Murado sözü azərbaycan dilində

Murado

Yazılış

  • Murado • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbas bəy Muradov
Abbas Həmid oğlu Muradov (fr. Abbasse Mouradoff, 19 oktyabr 1899, Şuşa – 4 iyun 1991, Şalon-an-Şampan, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Ağdam rus-tatar (Azərbaycan) məktəbini (1912) və Peterburq realnı məktəbini bitirdikdən (1918) sonra bir müddət Ümumrusiya Müsəlmanlar ittifaqının icraiyyə komitəsində işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti himayədarlıq nazirliyinin qaçqınlarla iş şöbəsində çalışmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti quralduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Abbas bəy Muradov 1929-cu ildə Paris Universitetində "Oynaq revmatizmi hallarında natrium salisilatının terapevtik dəyərinin öyrənilməsinə təcrübi töhfə" adlı dissertasiyanı müdafiə etmiş və sonralar həkim kimi işləmişdir. Qabriel Busenqo (1910–2007) ilə ailə qurmuşdu. Onların Jak və Münir adlı iki oğlu və Lezli adlı qızı var idi.Abbas bəy Muradov 1991-ci ildə vəfat edib.
Almas Muradova
Almas Cəlil qızı Muradova — AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Almas Cəlil qızı Muradova 1941-ci il martın 14-də Füzuli şəhərində anadan olmuşdur. O, 1950-1960-cı illərdə Füzuli şəhərinin rus orta məktəbində oxumuşdur. 1963-1968-ci illərdə Dağıstan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin dekabrında Azərbaycan EA-nın Tarix İnstitutunda "Azərbaycanın sovet dövrü tarixi" şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1969-cu ilin noyabrında kiçik elmi işçi, 1993-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2004-cü ildən aparıcı elmi işçi vəzifəsində çalışır. Almas Muradova işlədiyi müddətdə bir sıra kollektiv monoqrafiyaların çapa hazırlanmasında iştirak etmişdir. Onun iştirakı ilə nəşr olunan əsərlərdən "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə", "Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi", "Azərbaycanda sosialist sənayeləşdirilməsi" (II hissə) sənədlər külliyyatını və s. göstərmək olar.
Babaxan Muradov
Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri. == Həyatı == Babaxan Muradov 21 mart 1927-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır.Rus dilini bilirdi. Evli idi, 2 övladı var. == Siyasi fəaliyyəti == Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır.Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.4 fevral 1996-cı il tarixində keçirilən seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi olaraq 10 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı seçilmişdir. O, Milli Məclisin Elm və təhsil məsələləri komissiyası sədrinin müavini olmuşdur. 30 sentyabr 1996-cı il tarixində Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdir.
Bafadar Muradov
Muradov Hacı Bafadar Sultanəli oğlu (20 yanvar 1936, Xızı rayonu – 2007, Xızı rayonu) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1994-2001). == Həyatı və fəaliyyəti == Bafadar Muradov 1936-cı il yanvarın 20-də Xızı rayonunun Giləzi (indiki Giləzi qəsəbəsi) kəndində anadan olmuşdur. 1955-ci ildə Giləzi kənd orta məktəbini, 1971-ci ildə isə Bakı Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt Sintetik Kauçuk Zavodunda fəhlə kimi başlamışdır. 1957-ci ildə Giləzi Kolxozunda mexanizator, tarlaçılıq briqadasında şöbə müdiri, quşçuluq fabrikində sex müdiri, zootexnik, Giləzi Qarışıq Yem Zavodunda direktor, 1980-cı ildən Abşeron Rayon Aqrokombinatında baş direktor, Qobustan qoyunçuluq sovxozunda direktor, 1986-cı ildən Abşeron rayonundakı Xırdalan südçülük sovxozunda baş zootexnik, 1989-cu ildən Altağac sovxozunda direktor, 1992-ci ildən Xızı rayon Aqrokombinatı baş direktorunun müavini, 1994-2001-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2007-ci ildə Xızıda vəfat etmişdir.
