Murtuzaqulu sözü azərbaycan dilində

Murtuzaqulu

Yazılış

  • Murtuzaqulu • 60.0000%
  • MURTUZAQULU • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Murtuzaqulu xan Bayat
Murtuzaqulu xan Teymur paşa oğlu Bayat (1863–1923) — Maku xanı, sərdar, İqbaləssəltənə. Murtuzaqulu xan Teymur paşa oğlu 1863-cü ildə Maku şəhərində doğulmuşdu. O, 1923-cü ildə ölüb. Hakimiyyətə gəldiyi an xanlıq zəifləyirdi. Əmiləri Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi.
Murtuzaqulu xan Hidayət
Murtuzaqulu xan Əliqulu xan oğlu Hidayət (1856-1911)—İran Milli Məclisinin sədri. Murtuzaqulu xan Əliqulu xan oğlu 1856-cı ildə Tehran şəhərində doğulmuşdu. Mükəmməl təhsil almışdı. Səniəddövlə ləqəbini daşıyırdı. Murtuzaqulu xan Hidayət ilk İran Milli Məclisinin sədri olmuşdu.
Murtuzaqulu xan Qacar
Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı.
Murtuzaqulu xan Pörnək-Türkman
Murtuzaqulu xan Pörnək-Türkman (?-1587) — Türkman elinin Pörnək oymağından olan qızılbaş sərkərdəsi. Murtuzaqulu bəy Mənsur bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Murtuzaqulu хan Sultan Şah Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində Məşhəd (Хorasan) əyalətinin hakimi idi. Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas mirzəni «şah» elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pörnək-Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan şaha itaət etdiyini bildirmişdi. Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bəstam, Hezarcərib də ona verilmişdir.
Murtuzaqulu xan Qovanlı-Qacar
Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı.
İqbalüssəltənə Murtuzaqulu xan Bayat (kitab)
Murtuzaqulukənd (Çaroymaq)
Murtuzaqulukənd (fars. مرتضي قلي كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (9 ailə).

Oxşar sözlər

#murtuzaqulu nədir? #murtuzaqulu sözünün mənası #murtuzaqulu nə deməkdir? #murtuzaqulu sözünün izahı #murtuzaqulu sözünün yazılışı #murtuzaqulu necə yazılır? #murtuzaqulu sözünün düzgün yazılışı #murtuzaqulu leksik mənası #murtuzaqulu sözünün sinonimi #murtuzaqulu sözünün yaxın mənalı sözlər #murtuzaqulu sözünün əks mənası #murtuzaqulu sözünün etimologiyası #murtuzaqulu sözünün orfoqrafiyası #murtuzaqulu rusca #murtuzaqulu inglisça #murtuzaqulu fransızca #murtuzaqulu sözünün istifadəsi #sözlük