruplara bölünür.
Universal əsgər (film, 1992)
Universal əsgər (ing. Universal Soldier) – 1992-ci ildə rejissoru Roland Emmerix tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori "TriStar Pictures" kinokompaniyasıdır. Baş rolları Jan-Klod Van Damm və Dolf Lundqren canlandırır. Filmdə Lyuk Devero personajının uşaqlıq illərini canlandıran və titrdə adı göstərilməyən aktyor Kristofer Van Varenberq, həyatda Jan-Klod Van Damm və Qledis Portuqezin övladıdır. == Məzmun == 1969-cu il, Vyetnam. Vyetnamdakı vəzifəsi əsnasında ağlını itirən Endryu Skott əsir tutduğu günahsız insanları öldürmək qərarına gəlir. Bu zaman əsgərlərdən biri olan Lyuk Devero onu sakitləşdirməyə çalışır və ardınca mübarizə aparır. Lakin Skott niyyətindən geri dönməyərək yerliləri qumbara ilə öldürür. Bu isə Lyuku hiddətləndirir.
Universal əsgər 2: Qayıdış
Universal əsgər 2: Qayıdış (ing. Universal Soldier 2: Return) – 1999-cu ildə rejissoru Mik Rocers tərəfindən çəkilən fantastik döyüş filmi. Universal əsgər filminin davamıdır. == Məzmun == Lyuk Devero (Jan-Klod Van Damm) amerikanın gizli laboratoriyalarının birində vəzifəsini yerinə yetirir. Amerikanın hərbçiləri yeni silah növünü sınaqdan keçirirlər. Bunun üçün Universal əsgərlərdən istifadə edirlər. Universal əsgərləri isə super kompüter "Set" idarə edir. Soyuq müharibənin başa çatması ilə əlaqədar bu gizli proekt bağlanmaq üzrədir. Bunu eşidən "Set" artıq Universal əsgərləri öz itaəti altına salmağa başlayır. Onların qarşısını ala biləcək yeganə şəxs isə Lyuk Deverodur...
İnsan Hüquqları Haqqında Universal Bəyannamə
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleanora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İLk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.
Universal əsgər 2: Qayıdış (film, 1999)
Universal əsgər 2: Qayıdış (ing. Universal Soldier 2: Return) – 1999-cu ildə rejissoru Mik Rocers tərəfindən çəkilən fantastik döyüş filmi. Universal əsgər filminin davamıdır. == Məzmun == Lyuk Devero (Jan-Klod Van Damm) amerikanın gizli laboratoriyalarının birində vəzifəsini yerinə yetirir. Amerikanın hərbçiləri yeni silah növünü sınaqdan keçirirlər. Bunun üçün Universal əsgərlərdən istifadə edirlər. Universal əsgərləri isə super kompüter "Set" idarə edir. Soyuq müharibənin başa çatması ilə əlaqədar bu gizli proekt bağlanmaq üzrədir. Bunu eşidən "Set" artıq Universal əsgərləri öz itaəti altına salmağa başlayır. Onların qarşısını ala biləcək yeganə şəxs isə Lyuk Deverodur...
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası qaz. Шығыс Қазақстан облыстық Абай атындағы әмбебап кітапханасы — Semey şəhərində (Semipalatinsk) yerləşən Qazaxıstanın ən qədim kitabxanası. 1992-ci ilə qədər — N. V. Qoqol adına Semipalatinsk Regional Universal Elmi Kitabxanası. == Tarixi == Semipalatinsk kitabxanası 20 sentyabrda (3 oktyabr yeni üslubda) 1883-cü ildə regional statistika komitəsində açıldı. Şəhərin ilk mədəniyyət müəssisələrindən biri idi. Təsisçilər — rus köçkünləri E. P. Mixaelis, A. L. Leontiyev, M. S. Filippov. Kitabxananın yaradılması üçün pul Semipalatinsk tacirləri Pleçev və Xabarov, Pavlodar taciri - Derov, Krasnoyarsk taciri - Yudin tərəfindən bağışlandı. Kitabxananın təşkilində yerli tarixçilər Q. Kolmoqorov və İ. Zemlyanitsin də iştirak etdilər. Kitabxananın qurulduğu ildə 274 nüsxə kitab var idi, əsasən məmurlar və ailə üzvləri olan 130 oxucu kitabxanadan istifadə edirdi. Kitab fondu rus və xarici mütəfəkkirlərin, şairlərin və yazıçıların əsərlərindən ibarət idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#multikulturalizm-universal nədir? #multikulturalizm-universal sözünün mənası #multikulturalizm-universal nə deməkdir? #multikulturalizm-universal sözünün izahı #multikulturalizm-universal sözünün yazılışı #multikulturalizm-universal necə yazılır? #multikulturalizm-universal sözünün düzgün yazılışı #multikulturalizm-universal leksik mənası #multikulturalizm-universal sözünün sinonimi #multikulturalizm-universal sözünün yaxın mənalı sözlər #multikulturalizm-universal sözünün əks mənası #multikulturalizm-universal sözünün etimologiyası #multikulturalizm-universal sözünün orfoqrafiyası #multikulturalizm-universal rusca #multikulturalizm-universal inglisça #multikulturalizm-universal fransızca #multikulturalizm-universal sözünün istifadəsi #sözlük