Bahar Muradova
Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat. == Həyatı == Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universiteti nin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir. == Siyasi fəaliyyəti == 1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dmitri Muradov
Dmitri Andreyeviç Muradov (rus. Дми́трий Андре́евич Мура́тов;29 oktyabr 1961, Kuybışev) — Rusiya jurnalisti, teleaparıcısı. "Novaya qazeta"nın baş redaktoru (1995-2017 və 2019-cu ildən), qurucularından biri. İfadə azadlığını qorumaq sahəsində fəaliyyətinə görə 2021 Nobel Sülh Mükafatı laureatı (Andrey Saxarov və Mixail Qorbaçovdan sonra bu mükafata layiq görülmüş üçüncü rusdür)Muratov 1993-cü ildə bir neçə başqa jurnalistlə birlikdə demokratiya tərəfdarı olan “Novaya qazeta” qəzetini təsis edib. O, 1995-2017-ci illərdə qəzetin baş redaktoru olub, 2019-cu ildə yenidən bu vəzifənin icrasına başlayıb. Qəzet hökumətin korrupsiyası, insan hüquqlarının pozulması, seçki saxtakarlığı, polis zorakılığı və səlahiyyətdən digər sui-istifadə halları kimi həssas mövzularda reportajları ilə tanınır. Baş redaktor kimi o, müstəqil mətbuatın fəal müdafiəçisi idi və Anna Politkovskayanın Putin administrasiyasını diqqətlə araşdıran məqalələrini dərc edirdi. Jurnalistləri Müdafiə Komitəsinin fikrinə görə, Muratov “bu gün Rusiyada milli təsiri olan yeganə həqiqi tənqidi qəzetin” yaradılmasına kömək edib. 28 mart 2022-ci ildə qəzet Roskomnadzordan ikinci xəbərdarlıq aldıqdan sonra onlayn və çap fəaliyyətini dayandıracağını açıqladı.2022-ci ilin aprelində Norveçin ikinci ən böyük media qrupu olan "Amedia" Rusiyadakı fəaliyyətini dayandırdığı üçün Rusiyadakı təxminən 4 milyon avro həcmində qiymətləndirilən dörd mətbəəsini Muratova təhvil verdiyini elan etdi. == Həyatı == 30 oktyabr 1961-ci ildə Kuybışevdə anadan olub.
Elburus Muradov
Muradov Elburus Ənvər oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi. == Həyatı == Elbrus Muradov 1939-cu ildə Qazaxıstanda doğulub. 1946-cı ildə Qulak-Kurqan kənd məktəbinə gedib. Bakı şəhərinə köçdükdən sonra 156 saylı məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra 2 saylı TPM-i tamamlayıb. 1958-ci ildə texniki peşə məktəbininin elektromexanik ixtisasını bitirib, Azərbaycan Dəmir Yolunda əmək fəaliyyətinə başlayıb. 1958–1967-ci illərdə Biləcəri distansiyasında elektramexanik vəzifəsində çalışıb. İşləyə-işləyə Azərbaycan Politexnik İnstitutuna daxil olub. "Radiotexnika və radiorabitə" fakültəsini bitirib. 1967–1970-ci illərdə Bakı Metropoliteninin İMB və Rabitə xidmətində İTŞ böyük mühəndisi, 1970–1971-ci illərdə Biləcəri distansiyasında baş mühəndis, 1975–1980-ci illərdə Metropolitendə İMB və Rabitə xidmətində rəis vəzifəsində işləyib.
Elcan Muradov
Elcan Eldəniz oğlu Muradov (3 iyul 2001; Gəncə, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Muradov 3 iyul 2001-ci ildə Gəncə şəhərində Eldəniz Muradovun ailəsində anadan olmuşdur. 2007-2017-ci illərdə Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elcan Muradov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Muradov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə nəşi neytral zonadan götürülərək Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elgün Muradov
Elgün Muradov (26 aprel 1998, Daşlıyataq, Dəvəçi rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elgün Etibar oğlu Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur. 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 2016-2017-ci illərdə "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir.
