Muradlı sözü azərbaycan dilində

Muradlı

Yazılış

  • Muradlı • 98.7780%
  • muradlı • 0.8147%
  • MURADLI • 0.4073%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Muradlı
Muradlı — Azərbaycan soyadı, təxəllüs. Bu soyadı olan tanınmış şəxslərYaşayış məntəqələri AzərbaycandaMuradlı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Muradlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağsu rayonunda bələdiyyə.İrandaMuradlı (Meşginşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Muradlı bəxşində şəhər və bu bəxşin paytaxtıdır. Muradlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında kənd. Muradlı (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanında kənd. Muradlı (Hurand) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanında kənd.
Muradlı (Ağsu)
Muradlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Muradlı (Biləsuvar)
Muradlı (fars. مرادلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 707 nəfər yaşayır (134 ailə).
Muradlı (Hurand)
Muradlı (fars. مرادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (97 ailə).
Muradlı (Meşginşəhr)
Muradlı— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Muradlı baxşında şəhər və bu baxşın paytaxtıdır.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13834 nəfər və 2,973 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Muradlı (Xudafərin)
Muradlı (fars. مرادلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (10 ailə).
Muradlı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məhəmməd Muradlı
Məhəmməd Muradlı (d. 1 avqust 2003) — azərbaycanlı şahmatçı, qrosmeyster (2022). == Karyerası == 2011-ci ildə 8 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının qalibi olub. 2012-ci ildə Çexiyanın Praqa şəhərində keçirilmiş 10 yaşlılar arasında Avropa çempionatında 5-ci yer tutaraq ELO əmsalını 117 xal artırıb. Eyni ildə İranın Rəşt şəhərində keçirilmiş "Xəzər kuboku"nun D qrupunda yarışıb və 10 yaşlı şahmatçılar arasında 3-cü yeri tutub.2013-cü ildə 10 yaşlılar arasında Bakı və Azərbaycan çempionu olub. Həmin ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirində 10 yaşı olmasına baxmayaraq 11 yaşlılar arasında 9 mümkün xaldan 8.5 toplayıb və turnirin qalibi olub2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika şahmat festivalında 12 yaşlılar arasında birinci yeri tutub. Həmin il Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə Avropa çempionatında yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanıb. Ardından Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 və 3-cü yerləri bölüşdürərək əlavə əmsallara görə 3-cü yeri tutub.2015-ci ilin mart ayında 12 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb. Ardıyca Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uşaqların yarışında 3-cü yerə layiq görülüb. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş "Abu Dhabi Masters" turnirinin A qrupunda (böyüklər arasında) iştirak edib və öz ELO reytinq əmsalını 133 xal artırıb.
Nazmiyə Muradlı
Nazmiyə Muradlı (Nazmiyə Muslu, 13 iyun 1979, Konya) — Türkiyə paralimpiya paruerlifteri. 2012 Yay Paralimpiya Oyunlarında 40 kq çəki dərəcəsində 109 kq çəki qaldıraraq birinci olmuşdur. 2016 Yay Paralimpiya Oyunlarında isə 104 kq-la eyni nəticəni təkrarlamışdır. == Bioqrafiyası == Nazmiyə Muradlı 13 iyun 1979-cu ildə Konya şəhərinin Meram bələdiyəsi ərazisində anadan olmuşdur. Anadan gəlmə əlil idi. Nazmiyənin anadan gəlmə çanaq oynağının çıxışından əziyyət çəkirdi. Xəstəliyin nəticəsi olaraq əlil arabasında hərəkət edirdi. Orta təhsilini ev şəraitində almışdır. Onun idmanla məşqul olmasını dostu təklif edir. İlk əvvəllər o idmanı buraxmaq istəyirdi.
Tacir Muradlı
Tacir Hasil oğlu Muradlı (25 sentyabr 2000; Mil, Beyləqan rayonu — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil (Talıbxanlı) qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Muradlı oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İlkin Muradlı
İlkin İlyas oğlu Muradlı (27 sentyabr 1995, Şahbuz, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır. Orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Əlikəhrizi (Muradlı)
Əlikəhrizi (fars. علي كهريزي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (35 ailə).
Aşağı Muradlı (Poldəşt)
Aşağı Muradlı (fars. مرادلوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Orta Muradlı (Poldəşt)
Orta Muradlı (fars. مرادلوي وسطي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (34 ailə).
Yuxarı Muradlı (Puldəşt)
Yuxarı Muradlı (fars. مرادلوي عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (31 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.45 dəfə / 1 mln.
2004 ••••••••••••••••••• 2.02
2006 ••••• 0.45
2007 •••••• 0.63
2008 ••••••• 0.73
2009 ••••••••• 0.96
2010 •••••••••••• 1.27
2011 ••••••••••••••••• 1.80
2012 ••••••••••••••••• 1.81
2013 •••••••••••••••••••• 2.19
2014 •••••••••••••••••• 1.89
2015 ••••••••••••••••••• 2.04
2016 •••••••••••• 1.21
2017 •••••••••••• 1.30
2018 ••••••••••••• 1.35
2019 •••••••••••••••••• 1.95
2020 ••••••••••••••• 1.59

Oxşar sözlər

#muradlı nədir? #muradlı sözünün mənası #muradlı nə deməkdir? #muradlı sözünün izahı #muradlı sözünün yazılışı #muradlı necə yazılır? #muradlı sözünün düzgün yazılışı #muradlı leksik mənası #muradlı sözünün sinonimi #muradlı sözünün yaxın mənalı sözlər #muradlı sözünün əks mənası #muradlı sözünün etimologiyası #muradlı sözünün orfoqrafiyası #muradlı rusca #muradlı inglisça #muradlı fransızca #muradlı sözünün istifadəsi #sözlük