Dilarə Murtuzəliyeva
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005),
== Həyatı ==
Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib.
D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər.
Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır.
"SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.