Elxan Muradov
Muradov Elxan Murad oğlu (15 may 2001, Əhmədabad, Sabirabad rayonu – 8 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Elxanı tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi == Hərbi xidməti == Elxan orta təhsilini başa vurduqdan sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan , 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. == Həyatı == Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elçin Muradov
Elçin Tofiq oğlu Muradov (1 sentyabr 1989) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Elçin Muradov 1989-cu il sentyabrın 1-də anadan olub. == Karyerası == 2008-ci ilin avqust ayında Elçin Muradov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə ilə altıncı pillənin sahibi olan Elçin Muradov, 200 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Daha sonra Elçin Muradov 2012-ci ilin avqust ayında Birləşmiş Krallığın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Elçin Muradov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elçin Tofiq oğlu Muradov "Tərəqqi" medalı ilə təltif edildi.Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Elçin Tofiq oğlu Muradov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.2016-cı ilin sentyabr ayında Elçin Muradov Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirinin təsnifat mərhələsində Elçin Muradov, onu bələdçisi ilə birləşdirən ip qopduluğu üçün turnirdən uzaqlaşdırıldı.
Emin Muradov
Emin İbrahimağa oğlu Muradov — (27 fevral 1986; Biləsər, Lənkəran rayonu,Azərbaycan- 20 okyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Muradov 1986-cı il fevralın 27-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini Biləsər kənd orta məktəbində alıb. Ailəli idi. Qızı Xədicə Muradova və oğlu İsmayıl Muradov şəhidin bizə yadigarıdır. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Ordusunun əsgəri olan Emin Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Emin Muradov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərinin Biləsər kəndində dəfn olunub. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Muradov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Xocavəndin azad olunması", "Füzulinin azad olunması" medalları ilə təltif edilib.
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Fuad Muradov
Muradov Fuad Rauf oğlu (22 iyul 1979, Bakı) — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri; Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. Bitərəfdir. == Həyatı == Muradov Fuad Rauf oğlu 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Evlidir. == Təhsili == 1986–1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur. 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
Fərman Muradov
Fərman Musa oğlu Muradov (1906, Aşağı Yağlıvənd, Qaryagin qəzası – 1987) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. == Həyatı == Fərman Musa oğlu Muradov 1906-cı ildə Qaryagin qəzasının Yağlıvənd obasında doğulmuşdu. İbtidai təhsil almışdı. Əmirmuradlılar repiressiyaya uğradıqları dönəmdə sürgün olunmuşdular. Qazaxıstanın Cambul vilayətinin Çu rayonun "Yeni yol" kəndində məskunlaşmışdılar. Doğma yurd-yuvasından min kilometrlərlə uzaqda, "Yeni yol"da yeni həyata başlayan Fərmana çətinliklərlə olsa da ağ gün nəsib olur. Çuğundur briqadasına başçılıq edərkən bir neçə il dalbadal, hətta bütün ölkə üçün rekord sayılan nəticə göstərə göstərə bilir. Qısa müddətdə ölkənin müxtəlif yerlərindən onun yanına, qabaqcıl iş təcrübəsini öyrənmək üçün sıravi kolxozçular, adlı-sanlı çuğundurçular, mütəxəssislər və nümayəndələr gəlir. Nəhayət çox yüksək əmək nailiyyətlərinə görə, 1947-ci ildə SSRI Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Fərmana Lenin ordeni təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fərman 1987-ci ildə vəfat edib.
Habil Muradov
Habil Tahir oğlu Muradov (12 mart 2002; Salyan rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Muradov 12 mart 2002-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Habil 2008-ci ildə Salyan rayonu 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olmuşdur. Daha sonra təhsilini Neftçala rayonu Cəngən kəndində davam etdirmişdir. 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur. == Hərbi Xidməti == Habil Muradov 27 may 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Füzuli rayonunda başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə döyüşmüşdür. Son dəfə ailəsi ilə oktyabrın 4-də əlaqə saxlayıb.
Hikmət Muradov
Hikmət Muradov (tam adı: Hikmət Oqtay oğlu Muradov ; d. 1969, Bakı, Azərbaycan SSR - ö. 1991, Xocalı, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır. == Döyüşlərdə iştirakı == Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü.
Hüseyn Fərhad oğlu Muradov
Hüseyn Fərhad oğlu Muradov (10 may 1994, Cəfərxan, Saatlı rayonu – 8 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1994-cü il mayın 10-da Saatlı rayonu Cəfərxan kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 147 nömrəli Texniki-humanitar liseydən məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetibinin “Ümumi İqtisadiyyat” fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı 2011-2015-ci illərdə nümunəvi davranışları ilə seçilmiş, müəllim və tələbə kollektivinin rəğbətini qazanmışdır. == Hərbi xidməti == 2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il “Aprel döyüşləri”ndə iştirak etmişdir. Bu döyüşlərdə vəzifəsi minaatan idi. Bölükdə minaatan batareyada fəaliyyət göstərmiş, artilleriyaçı olmuşdur. Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür.
Hüseyn Muradov
Hüseyn Muradov (aktyor)
Hüseyn Muradov (əsgər)
Hüseyn Fərhad oğlu Muradov (10 may 1994, Cəfərxan, Saatlı rayonu – 8 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1994-cü il mayın 10-da Saatlı rayonu Cəfərxan kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 147 nömrəli Texniki-humanitar liseydən məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetibinin “Ümumi İqtisadiyyat” fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı 2011-2015-ci illərdə nümunəvi davranışları ilə seçilmiş, müəllim və tələbə kollektivinin rəğbətini qazanmışdır. == Hərbi xidməti == 2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il “Aprel döyüşləri”ndə iştirak etmişdir. Bu döyüşlərdə vəzifəsi minaatan idi. Bölükdə minaatan batareyada fəaliyyət göstərmiş, artilleriyaçı olmuşdur. Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür.
Kənan Muradov
Kənan Cavid oğlu Muradov (16 iyul 2002; Gərəkli, Balakən rayonu - 6 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Muradov 2002-ci il iyulun 16-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2008-2019-cu illərdə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kənan Muradov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kənan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kənan Muradov oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mahir Muradov
Mahir Cümşüd oğlu Muradov (25 iyul 1956, Bakı – 5 yanvar 2023, Bakı) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi == Həyatı == Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır. 16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, üç övladı var. 5 yanvar 2023-cü ildə vəfat etmişdir.
Mahrux Muradova
Mahrux Xəlil qızı Muradova (Ərdəbil – 2002) — tanımış müğənni. == Həyatı == Ərdəbil şəhərində, molla ailəsində anadan olub. 1943-ci ildən Azərbaycanda yaşayırdı. Yasamal qəbristanlığda dəfn edilib. == Sənəti == Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsnifləri var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyub. 1990-cı illərdə azadlıqdan sonra Azərbaycan dövlət televizyasında xüsusi musiqili verlişə çəkilib. Musiqili verlişdə "Əziz dostum","Qaragilə","Ayrılıq" ,"Anam yadıma düşdü" ,"Aman təklik əlindən" və "Zabul Segah" muğamını ifa etmişdir. Mahrux Muradovanın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val buraxılıb (1975).

"murado" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#murado nədir? #murado sözünün mənası #murado nə deməkdir? #murado sözünün izahı #murado sözünün yazılışı #murado necə yazılır? #murado sözünün düzgün yazılışı #murado leksik mənası #murado sözünün sinonimi #murado sözünün yaxın mənalı sözlər #murado sözünün əks mənası #murado sözünün etimologiyası #murado sözünün orfoqrafiyası #murado rusca #murado inglisça #murado fransızca #murado sözünün istifadəsi #sözlük